Kitab oxumaq, yaddaşı gücləndirməklə yanaşı, diqqəti artırır, danışıq və yazı qabliyyətini yaxşılaşdırır. Kitab oxumaq stressi azaltmağa, əsəb və gərginliyin minimum həddə çatmağına kömək edir. Kitablar müxtəlif həyatlara açılan qapıdır.
Hazırda çox oxunan kitablar biznes və psixologiya haqqında yazılan kitablardır. Çünki insanlar yaxşı karyera qurmaq, inkişaf etmək, rifah içində yaşamaq istəyirlər.
Bədii kitablara marağın azalması barədə Ednews-a danışan Xalq yazıçısı Elçin Əlfəndiyev bildirdi ki, kitablara maraq artıb. Çox vaxt kitab mağazalarında satıcılardan gənclərin kitaba marağının necə olması ilə maraqlanıram. Əvvəlki illərə nisbətdə müsbət cavablar ala bilirəm.
“Mən elə dəyə bilərəm ki, cavanların az oxumağının səbəbi rəqəmsal dünyaya qədəm qoymağımızdır. Rəqəmsal dünya indi yeni bir nəsil yetişdirir. Telefonla dünyanın hər hansı bir kitabxanasından kitab oxumaq mümkündür. Kitab özü formasını dəyişmək üzrədir. Ənənəvi kitab nəşr olunur, o da yavaş-yavaş itəcək və onun yerini elektron kitablar əvəz edəcək. Əlbəttə burada maddi məsələlər də müəyyən rol oynayır. Yəqin ki, kitab almaqla bağlı tələbələr maddi cəhətdən çətinlik yaşayırlar. İmkan daxilində kitab alıb oxusunlar. Əgər imkanları yoxdursa, elektron kitablara daxil olmaqla, yaxud M.F.Axundov adına Azərbaycan Milli kitabxanasının elektron formasından, dünya kitabxanalarına daxil olmaqla kitab oxuya bilərlər. Əlbəttə istedadlı oxucular var və istedadsız oxucularda olacaq”.
Sevinc Kamalova