İsveç alimləri insan beyin toxumasından hazırlanmış dünyanın ilk “canlı kompüteri”ni istehsal ediblər.
Ednews xarici mənbələrə istinadən xəbər verir ki, bu kompüterlərin dünyanın enerji böhranlarını həll edə biləcəyi proqnozlaşdırılır.
Ənənəvi kompüter çipi kimi işləyən yeni kompüter neyronlar vasitəsilə siqnal göndərən və qəbul edən sxemlər kimi çıxış edir. Laboratoriya mühitində yetişdirilən 16 beyin hüceyrəsi qrupundan ibarət olan hüceyrələr bir-birləri arasında informasiya əlaqəsini təmin edir.
Qeyd edək ki, yeni texnologiyanın əsas xüsusiyyəti onun daha az enerji sərf etməsidir, çünki canlı neyronlar mövcud rəqəmsal prosessorlardan milyonlarla dəfə az enerji sərf edirlər.
Nigar