ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsində (NASA) yüksək vəzifə tutan 2 145 əməkdaş agentliyi tərk edəcək.
“EDnews” xəbər verir ki, bu barədə "Politico" nəşri sərəncamında olan sənədlərə istinadən yazır.
Materialda qeyd olunur ki, işdən çıxarılan əməkdaşların əksəriyyəti dövlət xidmətində rəhbər vəzifələrə uyğun olan GS-13 - GS-15 səviyyəli vəzifələri tuturlar. Onlar işçi sayının azaldılması siyasətindən narazıdırlar.
İxtisarlar NASA üçün çətin bir dövrdə baş verir. Prezident Donald Trampın administrasiyası dövründə ABŞ-ın kosmik sənayesi və 18 000 əməkdaşı olan NASA heyəti, onlarla elmi proqramı ləğv edəcək gözlənilən işdən çıxarılmalar və təklif olunan büdcə ixtisarları səbəbindən qeyri-müəyyənliklə üzləşib.