Ay uzaqlaşır, Yer yavaşlayır, planetlər orbitini dəyişir Kosmosdakı dəyişikliklərin saatlarımıza İNANILMAZ TƏSİRİ

Maraqlı 10:14 13.06.2018

Zaman insan böyüdükcə ona daha sürətli axırmış kimi görünür, ancaq görünüşə görə, bunun tərsi də ola bilər. Dünyadakı günlərimiz zaman keçdikcə daha uzun hala gəlir. Bu durum Ayın planetimizin fırlanması üzərindəki təsiri səbəbilə gerçəkləşir.

Bu bilgidən sonra dərhal gedib yuxu proqramınızın vaxtını uzatmağa çalışmamalısınız. Aparılan yeni bir araşdırmada Yer kürəsi ilə Ay arasındakı münasibət 1,4 milyard il keçmişə qədər müşahidə edilib və o zamanlar günün sadəcə 18 saat olduğu üzə çıxıb.

Yəni o zamandan bəri 6 saata yaxın zaman qazanmışıq. Və ya bir ildə, təxminən, heç fərqinə varmadığımız 0.00001542857 saniyə. Üstəlik bunun səbəbi Ayın bizdən davamlı olaraq və çox yavaş şəkildə uzaqlaşmasıdır. Ay Yerə 1,4 milyon il öncə həddən artıq yaxın durub və Yer kürəsinin fırlanması daha sürətli olub.

Viskonsin-Madison Universitetində işləyən geoloq Stefan Meyers bildirib ki, Ay uzaqlaşdıqca Yer kürəsi sanki fırlanan bir xizək rəqqası kimi qollarını genişlədərək yavaşlamağa başlayıb.

Elm adamlarından ibarət komanda “Astro-zaman” adı verilən geoloji qeydlər ilə astronomik qaydaları bir-biri ilə əlaqələndirərək Yerin və Günəş sisteminin tarixini yenidən yaradan bir üsuldan istifadə edib. Daha aydın bir formada isə Milankoviç dönmələri adı verilən bir şeyi istifadə ediblər. Bu dönmələr Yerin Günəş ətrafındakı orbitində xəyali ox mailliyində meydana gələn dəyişikliklərin və ya Yerin əyriliyində Günəşə doğru və ya zidd yöndə gerçəkləşən səndələmələrin səbəb olduğu iqlim dəyişikliyini ehtiva edir.

Bu durum fərqli paralellərə gedib çatan Günəş radiasiyasının miqdarında fərqliliyin yaranması ilə nəticələnir. İqlimdə meydana gələn belə dəyişikliklər çox qədim qayalarda və fosillərdə əks olunub qalır.

Elm adamları astro-zaman metodundan istifadə edərək Yer kürəsinin iqlimi və bu iqlimin Günəş sistemimizdəki digər nəsnələrlə yüz milyonlarla il öncəyə uzanan münasibətləri üzərində araşdırma apara bilirlər. Orbit dəyişiklikləri ilə meydana gələn iqlim dəyişikliyinə “orbiti zorlamaq” adı verilir.

Ancaq geoloji qeydlərdə daha gerilərə, milyardlarla il öncəyə getmək daha çətindir. Çünki radioizotop kimi tarixləmə üsulları bu qədər qədim bilgiləri müəyyən edəcək qədər qüsursuz deyil.

Digər bir problem isə nizamsız Günəş sistemi qaydasıdır. Bu fikrə görə, Günəş sistemindəki nəsnələr nizamlı və yüksək səviyyədə təxmin edilə bilən orbitlərə sahib olmaq yerinə, zamanla daha nizamsız hala gəlirlər.

Geoloji qeydlərin incələnməsi ilə Günəş sisteminin zamanla necə dəyişdiyini görmək mümkündür. Ötən il Meyers və həmkarları Koloradodakı bir qayada yer alan çöküntü qatlarında aparılan araşdırmalara dayanaraq Yer və Mars arasında 90 milyon il gerçəkləşmiş qarşılıqlı təsiri göstərən bir teoriya yayımlayaraq belə bir şey həyata keçiriblər. Söylədiklərinə görə, bu, nizamsız bir Günəş sistemini göstərən ilk dəqiq dəlildir.

Ancaq zamanda daha geriyə getmək daha çox problem meydana çıxarır. Məsələn, Ay hazırda Yerdən bir ildə 3,82 sm uzaqlaşır. Ayın 4,5 milyard yaşı olduğunu bilirik. Ancaq hazırkı faiz ilə geriyə doğru getdiyimizdə ehtimallara görə 1,5 milyard il öncə Ayın Yerə çox yaxın olmuş və planetin qravitasiya qüvvəsinin təsiri ilə parçalara ayrılmış olması lazım idi.

Meyers Kolumbiya Universitetindən Yer kürəsi araşdırmaçısı olan Alberto Malinverno ilə birlikdə “TimeOptMCMC” adlı bir sistem yaradıb. Bu sistem astrologiya qaydaları, geoloji məlumatları və “Bayesçi yanaşma” adı verilən bir yanaşmanı birləşdirərək qeyri-müəyyənliyin öhdəsindən gəlməyə yardımçı olur.

Meyers və Malinverno Çində yerləşən 1,4 milyard yaşındakı “Xiamallaşmanın formalaşması”nı cənubi Atlantik okeanındakı Ualvis yüksəkliyindəki 55 milyon illik iki qaya təbəqəsinə tətbiq edib. Bu yolla Yer ilə Ay arasındakı uzaqlığı Yerin orbitindəki dəyişiklikləri və hətta 1,4 milyard il öncəki bir günün uzunluğunu hesablaya biləcəklərini kəşf ediblər.

“TimeOptMCMC”dan istifadə edərək “Xiamallaşmanın formalaşması” üçün yenidən hesablanan Yer-Ay arasındakı uzaqlıq Ayın keçmişdə Yerdən daha yavaş uzaqlaşdığını göstərib. Yəni bir günə hər il əlavə edilən zaman artıb.

Bu durum, günlərimizin 0.000018 saniyə hər il daha uzun hala gəldiyini tapan son araşdırmaların hələ də keçərli olduğunu göstərir. Araşdırmaçılar gələcəkdə yaratdıqları yanaşmadan istifadə edərək Günəş sisteminin təkamülünü milyardlarla il öncəyə qədər yenidən inşa etmək istəyirlər.

“Geoloji qeydlər Günəş sisteminin ilk zamanları üçün astroloji rəsədxana əhəmiyyəti daşıyır. Qayalarda və həyatın tarixində qorunan bu nəbzin ritminə baxırıq” ,- deyib Meyers.(publika)

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı