Lukaşenkonun "sevimli sarayı" - Ferma və 37 hektar ərazi | Eurasia Diary - ednews.net

16 İyun, Çərşənbə


Lukaşenkonun "sevimli sarayı" - Ferma və 37 hektar ərazi

Maraqlı A- A A+

Belarus Prezidenti Aleksandr Lukaşenko Moldovanın keçmiş prezidenti İqor Dodon ilə şəhər xaricində qeyri-rəsmi görüş keçirib və ona “sevimli sarayını” göstərib. Bu barədə “Pul pervoqo” “Telegram” kanalı xəbər verib.

Siyasətçilər ərazini gəziblər, Belarus lideri dovşan, at, dəvəquşu və digər heyvanların saxlanıldığı fermanı göstərib.

Lukaşenko həmçinin bir müddət oğlu Nikolayla birlikdə yaşadığı, yaşıl damı və bacası olan bir mərtəbəli taxta evi göstərərək, “Bu da mənim sevimli sarayım” deyib. Dövlət başçısı ərazinin 37 hektar olduğunu qeyd edib, bununla belə onun hamısına sahib olmadığını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...