Londonda yüzlərlə məmur cinsi və məişət zorakılığına görə işdən çıxarılma təhlükəsi ilə üzləşib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, hadisə Britaniyanın ən yüksək rütbəli polisinin serial təcavüzkar olduğunu etiraf etməsindən sonra gündəmə gəlib.
Dörd ay əvvəl polis qüvvələrinin idarəçiliyinə rəhbərlik etmək üçün gətirilən London komissarı Mark Rouli ötən gün bildirib ki, 1000-dən çox cinsi və məişət zorakılığı iddiası ilə bağlı təxminən 800 zabitlə bağlı araşdırmalar aparılır.
Prosesin davam etdirilməsi ilə bağlı bir çox iş yerlərinin boş qalacağı deyilib.
Son illərdə qalmaqallarla sarsılan London şəhər polisi, 48 yaşlı David Karrik-in 24 zorlama faktını etiraf etməsindən sonra daha da böhranlı vəziyyətə düşüb.
Elnur Ənvəroğlu