Sevdiyimiz rənglər bizə nədən xəbər verir? Ağ,qara, qırmızının sirli mənaları

Maraqlı 15:12 25.04.2022
Ətrafımızda olan bütün varlıqların özünəməxsus rəngi var. Belə desək, ətrafımız müxtəlif rənglərdən ibarətdir. 
 
Ən qədim zamanlardan insanlar rənglərin təsirləriylə bağlı müxtəlif mülahizələr irəli sürüb. 
 
Rənglərə müəyyən məna yükləmək ilk dəfə qərb mədəniyyətində formalaşıb. Daha sonra müasir psixoloji araşdırmalar və müşahidələr də rənglərin insan üzərində təsirinin mövcudluluğunu sübuta yetirib.
 
Bəs, heç düşünmüsünüz ki, nəyə görə xəstəxanalar ağ rəngdə boyanır? Əməliyyatxanalarda niyə yaşıl və mavi rənglər istifadə edilir? Nəyə görə insanın ibtidai siniflərdən başlayaraq  mavi rəngli qələmdən  istifadəsinə üstünlük verilir?
 
Nə üçün məşhur içki və yemək şirkətlərinin loqolarında qırmızı rəngin istifadəsi geniş yayılıb? 
 
Bu siyahını uzatmaq olar. Rənglərin hər birinin fərqli  xüsusiyyətləri olduğuna görə bu sualların da özünəməxsus cavabları var.
 
Ağ rəng təxmin edildiyi kimi saflığın və təmizliyin rəngi kimi xarakterizə edilir. Bu rəngin xəstəxanalar kimi gigiyenik, sanitar yerlərdə istifadəsi də təsadüfi deyildir. İlk baxışdan ağ rəng insanda təmizlik, gigiyena təssəvvürü formalaşdırır.
 
Ağ rəng ədalət, sülh, bərabərlik və azadlığın rəmzidir. Aparılan araşdırmalar göstərir ki, ağ rəng insanlar arasında həm də yeni başlanğıcların rəngi kimi qəbul edilir.
 
Mavi yaradıcılığın, qərarlılığın və sədaqətin rəngidir. Bu rəng insanda iştahın azalmasına səbəb olduğu üçün restoranlarda istifadəsi arzuolunan deyil. Digər rənglərlə müqayisədə, mavi rəng daha yaddaqalan olduğundan təhsil-tədris prossesində bu rəngdə qələmlərin istifadəsinə üstünlük verilir. Eyni zamanda diqqət etmisinizsə, əməliyyatxanada həkim önlükləri daha çox mavi, yaşıl rənglərdə olur. Nəzərə alsaq ki, əməliyyat zamanı həkim bir nöqtəyə uzun müddət fokuslanaraq işini görür, bu zaman nəticəsi heç də yaxşı olmayan göz yanılması dediyimiz hadisə baş verə bilər. Mavi-yaşıl tonları qırmızıya qarşı rəng kimi qəbul edilir. Buna görə, həkim gözünü bir neçə saniyəliyə qandan ayırıb, mavi rəngə baxarsa, göz yanılmasının qarşısını almış olar.
 
Qırmızı iradə, enerji, sevgi, təhlükə, aqresiya rəngi kimi xarakterizə edilir. Mavi rəngin əksinə, qırmızı rəng insanlarda iştahın artmasına səbəb olur. Buna görə də məşhur içki və yemək firmalarının loqolarında daha çox istifadə edilir. Həddən artıq qırmızı rənglə əhatə olunmaq insanları narahat edə və əsəbləşdirə bilər. Müəllimlərin şagirdlərin etdiyi səhvləri düzəldərkən bu rəngə üstünlük verməsinin səbəbi qırmızının təhlükəni hiss etdirməsidir. Araşdırmalar göstərir ki, dünyada oğurlanan avtomobillər arasında rəngi qırmızı olanlar daha çoxdur. Bu da qırmızının cəlbedici xüsusiyyəti ilə bağlıdır. 
 
Yaşıl harmoniya, rahatlıq, bolluq, gənclik və ümidin simvoludur. Bu rəng insanlarda inam oyadır. Ona görə də dünyada bank loqolarında ən çox istifadə edilən ikinci rəngdir.(birincisi ağ rəngdir) Yaşıl insanlarda görmə gücünü artırır və gözləri sakitləşdirir. İş prossesi ağır olan şirkətlər yaşılın əsəbləri sakitləşdirmə xüsusiyyətlərindən istifadə edərək, ofis dizaynı və aksesuarlarda bu rəngə üstünlük verir. Yaşıl təbiətin rəngi olaraq qəbul edildiyindən insana doğmalıq duyğusu aşılayır.
 
Sarı varlıq, xoşbəxtlik, əyləncə və ağlı simvolizə edən rəngdir. Sarı yeniliyin rəngi kimi qəbul edilir. Bu rəng beyinə məlumatın daha tez ötürülməsinə və yenilənməsinə yardım edir. Məhz, buna görə diqqət etmisinizsə, izlədiyimiz altyazılı proqram, serial və ya filmlərdə ən çox istifadə edilən rəngdir. Sarı rəng digər rənglərlə müqayisədə daha gözəçarpan olduğundan görmə qüsuru olan şəxslər üçün ayrılmış zolaqlar bu rəngdə boyanır. Bununla da diqqət cəlb edərək, görmə qüsuru olmayan şəxslərin bu zolaqlardan istifadə etməsinin qarşısını alır.
 
Qırmızının əksinə, sarı qəlbin deyil ağlın rəngidir.
 
Çəhrayı romantika, zəriflik, mərhəmət və anlayışın rəngi kimi xarakterizə edilir. İnsanlar arasında yalnız qırmızının sevgi rəngi olaraq adlandırılması yanlışdır. Düzdür, qırmızı sevginin rəngidir amma əsl, qeyd-şərtsiz sevginin rəngi məhz çəhrayıdır. 
 
ABŞ, İsveçrə, İngiltərə, Almaniya, Polşada da  həddindən artıq aqresiv məhkumlar bir müddət çəhrayı rəngli otaqlarda saxlanılır. Bunun səbəbi isə, çəhrayının sakitləşdirici xüsusiyyətinin olmasıdır. Diqqət etmisinizsə, xeyriyyə təşkilatlarının loqolarında bu rəngə tez-tez müraciət edilir. Bu da mərhəmət duyğusunu aşılamaq məqsədi güdür. 
 
Qara ciddilik, zərafət, qorxunu təcəssüm edir. Bu rəng əhatəsi çərçivəsində insanın özünü və ətrafındakıları idarə etmək zərurəti yaratır. Mental baxımdan ağır rəng olduğundan, həddən artıq qara rəngin istifadəsi depresiyaya, neqativ enerjilərə səbəb ola bilər.
 
Qara ona qarşı rəng olan ağ ilə birləşdikdə müzakirə atmosferi yaratmaq xüsusiyyətinə malikdir. Buna görə bir çox debat mahiyyətli layihələrdə bu iki rəngdən çox istifadə edilir. Qırmızının əksinə, qara daha çox pis günlərin simvolu kimi qəbul edilir.
 
Ülkər İsmayılzadə
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

ÜST alkoqol, siqaret və qazlı içkilərin qiymətini artırmağa çağırdı
09:31 04.07.2025
"Beynəlxalq Kosmik Stansiyanı təqaüdə göndərməyin vaxtıdır"
09:16 04.07.2025
Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı
09:10 04.07.2025
Messi "İnter Mayami"də qala bilər
09:01 04.07.2025
Dəniz dibinə "mikroskoplu çamadan" endirildi
08:46 04.07.2025
Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Hamısı