Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Ukraynanın 105 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.
“EDnews ” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Nazirliyin məlumatına görə, Bryansk vilayəti üzərində 32, Voronejdə 22, Penzada 10, Kaluqada 9, Belqorodda 6, Lipetsk və Samarada 2, Vladimir, Kursk və Rostovda 1 ədəd PUA vurulub.
Moskva meri Sergey Sobyanin 19 PUA-nın paytaxta hücum etdiyini bildirib. Pilotsuz aparatlardan birinin qalıqları Kaşirskoye şosesinə düşüb. O qeyd edib ki, ilkin məlumata görə, ciddi dağıntı və tələfat yoxdur.
Hücum nəticəsində Moskva hava limanlarında və digər şəhərlərdəki aeroportlarda uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Fatimə Mərdanlı //EDnews