Misirdəki Azərbaycan diasporasının sədri, Qahirə universitetinin müəllimi, tədqiqatçı alim Seymur Nəsirovla ÖZƏL müsahibə

Müsahibələr 12:26 06.02.2018
Seymur Nəsirov Misirdə Azərbaycan Diasporunun sədri, Qahirə Universitetinin müəllimidir. Uzun illərdir Misirin keçmiş baş müftisi və dünyanın ən məşhur alimlərdən biri olan Prof. Dr. Şeyx Əli Cümənin xarici tələbələrin işi üzrə köməkçisidir. İrsi canlandırma üzrə "Halqa” fondunun təsisçilərindən biri və baş direktorudur. Hazırda dünyanın 58 ölkəsindən gələn 1000-dən çox tələbələrə rəhbərlik edir. Bu yolla sadəcə, Misirdə deyil, dünyanın hər guşəsində Azərbaycanı təbliğ edərək, həqiqətləri  çatdırmağa çalışır. Eurasia Diary tədqiqatçı alim Seymur Nəsirovla özəl müsahibəni təqdim edir.
 
Eurasia Diary:-  Azərbaycanla Misir arasinda əlaqələrin bugünkü vəziyyəti  barəsində nə deyə bilərsiniz? Söhbət dövlətlərarası və millətlərarası əlaqələrdən gedir.
 
Seymur Nəsirov:  Azərbaycanla Misir arasinda əlaqələrin bugünkü vəziyyəti həm siyasi, həm də iqtisadi sahədə çox yüksək səviyyədə inkişaf edir. Əslində əsrlər boyu Azərbaycanla Misir arasında əlaqələr  yüksək səviyyədə olub. Yəni biz tədqiqatlar əsasında da bunun şahidi oluruq.  Hətta Azərbaycana müsəlmanların gəlməsi ilə misirli qəbilələrin də gəlmələrini biz tədqiqatlarımızda gördük.  Hər zaman bu əlaqələr yüksək səviyyədə olub. Hətta azərbaycanlı alimlərin həyatlarını da oxuyanda görürürk ki, ən məşhur alimlər Misirdə təhsil alıblar.  Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İslam Konfransı Təşkilatı çərçivəsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bundan başqa Azərbaycandan gələn nümayəndə heyətləri Misir prezidenti tərəfindən yüksək səviyyədə qəbul edilir.  Eyni zamanda Misirin yüksək vəzifəliləri prezident İlham Əliyev tərəfindən qəbul olunur. Bu isə dövlətlər arasında siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərir. O ki, qaldı Azərbaycanla Misir arasında ictimai münasibətlərə , deyə bilərəm ki, Azərbaycan bir əsrə yaxın SSRİ-nin tərkibində olub.  Buna görə də Azərbaycanı Misir xalqı ümumiyyətlə tanımırdı. Son illərdə isə Azərbaycanın beynəlxalq arenadakı mövqeyi və onun fəaliyyəti, Azərbaycanda keçirilən idman oyunları, konfranslar, forumlar hər zaman onun bölgədə güclü dövlət olduğunu göstərir. Artıq dünya xalqları Azərbaycanı tanımağa başlayıb.
 
Eurasia Diary: - Bizim ən böyük problemimiz Dağlıq Qarabağ münaqişəsidir. Qarabağ həqiqətlərinin Misir ictimaiyyətinə çatdırılmasında diasporumuz  hansı işləri görür?
 
Seymur Nəsirov: - 2016-cı ilin iyun ayında Dünya azərbaycanlılarının dördüncü qurultayı keçirildi. Azərbaycan prezidentinin qurultayda diaspor  təşkilatlarından əsas tələbi Azərbaycan həqiqətlərini, dilini, mədəniyyətini və Dağlıq Qarabağ problemini dünya ictimaiyyətinə yüksək səviyyədə çatdırmaq idi. Buna görə də biz diaspor təşkilatı olaraq hər zaman bütün görüşlərimizdə Azərbaycan həqiqətlərni Misirdə insanlara yüksək vəzifəlilərə media qurumlarına eyni zamanda universitetlərdə keçirdiyimiz bütün tədbirlərdə Qarabağ problemini ən əsas mövzu olaraq gündəmə gətirmişik. Bu bir həqiqətdir ki, Misir Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz azərbaycan həqiqətlərini dünyaya ən yüksək səviyyədə çatdırmağa çalışırıq. Diaspor olaraq biz Misir mediasında məqalələr yazırıq, televiziyada çıxışlar edirik.   Gənclərlə bağlı biz Azərbaycan dilinin tədrisini bir neçə universitetdə həyata keçiririk. Gələn ildən belə universitetlərin sayını artırmağı düşünürük. Səfirliklə çox gözəl əlaqələrimiz var. Cənab prezidentin də dediyi kimi səfirliklərlə diaspor təşkilatları əl-ələ verib Azərbaycanın həqiqətlərini dünyaya çatdırmalıdırlar. Həmçinin onlar arasında yüksək səviyyədə anlaşma olmalıdır. Biz Misirdəki mərkəzimizdə Azərbaycan dilini tədris edirik. Bununla yanaşı Azərbaycan həqiqətlərini, mədəniyyətini, turizm potensialını, coğrafi mövqeyini, təbiətini, tarixini də təbliğ edirik. Bu işi bundan sonra da davam etdirəcəyik.
 
Eurasia Diary: - Misirdə hər zaman güclü erməni diasporu olub. Elə indi də güclüdür. Onların Azərbaycana qarşı təxribatlarının olmasına da şübhə yoxdur. Siz bu təxribatların qarşısını almaq üçün hansı tədbirləri görürsüz?
 
Seymur Nəsirov: - Əfsuslar olsun ki, bütün dünyada erməni lobbisi çox güclüdür. Amma onlara güclü deyərək biz özümüzü gücsüz saymamalıyıq. Çünki haqq-ədalət bizimlə olduğu üçün biz hər zaman güclüyük.  Dünyada Azərbaycana qarşı olan ikili standart göz önündədir. Dəfələrlə BMT Təhlükəsizlik Şurasının qərarları indiyə qədər yerinə yetirilmir. Erməni lobbisi dünyanın hər yerində olduğu kimi Misirdə də var. Burada minlərlə erməni ailələri yaşayır. Onların öz məktəbləri, öz kilsələri var. Biz haqlı olduğumuzu onlardan heç vaxt gizlətmirik. Buradakı insanlara həqiqətlərimizi çox rahat bir şəkildə çatdırmağa çalışırıq.Düşünürəm ki, biz meydanda daha çox güclü olmalıyıq. Xüsusən də gənclər vasitəsilə ailələrə həqiqətlərimizi çatdırmalıyıq.  Bunun üçün qəzet və jurnallar daha çox yayılmalıdır. Çünki erməniləri bir neçə jurnalı var ki, Azərbaycanla bağlı hər zaman yalan məlumatlar tirajlayır. Amma Misir xalqının əksəriyyəti müsəlman olduğu üçün hər zaman müsəlman ölkəsi olan Azərbaycanın yanında olmağa çalışırlar.Bizim sayımız burada çox olmadığı üçün işimiz bir az çətindir. Amma inanıram ki, biz erməni diasporundan heç də geridə qalmırıq. əksinə bir çox məqamlarda onlardan üstün oluruq. Onların uydurmaları isə dəniz köpüyündən üstün deyil.
 
Eurasia Diary: - Azərbacanla Misir arasında tarixi-mədəni əlaqələr mövcuddur. Diaspor olaraq bu sahədə hansı işlər görmüsüz?
 
Seymur Nəsirov: - Əsrlərdən bəri Misirlə Azərbaycan arasında mədəni əlaqələr olub. Biz diaspor olaraq Azərbaycan mədəniyyətini Misir mediası vasitəsilə xalqa çatdırmağa çalışırıq. Uzun illərdən bəri mən istəyirdim ki, burada Azərbaycan tədris mərkəzi olsun. Biz burada Azərbaycan dilini tədris edək, mədəni tədbirlər keçirək. Artıq bu mərkəzin yaradılmasına nail olduq. Yaxın gələcəkdə Misir-Azərbaycan Dostluq Cəmiyyəti də təsis etməyi düşünürük. Bu cəmiyyəti yaradandan sonra Azərbaycan həqiqətlərini lazımı instansiyalara çox rahat şəkildə çatdıra biləcəyik. Biz ilk dəfə olaraq Misir televiziyasında Azərbaycanın mətbəxi, turizm potensialı və coğrafiyası ilə bağlı video çarxların yayımlanmasını təşkil etmişik. Bundan başqa Əl Əzhər və Ayn Şəms Qahirə universitetinin 500-dən çox tələbəsi Azərbaycan dilini öyrənir. Təhsil Nazirliyin müvafiq qərarı ilə Azərbaycan dili universitetlərdə dərs proqramına daxil edilmişdir. Gələn ildən başqa universitetlərdə də proqrama əlavə olunacaq. Mən Misir televiziyasında sonuncu çıxışımda Azərbaycan xalçasından söhbət açdım və Azərbaycan xalçasının dünyanın ən gözəl xalçası olduğunu dilə gətirdim. Hətta Qurani Kərimdə də cənnət xalçalarının Azərbaycan xalçalarına bənzədildiyini qeyd etdim. Eyni zamanda xalça muzeyi haqqında söhbət açsıq. Daha sonra Dahi Nizami Gəncəvinin ilk dəfə ərəb dilində aparılan araşdırmadan sonra onun Azərbaycanın Gəncə şəhərində olduğunun sübut etdirən elmi məqalə haqqına söhbət açdım. Bilirsiz ki, bəzi mənbələrdə Nizami Gəncəvinin başqa xalqın şairi olduğu göstərilirdi. Amma ərəb mənbələrində mən bunu araşdıraraq onun azərbaycanlı olduğunu sübut etməyə çalışdım. Bundan başqa şərqdə ilk opera yazan azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyov haqqında danışdım. Muğam ustamız Alim Qasımovun ifasından söhbət açdım. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin güclü dövlət siyasəti haqqında xüsusi olaraq danışdım.  Qeyd edim ki, dəfələrlə bu mövzularda Misir televiziyalarında çıxışlarım olub.
  
 
Eurasia Diary: - Gələcək planlarınız barədə nə deyə bilərsiz? Elə bir planınız varmı ki, onu hələ həyata keçirməmisiz?
 
 
Seymur Nəsirov: - Bildiyiniz kimi bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. Bu münasibətlə çoxlu tədbirlərimiz olacaq. Səfirliklə birgə bu tədbirləri keçirməyi planlaşdırırıq. Artıq məqalələrimiz mediada yayılır. Biz nə qədər media vasitəsilə fəallıq göstərsək bir o qədər xalqa fikirlərimizi çatdıra bilərik. Doğrusu hələ çox planlarımız var. Yaxın gələcəkdə ərəb mənbələrinə istinad edərək Azərbaycanla bağlı böyük bir ensiklopediya yazmaq istəyirəm. Bildiyiniz kimi, azərbaycanlı alim və ədiblər haqqında iki kitab yazmışam. Gələcəkdə ikinci kitabın Azərbaycan və ərəb dilində çap olunacağına ümid edirəm. Mənim əsas hədəfim faydalı insan olmaqdr. 15 ildən çoxdur ki, misirdə təhsil alan 50-dən çox ölkədən gələn mindən çox tələbəyə rəhbərlik edirəm. Təsəvvür edin ki, evi, yeyəcək heç nəyi olmayan tələbələrə həm yer verirsiz, həm də onlara təqaüd təşkil edirsiz. Onlar bunu unutmurlar. Hər yerdə deyirlər ki, bizə azərbaycanlı Seymur Nəsirov rəhbərlik edir. Bundan başqa Misirdə Azərbaycan universiteti yaratmaq istəyirik. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanı Misirdə daha da yüksək səviyyədə təbliğ edə biləcəyik.

Həşim Məmmədov, Eurasiadiary

 

 

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
Hamısı