Kubada Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib

Xarici siyasət 08:09 06.05.2025

Azərbaycanın Kubadakı Səfirliyinin təşkilatçılığı ilə Kuba Xalqlar Dostluğu İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş elmi-akademik tədbir keçirilib.

“EDnews” xəbər verir ki , tədbirdə Kuba Xalqlar Dostluğu İnstitutunun rəhbərliyi, Kuba Xarici İşlər Nazirliyi və Mərkəzi Komitənin nümayəndələri, elmi-akademik dairələrin üzvləri, eləcə də vaxtilə Azərbaycanda təhsil almış kubalılar iştirak edib.

Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidenti xanım Noemi Rabaza çıxış edərək, Azərbaycan və Kuba arasında diplomatik münasibətlərin tarixi, ölkələr arasındakı dostluq əlaqələri, tərəflərin bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlər və həyata keçirdiyi uğurlu əməkdaşlıq barədə danışıb. O, BMT Baş Assambleyasında hər il ənənəvi olaraq keçirilən səsvermələrdə Kubaya qarşı tətbiq edilən iqtisadi embarqonun aradan qaldırılması ilə bağlı Azərbaycanın daim bu ölkəyə dəstək olmasını qeyd edərək, bu mövqeyin Kuba hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Çıxışı zamanı N.Rabaza, Ümummilli Lider Heydər Əliyevin xatirəsinin Kubada böyük hörmətlə anıldığını, Heydər Əliyevin Kuba ilə bağlı daim xoş təəssüratlarda olduğunu və Kubanın Ali Baş Komandanı Fidel Kastro ilə yaxşı münasibətlərinin olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev çıxış edib. Diplomat tədbir iştirakçılarını həm keçmiş Sovet İttifaqı, həm də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi müddətində göstərdiyi əvəzsiz xidmətləri barədə ətraflı məlumatlandırıb. Səfir Heydər Əliyevin müstəqil Azərbaycana öndərliyi dövründən danışaraq məhz Ulu Öndərin səyləri nəticəsində Azərbaycanın beynəlxalq arenada öz sözünü deyən qüdrətli dövlətə çevrildiyini və bu gün də onun siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sonra çıxış edən Havana Universitetinin professoru Oskar Xulian Viyar Barroso Heydər Əliyevin siyasi irsi, onun Sovet İttifaqı zamanında, daha sonra isə müstəqil Azərbaycan uğrunda gördüyü böyük işlər barədə danışıb. Natiq Ulu Öndərin müstəqilliyinin ilk illərində zamanın ağır sınaqlarından keçən, Qarabağ müharibəsi ilə üzləşmiş və sosial-iqtisadi çətinliklər yaşayan Azərbaycanın güclənməsi və inkişafı uğrunda gördüyü mühüm iqtisadi layihələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Məhz Ümummilli Liderin müdrik neft strategiyası nəticəsində Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlarda ticarətinin təmin olunduğunu qeyd edən natiq, Azərbaycanın indi də bu sahədə aparıcı rola malik olduğunu söyləyib. Heydər Əliyevlə Kubanın Ali Baş Komandanı Fidel Kastro arasında sıx dost münasibətlərin mövcud olduğunu diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarına Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən, Azərbaycanın Kubadakı Səfirliyinin dəstəyi ilə ispan dilinə tərcümə olunmuş video nümayiş olunub.

Fatimə Mərdanlı //EDnews 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı