Sui- qəsd nəticəsində öldürülən dünya liderləri Kimdir onlar?

Maraqlı 16:00 29.03.2023
 
ABŞ-ın (ABŞ) keçmiş prezidenti Con Kennedi, Pakistanın keçmiş baş naziri Benazir Bhutto, İsrailin keçmiş baş naziri Yitzhak Rabin kimi bir çox liderlər sui-qəsd nəticəsində öldürülüb və həyatlarını itiriblər. Bu sui-qəsdlərin bəziləri ölkələrin və hətta regionların gələcəyinə də təsir edib.
 
2022-ci ildə Yaponiyanın keçmiş baş naziri Şinzo Abe Nara şəhərində güllələnməsi bu siyahıya daxil olan sonuncu siyasətçi olub. 
 
Sui-qəsd nəticəsində həyatlarını itirən bəzi tanınmış şəxslərin siyahısını təqdim edirik: 
 
Con Kennedi
 
 
ABŞ-ın 35-ci prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də Dallasda qətlə yetirilib.
 
Sui-qəsdin icraçısı kimi tutulan Li Harvi Osvald həbsdə olarkən Cek Rubi tərəfindən öldürülüb.
 
Rəsmi açıqlamalarda Rubinin Osvaldı "fərdi reaksiya" səbəbilə öldürdüyü və onun heç bir təşkilatla əlaqəsi olmadığı iddia edilib.
Kennedinin qətlinin üzərindən 60 il keçməsinə baxmayaraq, hələ də açılmayıb.
 
Kral Faysal
 
 
1964-cü ildən 1975-ci il martın 25-də öldürülənə qədər Səudiyyə Ərəbistanının kralı olan Feysəl bin Əbdüləziz ölkədə bir sıra islahatlar həyata keçirib. Televiziyaların yaradılmasına, qız məktəblərinin açılmasına şərait yaradıb.
 
Yom Kippur müharibəsində ABŞ-ın İsrailə verdiyi dəstək səbəbiylə Neft İxrac Edən Ərəb Ölkələri Birliyinin neft embarqosu qərarında və tarixdə “1973 Neft Böhranı” kimi tanınan hadisədə mühüm rol oynayıb.
 
Kral Feysəl öz sarayında qardaşı oğlu Feysal bin Musad tərəfindən qətlə yetirilib.
 
Park Chung-hee
 
 
Cənubi Koreyada 1961-ci ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirən prezident Park Çunq-hi 1979-cu il oktyabrın 26-da dostu Kim Jae Kyu tərəfindən restoranda güllələnib.
 
Ənvər Sədat
 
 
 
Misirdə keçmiş prezident Camal Abdel Nasirin ölümündən sonra hakimiyyətə gələn Ənvər Sədat İsraillə yaxınlaşdığı üçün öldürülüb.
 
Sədatın prezidentliyi dövründə 6 oktyabr 1973-cü ildə ərəb ölkələri, o cümlədən Misir və İsrail arasında “Yom Kippur” müharibəsi başladı. Bu müharibədən sonra Qahirə ilə Təl-Əviv arasında “Misir-İsrail Sülh Müqaviləsi” əldə edildi.
6 oktyabr 1981-ci ildə Misir prezidenti Sadat İslami Cihad Hərəkatının 8-ci ildönümü münasibətilə keçirilən rəsmi parad zamanı Xalid əl-İslambuli və dostları, sonradan İslami Cihad Hərəkatının üzvü olduqları elan edilən Misir ordusunun zabitləri tərəfindən güllələnərək öldürülüb. 6 oktyabr müharibəsi (Yom Kippur).
 
“Müqəddəs prezident” kimi tanınan Sədat ərəb ölkələrini 1967-ci il sərhədləri ilə İsraili tanımağa çağırsa da, “satqın” elan edilərək öldürülüb.
 
İndira Qandi
 
 
Hindistanın ilk və yeganə qadın baş naziri İndira Qandi öldürülən liderlər arasındadır. 
 
Qandi 31 oktyabr 1984-cü ildə siqhlərə məxsus olan "Qızıl məbəd"ə hərbi basqın təşkil etmək əmrini verdiyi səbəbi ilə 2 sikh mühafizəçisi tərəfindən güllələnib.
 
Qandinin qətlindən sonra Hindistanda sikhlərə edilən hücumlarda minlərlə insan həlak oldu.
 
Olof Palme
 
 
İsveçin keçmiş baş naziri Olof Palme həm ABŞ, həm Sovet İttifaqı, həm də onun Cənubi Afrikadakı aparteid rejimini tənqid edirdi.
 
Palme 28 fevral 1986-cı ildə həyat yoldaşı ilə getdiyi kinoteatrdan çıxarkən arxadan yaxınlaşan bir adamın atəş açması nəticəsində qətlə yetirilib.
 
Palme Stokholmun ən gur küçələrindən birində arvadı ilə evə gedərkən güllələndiyi gün mühafizəçiləri onun yanında olmayıblar.
 
Yitzhak Rabin
 
 
Atışmadan sonra ölən liderlər arasında İsrailin keçmiş baş naziri Yitzhak Rabin də var. 
 
Rabin 13 sentyabr 1993-cü ildə Fələstin Azadlıq Təşkilatı ilə İsrail arasında iki dövlət həlli təşəbbüsü üçün imzalanmış Oslo Sazişinin imzaçısı olub.
 
Leyboristlər Partiyasının keçmiş lideri olan Rabin 1995-ci il noyabrın 4-də Təl-Əvivdə keçirilən mitinqdən sonra israilli “ifrat sağçı” Yiqal Əmir tərəfindən güllələnib.
 
Rafiq Həriri
 
 
“Livanı yenidən quran siyasətçi” kimi tanınan keçmiş baş nazir Rafik əl-Həririnin öldürülməsi ölkənin taleyinə dərindən təsir edib.
 
Müharibədən sonra 1992-ci ildə hakimiyyətə gələn və müharibənin izlərini silmək üçün yenidənqurma işlərinə rəhbərlik edən Həriri 2005-ci il fevralın 14-də paytaxt Beyrutda konvoyu keçərkən bir ton bomba yüklü avtomobilin partladılması ilə öldürülüb.
 
Benazir Bhutto
 
 
Pakistanın ilk seçilmiş baş naziri Zülfikar Əli Bhuttonun qızı Bənazir Bhutto 1988-ci ildə “Pakistanı və müsəlman ölkəsini idarə edən ilk qadın” kimi tarixə düşüb.
 
Dövrün prezidenti tərəfindən korrupsiya iddialarına görə iki il tutduğu vəzifədən uzaqlaşdırılan Bhutto 1993-cü ildə yenidən lider seçilərək ikinci dəfə baş nazir olub.
 
3 il sonra oxşar iddialarla ikinci baş nazirlik postundan alınan Bhutto 1999-cu ildə Pakistanı öz istəyi ilə tərk edib və 2007-ci ilə qədər ölkəyə qayıtmayıb.
 
2007-ci ilin oktyabrında ölkədə keçirilən 2008-ci il seçkilərində iştirak etmək üçün Pakistana qayıdan Bhutto 2007-ci il dekabrın 27-də silahlı kamikadzenin əvvəlcə atəş açması, sonra isə cihazı onun üzərində işə salması nəticəsində dünyasını dəyişib.
 
Jovenel Moise
 
 
Haiti prezidenti Jovenel Moise 7 iyul 2021-ci ildə silahlı şəxslərin evinə hücumu nəticəsində həlak olub. 
 
Onun həyat yoldaşı Martine Moise isə yaralanıb.
 
Sui-qəsdlə bağlı ən azı 40 nəfər saxlanılıb. Onun qətli hələ də sirr olaraq qalır, lakin heç birinə rəsmi ittiham irəli sürülməyib.
 
Sevinc Kamalova
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

QHT Agentliyi layihələrin icrasını 100 ballıq şkala ilə qiymətləndirəcək
14:26 06.05.2025
Kürdə suyun səviyyəsi artdı
12:32 06.05.2025
İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda iştiraka dəvət edib
12:28 06.05.2025
Sabah 28 dərəcə isti olacaq
12:25 06.05.2025
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam edir
12:20 06.05.2025
Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək
12:18 06.05.2025
Yuxuda bayquş görmək nə deməkdir? - Həqiqətənmi bədbəxtlik gətirir?
11:59 06.05.2025
İncilin əvvəllər məlum olmayan fraqmenti tapıldı
11:46 06.05.2025
Belarusun Baş naziri Zəfər parkını ziyarət edib
11:43 06.05.2025
Macarıstan şirkətləri əczaçılıq üzrə azərbaycanlı istehsalçılarla danışıqlar aparır
11:42 06.05.2025
Rusiya Müdafiə Nazirliyi: Ukraynadan buraxılan 100-dən çox PUA məhv edilib
11:39 06.05.2025
Nyu-Yorkda Fələstin tərəfdarları etiraz aksiyası keçirib
11:36 06.05.2025
Bakıda Beynəlxalq Aqrar İnnovasiya Forumu təşkil olunacaq
11:32 06.05.2025
Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Baş nazirini qəbul edib
11:31 06.05.2025
1167-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
11:29 06.05.2025
ABŞ yeni hipersəs sisteminin sınağını keçirdi
11:25 06.05.2025
Gündəlik Tehran-Bakı reysləri açıldı
11:22 06.05.2025
Xocalı və Ağdərəyə 2073 nəfər qayıdıb
11:09 06.05.2025
Belarusun Baş naziri Fəxri xiyabanı ziyarət edib
11:06 06.05.2025
Qazaxıstan Rusiyaya Volqa çayının axınını birgə tənzimləməyi təklif edəcək
11:03 06.05.2025
"Qazaxıstan Mərkəzi Asiyada ilk strateji tərəfdaşımız olacaq"
11:02 06.05.2025
Təbriz mediası Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib
10:55 06.05.2025
Fərid Şəfiyev İrana səfər edəcək
10:50 06.05.2025
İslamabad Bakıya karbon kvotaları bazarına və günəş enerjisinə investisiya yatırmağı təklif edib
10:48 06.05.2025
Gənclər Kitabxanasında Əkrəm Cəfərin xatirəsi anılıb
10:45 06.05.2025
İsveçdə ərzaq inflyasiyası yavaşlayır
10:45 06.05.2025
Sudanda PUA hücumundan sonra yanğın başlayıb
10:38 06.05.2025
Azərbaycan və İranın beyin mərkəzləri Anlaşma Memorandumu imzalayıblar
10:15 06.05.2025
İrəvan Ağsaqqallar Şurasının üzvünün avtomobili yandırılıb
10:12 06.05.2025
Suriyanın keçid dövrü Prezidenti sabah Fransaya səfər edəcək
09:18 06.05.2025
Qəzza zolağının ərzaq ehtiyatları tamamilə tükənib
08:23 06.05.2025
Kubada Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib
08:09 06.05.2025
Hindistan çoxməqsədli sualtı minanı sınaqdan keçirib
07:13 06.05.2025
Alimlər vərəm xəstəliyi ilə mübarizədə böyük irəliləyiş əldə ediblər
03:21 06.05.2025
Hodeyda limanı İsrailin zərbələri səbəbindən fəaliyyətini dayandırıb
01:26 06.05.2025
Bu gecə Bakıda meteor yağışı müşahidə ediləcək
00:10 06.05.2025
Bu gün akademik Rəfiqə Əliyevanın xatirə günüdür
00:01 06.05.2025
Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri və vəzifələri müəyyənləşib
16:14 05.05.2025
"Azərbaycanla bizi strateji tərəfdaşlıq birləşdirir"
14:38 05.05.2025
Məhkəmədə Serj Sarkisyanın və Movses Akopyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olunub
14:16 05.05.2025
Hamısı