“Dünyanın ən cəlbedici dili” 6 min insanın iştirak etdiyi sorğu nəticəsində müəyyən edilib.
Ednews ntc.com.tr-ə istinadən xəbər verir ki, Dil öyrənmə platformasının yeni araşdırmasına görə, dünyanın ən cəlbedici dili artıq fransız dili deyil .
İngiltərə, Fransa, İspaniya, İtaliya , Almaniya və ABŞ- dan ümumi 6 min insana "ən cəlbedici" tapdıqları dil haqqında sual verilib .
2017-ci ildə keçirilən oxşar sorğuda fransız dili dünyanın ən cəlbedici dili seçilib. Bu il yenidən keçirilən sorğuda “İtalyan” dünyanın ən cəlbedici dili seçilib.
İtalyan dili də ən cəlbedici, ən romantik və ən ehtiraslı dil kimi təsvir edilmişdir.
Daily Mail-ə danışan Noel Volf, "İtalyan dilinin cazibədarlığına töhfə verən bəzi xarakterik xüsusiyyətləri var. İtalyanca danışarkən yüksəliş və enişlər musiqi keyfiyyəti yaradır və bəzi insanlar bunu cəlbedici görür" dedi.
Tədqiqat iştirakçıları "ən birbaşa dil" olaraq alman dilini , "ən nəzakətli dil" olaraq isə Britaniya ingilis dilini seçiblər.
Xəyal Ramiz