“Yetim böyüdüm, amma 137 davamçım var" 103 yaşlı Şabranlı Meynas nənə

Maraqlı 16:55 08.03.2023
"Mən gəncliyimdə çörək bişirəndə evdən 4 şiş əti də gətirib qoyurdum yanıma. Çörəyi bişirdikcə həmin əti də kabab eləyib yeyirdim. Bu da mənə gün ərzində çox güc-qüvvət və taqət verirdi". 
 
Ednews  xəbər verir ki, bu sözləri Şabranın Ağbaş kəndində ömrünün 103-cü ilini yaşayan Meynas Maqsudova Bizim.Media-ya uzun ömürlüyünün sirrini danışıb. 
 
Ömrü boyu zəhmətlə, fiziki işlə məşğul olan ağbirçək Şabranın Baş Əmirxanlı kəndində doğulub:
 
“Anamı 2 yaşında itirmişəm, dayım baxıb mənə. Yetimliklə böyüyüb, həm işləyib, həm də öz ailəmin qayğıları ilə məşğul olmuşam”. 
 
Meynas nənənin hazırda 58 yaşında kiçik oğlu Etibar danışır ki, anam mərhum atam Məmmədlə balıq vətəgəsində tanış olub:
 
“Atam onu Təklə kəndinə gətirib və evləniblər".
 
Minvas Maqsudova ailə qurandan sonra da təsərrüfat işlərində çalışıb. Belinə körpə uşağını bağlayıb sahədən soğan çıxarıb, uşağı cərğələrin arasında qoyub işini görüb, çünki uşağı evdə saxlayan olmadığından dolanmaq üçün işləməyi vacib bilib, yer belləyib, mal-qara saxlayıb.
 
Ağbirçək Şabran sakini söyləyir ki, ailə qurandan sonra Təklə kəndindən Şabranın (o vaxt rayon Dəvəçi adlanırdı) Aranağbaş kəndinə köçüb burada məskunlaşıblar.
 
Müharibənin acsını görüb çətinliklə həyatını yaşamış Meynas nənə burada da zəhmət çəkməkdən usanmayıb. Ömrü boyu zəhmətlə məşğul olan Meynas Maqsudova səhhətindən heç vaxt şikayətlənməyib:
 
“Çünki, "iştah diş altındadır", yeməsən, özü də doğru qidalanmasan yaşaya bilməzsən. Basıb yemək də bir şey deyil. Həmişə vaxtında, qədərində bvə sağlam qidalanmaq lazımdır”. 
 
Oğlu Etibar deyir ki, anam heç vaxr broyler toyuğun ətini, kolbasa və sosiska yeməz:
 
“Həmişə təbii nehrə yağı, təmiz heyvan əti qəbul edir. İndi mal-qara saxlamaq çox çətin olsa da çalışırıq, anam təbii ərzaq və çərəz qəbul eləsin. Özü də çox şeyi yemir. Necə deyərlər, ağzının dadını bilir".
 
Şabranın ən uzunömürlü sakini Meynas Maqsudova 10 övlad -5 oğul, 5 qız anasıdır. Sovet dövrünün qəhrəman anasıdır:
 
“Hazırda 35 nəvəm, 78 nəticəm və 14 kötükcəm var. 2 yaşından yetim böyüdüm, amma şükür olsun Allaha, indi 137 nəsil davamçım var”.
 
Meynas nənə Ağbaş kəndində kiçik oğlu Etibarın ailəsi ilə yaşayır. İşə-gücə öyrəncəli olduğundan tez-tez həyətə düşür, toyua-cücəyə dən səpir, həyəti süpürür, son günlər isə ağacların yaz hazırlığını görür, budaqlarını kəsir. 
 
Sonda şabranlı Meynas nənə Mdhribsn Əliyeva başda olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə təbrik etdi:
 
"Hamıya cansağlığı arzulayıram".
.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Hamısı