Aleksandr Smit adlı bir nəfərin internetdə verdiyi "müsahibə" tezliklə yayılaraq ən çox izlənən videolardan biri oldu.
Müsahibədə gələcəkdən gəldiyini deyən Smit, 2118-ci ilə aid olduğunu iddia etdiyi bir foto göstərir
Gizli bir MKİ layihəsinin hissəsi kimi gələcəyə göndərildiyini və 2118-ci ildən günümüzə gəldiyini iddia edən Smit, MKİ-nin özünü axtardığını və həyatının təhlükədə olduğunu düşündüyü üçün gizləndiyini deyir.
Hekayəsinə inanmayanları da "yola gətirmək istəyən" Smit, 2118-ci ildən gətirdiyini iddia etdiyi fotoşəkil göstərir.
Cibindən çıxardığı aşağı keyfiyyətli bir fotonu kameraya yaxınlaşdıran adam zamanda səyahət etdiyi üçün fotonun pozulduğunu iddia edir. (metbuat.az)