Parisdə Avropada ilk ən böyük hidrogen istehsalı və paylama stansiyasının açılışı olub.
Ednews Skynews-a istinadən xəbər verir ki, gündə bir ton hidrogen paylamaq gücündə olan bu stansiya Fransada hidrogeni birbaşa öz yerində istehsal edən ilk müəssisədir.
Sözügedən müəssisə hazırda Parisdə yerləşən üç hidrogen doldurma stansiyasına əlavə olaraq inşa edilir.
Layihənin direktoru Kamilla Lea Bassran bildirib ki, hazırda Paris və ətrafında taksi sürücüləri üçün 350-dən çox hydrogen mühərriki ilə işləyən avtomobil var.
O qeyd edib ki, stansiya bu ilin sonuna qədər 600-ə yaxın avtomobili hidrogen enerjisi ilə təmin etmək imkanı verəcək.
Dünyada hidrogen mühərrikli ilk avtomobil 2014-cü ildə Yaponiyada satışa çıxarılıb.
Hidrogen mühərrikli avtomobillər elektrik, istilik və su ilə işləyir. Yanacaq hüceyrəsi heç bir işlənmiş qaz buraxmır, nəticədə atmosferə ziyan dəymir. Hidrogen mühərrikli avtomobillər daha az karbon dioksid emissiya edir. Bununla da gələcək üçün sabit enerji təchizatı yaranır.
Bundan əlavə hidrogenlə işləyən maşınlar daha uzun məsafə qət etdiyi üçün elektriklə işləyən maşınlardan sərfəlidir. Qiymətinə gəlincə isə, hidrogen maşınlar elektrik və hibrid avtomobillərindən bahadır.
Törə Zeynal