Astronavtların Mars səfərinə nə maneə yaradır?

Maraqlı 07:57 01.04.2025

Dünyadan çox uzaqlara uzanacaq kosmik səfərlər artıq üfüqdə görünməyə başlayıb. Marsa gedəcək heyətlər bu səfərlər zamanı Yer kürəsindən çox fərqli şərtlərlə qarşılaşacaq və tədqiqatçılar uzunmüddətli kosmik missiyaların insan orqanizminə necə təsir etdiyini araşdırırlar.

“EDnews” xəbər verir ki,  bu çərçivədə ən böyük suallardan biri məhz böyrəklərlə bağlıdır. Son araşdırmalar göstərir ki, bu həyati orqan kosmosda əvvəl düşünüldüyündən daha çox problemlə qarşılaşa bilər, böyrək daşı əmələ gəlməsi və ya qalıcı zədələnmə riskləri daha yüksək ola bilər.

İnsanlar ilk dəfə Yer kürəsinin qoruyucu maqnit sahəsindən kənara çıxdıqdan bəri aparılan araşdırmalar astronavtların sağlamlığı ilə bağlı narahatlıqların olduğunu üzə çıxarıb. Lakin yeni tapıntılar bu problemlərin niyə məhz böyrəklərdə meydana gəldiyini daha yaxşı anlamağa imkan verir.

Kosmik missiyalarda böyrəklərə nə olur?

University College London (UCL) Böyrək Xəstəlikləri Bölməsindən Dr. Kit Syu və komandası insanların və digər canlıların həftələrlə və ya illərlə kosmosa bənzər şəraitdə yaşadığı zaman böyrəklərində nə baş verdiyini ətraflı şəkildə araşdırıb.

UCL rəhbərliyində aparılan bu araşdırmaya beş qitədən 40-dan çox institut qatılıb. Mütəxəssislər 20 fərqli araşdırma qrupunun məlumatlarını, eləcə də Beynəlxalq Kosmik Stansiya və 40-dan çox Alçaq Yer orbitində aparılan missiyaların nəticələrini təhlil ediblər. Bundan əlavə, siçanlar üzərində aparılan 11 simulyasiya da dəyərləndirilib.

Araşdırma çərçivəsində, siçanlar Yer kürəsinin maqnit sahəsindən kənarda keçirəcəyi 2,5 illik kosmik səfəri əks etdirən şəraitdə radiasiyaya məruz qalıb. Bu araşdırma, kosmik missiyaların böyrək sağlamlığına təsirlərini indiyə qədər ən geniş şəkildə analiz edən tədqiqat kimi qiymətləndirilir. Eyni zamanda, ticari uçuşlarda iştirak edən astronavtların sağlamlıq göstəricilərini əhatə edən ilk araşdırmadır.

Araşdırmanın nəticələri göstərir ki, kosmik uçuşlar böyrəklərin quruluşunu və funksiyasını dəyişdirir, qalaktik radiasiya isə böyrəklərdə qalıcı zədələrə səbəb olaraq uzunmüddətli missiyaları riskə ata bilər.

Böyrəklər və dərin kosmos radiasiyası

Alçaq Yer orbitindəki astronavtlar planetimizin maqnit sahəsi tərəfindən qismən qorunur. İndiyə qədər yalnız 24 nəfər Ay səfərlərində 6-12 günlük qısa müddətli missiyalar zamanı tamamilə qalaktik kosmik radiasiyaya (GCR) məruz qalıb.

Yer kürəsinin maqnit sərhədlərinin kənarında illərlə davam edəcək bir missiya hələ həyata keçirilmədiyi üçün orqanlarımızın daha sərt şərtlərdə necə dözəcəyinə dair dəqiq məlumat yoxdur.

Yeni araşdırma çərçivəsində alimlər aşkar ediblər ki, böyrəklərdə duz və kalsium balansını tənzimləyən bəzi borucular (tübüllər) cəmi bir aylıq mikroçəkisizlik şəraitində kiçilir. Bundan əlavə, böyrəklərin duzları emal etmə üsulu böyrək daşı əmələ gəlmə ehtimalını artırır.

Bu yeni tapıntılar, əvvəllər kosmosda böyrək daşı yaranmasının əsasən sümük itkisinə bağlı olaraq sidikdə kalsium səviyyəsinin artmasından qaynaqlandığı ilə bağlı nəzəriyyəni yenidən dəyərləndirməyə əsas verir.

Daha uzun məsafə, daha çox radiasiya

Araşdırma göstərir ki, kosmik radiasiyanı adi qoruyucu qalxanlarla tamamilə bloklamaq mümkün deyil. Siçanlara Yer kürəsinin maqnit sahəsindən kənarda 2,5 il davam edəcək bir kosmik səfərə bərabər dozada qalaktik kosmik radiasiya verildikdə, onların böyrəklərində qalıcı zədələrin meydana gəldiyi müşahidə edilib.

Əsas nəticələr uzunmüddətli kosmik səfərlər zamanı böyrəklərin həyati mineralları necə idarə etdiyindəki dəyişikliklərin sağlamlıq üzərində ciddi təsirləri ola biləcəyini göstərir.

Dr. Syu bu barədə belə deyir: "İndiyə qədər aparılan nisbətən qısa kosmik missiyalarda astronavtlarda böyrək daşlarının artdığını bilirik. Lakin bu problemlərin niyə baş verdiyini və Marsa planlaşdırılan uzun səfərlərdə nələrin baş verəcəyini bilmirik".

Əgər alimlər böyrəkləri qorumaq üçün yeni üsullar inkişaf etdirə bilməsə, Marsa gedən bir astronavtın dönüş yolunda və ya Yerə qayıtdıqdan sonra dializ müalicəsinə ehtiyacı ola bilər.

Dr. Syu əlavə edir: "Böyrəklər radiasiya zədəsini gec üzə çıxarır. Problem aşkar edildikdə isə böyrəklərin iflas etməsinin qarşısını almaq üçün çox gec ola bilər. Bu isə missiyanın uğurla tamamlanmasını təhlükəyə ata bilər".

Kosmik agentlikləri 1970-ci illərdən bəri Yer kürəsinin təbii qoruyucu qalxanından kənarda baş verən səfərlərin sümüklərdə, gözlərdə və ürək-damar sistemində sağlamlıq problemlərinə səbəb olduğunu bilirlər.

Bu yeni araşdırma göstərir ki, böyrəklər də ciddi narahatlıq mənbəyidir. Xüsusilə daha iddialı missiyalar planlaşdırılarkən mikroçəkisizlik və radiasiyanın idarə olunmasının vacibliyinə diqqət çəkilir.

UCL Böyrək Xəstəlikləri Bölməsindən Stiven B. Uolş bildirir: "Araşdırmamız göstərir ki, kosmik missiyalar planlaşdırılarkən böyrəklər həqiqətən də önəmli amildir. Onları qalaktik radiasiyadan qalxanlarla qoruya bilmərik. Lakin böyrək biologiyasını daha yaxşı başa düşdükcə, uzunmüddətli kosmik səfərləri mümkün edəcək texnoloji və ya farmakoloji həllər inkişaf etdirmək mümkün ola bilər".

Astronavtlar üçün hazırlanacaq dərmanlar Yer kürəsindəki xəstələr üçün də faydalı ola bilər. Məsələn, bu sayədə xərçəng xəstələrinin böyrəkləri daha yüksək dozada radioterapiyaya davam gətirə bilər və bu müalicə üsulunun qarşısındakı maneələrdən biri aradan qaldırıla bilər.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlandı
11:20 10.07.2025
"Növbəti il bütün müəllimlər sertifikasiyadan keçmiş olacaq"
11:05 10.07.2025
Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə razılaşma baş tutub
10:50 10.07.2025
İsveçin miqrasiya naziri ifrat sağçı qohumu səbəbilə təzyiqlərlə üz-üzədir
10:35 10.07.2025
Füzuliyə beynəlxalq səyyahlar gəliblər
10:20 10.07.2025
Ağdərədə baş verən mina partlayışında bir nəfər yaralanıb
10:05 10.07.2025
İyulun 10-u Ümumdünya Hüquq Günüdür
09:50 10.07.2025
Bu gün Xalq yazıçısı Sabir Əhmədlinin 95 yaşı tamam olur
09:35 10.07.2025
Azərbaycan neftinin qiyməti bahalaşıb
09:20 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
09:08 10.07.2025
Dünya bazarında qızıl və gümüşün qiyməti qalxıb
09:05 10.07.2025
ABŞ Şri-Lankadan idxala 30% rüsum tətbiq edəcək
08:48 10.07.2025
Aralıq dənizi quruyur -BMT-nin 2030 xəbərdarlığı
08:18 10.07.2025
Abdulla Öcalan niyə PKK-ya ikinci dəfə çağırış etdi? -Ekspert danışdı
07:48 10.07.2025
ABŞ-da qızılcanın sayı rekord həddə çatıb
07:19 10.07.2025
Bitkoinin qiyməti tarixi maksimumu yeniləyib
06:51 10.07.2025
Qlobal istiləşmə vulkanları oyada bilər
06:23 10.07.2025
Fransa və Böyük Britaniya "nüvə məsələsi"ndə birgə hərəkət edəcək
05:50 10.07.2025
NASA-da istefa dalğası: 2000-dən çox rəhbər işdən çıxır
05:17 10.07.2025
"Microsoft" süni intellektin hesabına 500 milyon dollara qənaət edib
04:44 10.07.2025
Aralıq dənizinin dibindən İsgəndəriyyə mayakı çıxarıldı
04:20 10.07.2025
HƏMAS 10 israilli girovu azad etməyə razıdır
03:48 10.07.2025
Rəhman Bədəlov vəfat etdi
03:13 10.07.2025
Cənubi Koreyanın eks-prezidentini həbs olundu
02:48 10.07.2025
"OpenAI"öz brauzerini yaradır
02:15 10.07.2025
Tramp Braziliya mallarına 50% rüsum təyin etdi
01:42 10.07.2025
Yuxu terroru niyə baş verir? -Ekspert danışdı
01:19 10.07.2025
Kral III Çarlzın gözü "qan çanağına döndü"
00:46 10.07.2025
Reynir vulkanı ətrafında nə baş verir? -Bir gecədə yüzlərlə zəlzələ oldu
00:11 10.07.2025
"Sağlam girdiyim xəstəxanadan əlil çıxdım"
23:38 09.07.2025
Əbu-Dabi görüşü Cənubi Qafqaza nə vəd edir?
23:08 09.07.2025
"Nvidia"nın bazar dəyəri 4 trilyon dolları ötüb
22:43 09.07.2025
"X"in baş direktoru istefa verdi
22:13 09.07.2025
Ukrayna müharibəsi: NATO-nun sərhədləri harada bitir? -Analitik Baxış
21:56 09.07.2025
Mərkəzi Asiyanın ən güclü superkompüteri işə salındı
20:30 09.07.2025
ABŞ-yə giriş pullu olacaq
20:00 09.07.2025
“İki sahil” 34 yaşını qeyd edir
19:45 09.07.2025
Zelenski İtaliyaya getdi
19:30 09.07.2025
Borcların geri qaytarılması yoxsa... - Dilemma
19:15 09.07.2025
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib
19:06 09.07.2025
Hamısı