Fransada bir avtomobilin üzərinə meteorit düşüb.
Ednews "Le Monde" qəzetinə istinadən xəbər verir ki, Strasburq şəhərində baş verən hadisə böyük təəccüb doğurub.
Belə ki, Fransa polisi avtomobilin damında açılan böyük dəlikdən təəccüblənib və bunun ancaq meteorit ola biləcəyinə inanıb .
Lakin hadisə yerinə gələn təcili yardım xidmətləri avtomobilin içərisində bir meteorit tapa bilməyib.
“Ya obyekt o qədər kiçikdir ki, onu tapa bilmədik, ya da zərbə o qədər güclü olub ki, cisim parçalanıb toza çevrilib. Bununla belə, bizim daş haqqında təsəvvürümüz var", hadisə yerindəki yanğınsöndürən deyib.
Qeyd edək ki, daha sonradan ərazidən tapılan daşın uzunluğu təxminən iki santimetr olub.
Əkbər