Video paylaşma platforması Youtube tərəfindən edilən açıqlamada, yetkinlik yaşına çatmayanların potensial təhlükəli məzmuna daxil olmasının qarşısını almaq üçün dəyişikliklər edildiyi bildirilib.
EDnews NTV- yə istinadən xəbər verir ki,Açıqlamada, odlu silahların təhlükəsizliyini necə açmağı göstərən bütün videoların qadağan ediləcəyi, əldəqayırma silahlar, avtomat silahlar və səsboğucu kimi odlu silah aksesuarlarının göstərildiyi videoların isə 18 yaşdan yuxarı istifadəçilər üçün məhdudlaşdırılacağı bildirilib.
Açıqlamada, atəş edib-etməməsindən asılı olmayaraq əllərində odlu silah olan şəxslərin yer aldığı canlı yayımların qadağan ediləcəyi, video oyun məzmununun bu tərifə daxil edilmədiyi vurğulanıb.
Bəyanatda dəyişikliklərin iyunun 18-dən qüvvəyə minəcəyi qeyd edilib . Kontent istehsalçıları və istifadəçiləri qeyd olunan məsələlərə diqqət yetirməyə çağırılıb.
Sünbül