Bu gün akademik Rəfiqə Əliyevanın xatirə günüdür

Ölkə 00:01 06.05.2025

Görkəmli kimyaçı-alim, Əməkdar elm xadimi, akademik Rəfiqə Əliyevanın vəfatından 8 il ötür. Onun xatirəsi və xidmətləri bu gün ehtiramla anılır.

 “EDnews”akademik Rəfiqə Əliyevanın anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Rəfiqə Əlirza qızı Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Ali təhsilini 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində alıb. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indi Elm və Təhsil Nazirliyinin tabeliyində olan akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlayıb. 1960-cı ildə ADU-nun Analitik kimya kafedrasında analitik kimya ixtisası üzrə aspiranturaya qəbul olub. 1964-cü ildən ömrünün sonuna qədər universitetin Analitik kimya kafedrasında işləyib və assistent, baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə analitik kimya ixtisası üzrə “Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik, 1999-cu ildə isə “d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1999-cu ildə analitik kimya ixtisası üzrə professor elmi adını alıb və Analitik kimya kafedrasının professoru vəzifəsində çalışıb. 2001-ci ildən ömrünün sonunadək BDU-da onun təşəbbüsü ilə yaradılmış Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının müdiri işləyib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademikdir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş “Analitik kimyanın əsasları” (iki cilddə) və “Analitik kimyadan məsələ və suallar” kitabları onun rəhbərliyi ilə Azərbaycan dilinə tərcümə edilib. Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrinin müəllim, elmi işçi və doktorantlarının inkişafında mühüm rol oynayıb.

Akademik Rəfiqə Əliyeva Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlərin yerinə yetirilməsinə rəhbərlik edib. Bu işlər nəticəsində Bakı Dövlət Universiteti böyük miqdarda mənfəət götürüb. Təsərrüfat müqavilələrinin nəticələrinə əsasən ətraf mühitin çirklənməsi qiymətləndirilib, zərərli və ağır metalların qatılaşdırılaraq ayrılmasının yeni, ucuz və iqtisadi cəhətdən əlverişli metodları işlənib-hazırlanıb.

Görkəmli alim Rəfiqə Əliyeva Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D 02.011 şifrli dissertasiya müdafiə şurasının sədr müavini, universitetin və Kimya fakültəsinin elmi şuralarının üzvü olub. O, tələbəlik illəri də daxil olmaqla, ömrünün 70 ilə yaxın bir dövrünü universitetə həsr edib.

Akademik Rəfiqə Əliyeva böyük bir nəslin ən parlaq nümayəndələrindən biri idi. Həmin nəsil Azərbaycan tarixində dövlətçiliyimizin təməlini qoymuş, onu dünyanın müasir dövlətləri sırasına çıxarmışdır. Bu nəslin qurub-yaratmaq, xeyirxahlıq etmək kimi ən gözəl keyfiyyətlərini özündə birləşdirən, daxilən təvazökar, zəngin mənəvi keyfiyyətlərə malik olan Rəfiqə Əliyeva tələbələrin böyük himayədarı idi.

Görkəmli alimin elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə o, 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. O, akademik Y.Məmmədəliyev adına mükafatın laureatı olub. 2000-ci ildə akademik Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib, 2003-2004-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına, “Ekologiya” və “Ümumi ekologiya” adlı dərs vəsaitləri isə Təhsil Nazirliyinin təsis etdiyi Həsən Əliyev adına mükafata layiq görülüb.

2018-ci ildə “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.

Ömrünü kimya elminin inkişafına və kimyaçıların yeni nəslinin yetişməsinə həsr etmiş Rəfiqə xanımın yetirmələri arasında 20-dən çox elmlər namizədi və elmlər doktoru var. Həyatının mənasını elmə, vətənə xidmət etməkdə görən akademik Rəfiqə Əliyevanın əziz xatirəsi həmkarlarının və tələbələrinin qəlbində həmişə yaşayacaq.

Fatimə Mərdanlı //EDnews 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində ədəbi-bədii təqdimat keçirilib
14:39 02.06.2025
"Fənərbağça" 30 milyonunu hazırladı: dünya ulduzunu transfer edəcək
14:32 02.06.2025
İranın Azərbaycandakı yeni səfiri seçilib
14:30 02.06.2025
Paşinyana qarşı cinayət işi açıla bilər?
14:26 02.06.2025
Rumıniya şirkəti SOCAR ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır
13:56 02.06.2025
Paşinyan Ermənistanın polis rəisini istefaya göndərdi
13:22 02.06.2025
Fransa Ermənistanda fəxri konsulluq açdı – Səfirin davranışı gündəmə düşdü
13:15 02.06.2025
Pekin Vaşinqtonu razılaşmanı pozmaqda ittiham etdi
13:03 02.06.2025
May ayında Azərbaycanda 7 min hektardan çox ərazi minalardan təmizlənib
12:59 02.06.2025
Türkiyə-Azərbaycan-Gürcüstan-Bolqarıstan Elektrik Birləşdirici Xətti Layihəsi Hazırlanacaq
12:51 02.06.2025
Çexiya şirkəti Azərbaycanın enerji bazarına modul kogenerasiya qurğuları təklif edir
12:35 02.06.2025
Ərdoğan Bakı Enerji Həftəsinin açılışına mesaj göndərdi: “Əməkdaşlığımız Avropaya uzanır”
12:16 02.06.2025
Tramp ad günü üçün fantastik məbləğ xərcləyəcək
12:11 02.06.2025
Bahar Muradova: Azərbaycanda uşaqlar hələ də partlamamış mina təhlükəsi ilə üzləşirlər
11:35 02.06.2025
Vensan Abubakar “Qarabağ”a görə Türkiyə klublarını rədd etdi
11:20 02.06.2025
"Bayden 2020-ci ildə edam edildi, klonlarla əvəz olunub"
11:02 02.06.2025
ABŞ İrana qarşı sanksiyaların tətbiqini dayandırdı
10:42 02.06.2025
Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlar aparmaq üçün İstanbula gəlib
09:36 02.06.2025
Tramp və nümayəndəsi Putinin Ukrayna ilə bağlı mövqeyini anlayışla qarşılayırlar
09:28 02.06.2025
Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik etdi
08:24 02.06.2025
Kovalenko: Rusiya strateji bombardmançılarını bərpa edə bilməyəcək
08:03 02.06.2025
Böyük Britaniya 12 nüvə sualtı qayıq inşa edəcək
05:29 02.06.2025
Hokkaydo adasında 6,1 bal gücündə zəlzələ baş verib
05:19 02.06.2025
Aqressiv beyin xərçənginin müalicəsində irəliləyiş əldə olunub
04:13 02.06.2025
Polşada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi
03:24 02.06.2025
Almaniyada xəstəxananı yandıran 72 yaşlı kişi saxlanılıb
20:57 01.06.2025
World Boxing-dən Məcburi Gender Testi Qərarı: İdmanda Yeni Mübahisə
13:07 31.05.2025
Simonyanın “300 min azərbaycanlı” açıqlaması Ermənistanda narahatlıq doğurub
13:01 31.05.2025
Bakı-Vaşinqton təmasları intensivləşir: ABŞ Azərbaycanın strateji rolunu tanıyır
12:55 31.05.2025
“Uitkoff planı” rədd edilsə, HƏMAS tamamilə məhv ediləcək"
11:47 31.05.2025
ABŞ Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka məcbur edə bilər
11:39 31.05.2025
"Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib "
10:50 31.05.2025
Senator Stiv Deyns Bakı-Yerevan sülh prosesinə ABŞ-ın dəstəyini bir daha ifadə etdi
10:21 31.05.2025
Azərbaycan və Dominikan Respublikası arasında diplomatik təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
10:17 31.05.2025
Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istədi
10:16 31.05.2025
"Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj gəlib
10:10 31.05.2025
Can Pyero Qasperini "Roma"da
09:48 31.05.2025
"Fənərbaxça" iki ulduz futbolçu ilə yollarını ayırdı
09:11 31.05.2025
Bazarda keyfiyyətsiz günəbaxan yağları: Bu markalara diqqət edin!
09:05 31.05.2025
Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb
09:04 31.05.2025
Hamısı