“Bakı qədimliklə müasirliyin vəhdətidir” Məşhur media şəbəkəsi ölkəmizin turizm potensialını işıqlandırıb

Maraqlı 15:42 01.05.2023

CNN media şəbəkəsinin ərəbcə bölməsi Azərbaycan haqqında geniş xəbər hazırlayıb.  

Ednews bildirir ki, xəbərdə Azərbaycanın növbəti dəfə “Formula 1” Qran Prisinə ev sahibliyi etməsi ilə ölkəyə artan turist axınına diqqət çəkilib. Bildirilib ki, Qafqazın mərkəzində yerləşən paytaxt Bakı maraqlı turizm marşrutları ilə hər il daha çox xarici qonağı özünə cəlb edir.

Qeyd edilib ki, Azərbaycan ilin bütün fəsillərində turistlərin maraqlı vaxt keçirməsi, aktiv əyləncələrlə məşğul olması, eyni zamanda, tarixi və mədəni zənginlikləri kəşf etməsi üçün geniş imkanlara sahibdir.

Xəbərdə ölkənin füsunkar təbiəti, saf gözəlliklərindən danışılıb. Bildirilib ki, “hiking” həvəskarları üçün burada yüksək dağ zirvələri, uzun cığırlar var.

“Həmçinin, Azərbaycan Cənubi Qafqaz ölkələrini birləşdirən piyada turizm şəbəkəsinə qoşulub. Qara dənizdən Xəzər dənizinə qədər uzanan “Transqafqaz cığırı” ilə hərəkət edən turistlər ölkənin təbiətindən və bioloji müxtəlifliyindən həzz ala, qədim qala və bürcləri, tarixi və dini abidələri görə, eyni zamanda müxtəlif bölgələrin insanları ilə ünsiyyət quraraq Azərbaycan xalqının yüksək qonaqpərvərlik ənənənlərinin şahidi ola bilərlər”.

Xəbərdə paytaxt Bakının qədimliklə müasirliyin vəhdəti olduğu vurğulanıb. Bildirilib ki, turistlər İçərişəhərin daş döşəməli küçələrini gəzə-gəzə sənətkarların emalatxanalarını ziyarət edə, müxtəlif kafe və muzeylərə, həmçinin, YUNESCO-nun ümumdünya mədəni irsi siyahısına daxil edilmiş Qız Qalası və Şirvanşahlar Sarayına baş çəkə bilərlər.

“Məşhur Alov Qüllələri və İraq əsilli britaniyalı memar Zaha Hadidin layihələşdirdiyi Heydər Əliyev Mərkəzi şəhərin müasir memarlıq simvollarındandır”.

Qızmar istilərin hakim olduğu yay aylarında isə turistlərə Xəzərin mavi sularına baş vurmaq tövsiyə olunur.  

“Çimərlik istirahətinə alternativ axtaranlar isə ölkənin digər bölgələrində təmiz və sərin dağ havası, əsrarəngiz təbiət mənzərələri və sıx meşələrdən həzz ala bilərlər”.  

Xəbərdə Qobustan qayaüstü rəsmləri barədə də məlumat verilib. Bildirilib ki, Bakının cənubunda yerləşən Qobustanda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş 6 mindən çox petroqlif var ki, onlardan bəzilərinin yaşı 15 min ildən çoxdur.

“Qaya rəsmlərində qədim insanların məşğuliyyətləri – ovçuluq sənəti, rəqs səhnələri və s. həkk olunub. Bunlar eramızdan əvvəl bu yerlərdə sivilizasiyanın varlığını, Azərbaycanın qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir”.

Ölkədə şərab istehsalının inkişaf etdiyi və Azərbaycanın özünəməxsus şərabçılıq ənənələrinin olduğu da diqqətə çatdırılıb.  

“Azərbaycan bu içkinin istehsalı ilə məşğul olan ən qədim yerlərdən biridir. Belə ki, burada üzüm yetişdirilməsinin tarixi min illərə gedib çıxır. Üzümlər payızın əvvəlində yığılır. Ona görə də bu fəsil ölkənin şərab zavodlarını ziyarət etmək üçün ideal vaxtdır”.

Yazıda, həmçinin, hər ilin oktyabrında Göyçay rayonunda keçirilən“Nar Bayramı” haqqında da məlumat verilib.  

“Nar Azərbaycan mətbəxində mühüm yer tutur. Bu meyvə məhsuldarlıq, sevgi və ölümsüzlük rəzmi sayıldığına görə, azərbaycanlılar üçün dərin mənası var”.  

Xəbərdə qeyd olunub ki, ilin digər fəsilləri kimi qışda da turistlər Azərbaycanda əyləncəli vaxt keçirə bilərlər.

“Şahdağ qış turizmi kurortu cəsarətli xizəkçilər və qış tətilini Azərbaycanda keçirmək istəyənlər üçün ideal yerdir”.

Sonda oxucular Azərbaycanda olan palçıq vulkanları barədə də məlumatlandırılıb:

“”Odlar Yurdu” kimi tanınan Azərbaycan dünyada nadir rast gəlinən palçıq vulkanlarının vətənidir. Burada dünyanın ən böyük palçıq vulkanı da daxil olmaqla 400-dən çox palçıq vulkanı var. Radioaktiv maddələrdən ibarət müalicəvi palçıq vannası qəbul etmək sağlamlığının keşiyində duranlar üçün əvəzedilməz metoddur”.

Törə Zeynal

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Hamısı