"Regionda sabitlik Azərbaycanda keçiriləcək seçkilərin nəticələrindən asılı olacaq" Dmitriy Savelyev

Müsahibələr 16:35 02.03.2018

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitriy Savelyev Azərbaycanda keçiriləcək seçkilərin əhəmiyyəti və Xəzəryanı bölgədə sabitliyin qorunub saxlanması ilə bağlı sechki-2018.az saytının suallarını cavablandırıb.

 - Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək, xalq yeni müddətdə ölkəyə rəhbərlik edəcək şəxsi seçəcək. Siz Azərbaycanda seçkiöncəsi mühiti necə dəyərləndirirsiniz?

 - Azərbaycan cəmiyyəti hər zaman ölkədə baş verən hadisələrə məsuliyyət hissi ilə yanaşır. Bu mənada budəfəki seçkilərdə də iştirakın yüksək səviyyədə olacağına əminəm. Əhval-ruhiyyəyə gəlincə, dünyada neftin qiymətinin ucuzlaşmasından qaynaqlanan çətin dövrü Azərbaycan uğurla geridə qoydu. İqtisadiyyatın qeyri-neft sektorunda, o cümlədən ağır sənaye, kənd təsərrüfatı, turizm sahələrində ciddi artım müşahidə olundu ki, bu da durğunluğun qarşısını aldı. Bu, Azərbaycana sosial layihələrin reallaşdırılmasını davam etdirməyə imkan verdi. Nəticədə ötən il Azərbaycanda ÜDM-də artım oldu, ölkənin valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 44 milyard dollara çatdı. Bu, isə çox yaxşı göstəricidir. Hazırda neftin qiyməti yenə bahalaşıb, amma “qara qızıl” təkrar ucuzlaşsa belə, Azərbaycan yenə də inkişaf edəcək. Aydın görünür ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı siyasəti düzgün seçim idi. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi, mədəni, idman, humanitar tədbirlərə ev sahibliyi etməsi və digər məsələlər cəmiyyətin seçkilərə olan münasibətinə müsbət təsir göstərir.

-  Azərbaycandakı seçkilərin region üçün əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycanda keçiriləcək seçkilərin region üçün əhəmiyyəti çox böyükdür. İqtisadi və siyasi cəhətdən güclü olan Azərbaycan, eyni zamanda, Xəzər regionunda inkişaf və sabitliyin qarantıdır. Hazırda Azərbaycan Xəzər dənizinin təbii sərvətlərinin öyrənilməsi və inkişafı ilə bağlı bir çox böyük layihələrə qoşulub, “Şimal-Cənub” nəqliyyat dəhlizi və Cənub Qaz Dəhlizi layihələri uğurla icra edilir. Azərbaycan, eyni zamanda, “Ekspo 2025”ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Azərbaycan elə bir ölkədir ki, burda insan resurslarına hər zaman böyük önəm verilir. Bu ölkədə yaşayan bütün dinlərin və xalqların nümayəndələrinə hörmət və bərabər yanaşma siyasəti həyat tərzidir. Azərbaycan da Rusiya kimi region iqtisadiyyatına həm sərmayə yatırır, həm də  investisiya cəlb edir, bu isə yeni iş yerləri, sabitlik, sülh və rahat həyat deməkdir. Bu mənada əlbəttə, qarşıdakı prezident seçkilərinin nəticələrindən çox şey asılı olacaq.

- Hər yeni seçki ölkənin tarixində yeni mərhələnin başlanğıcı, inkişaf və islahatlarla xarakterizə olunur. Necə düşünürsünüz, budəfəki seçkilərin Azərbaycanın tarixində rolu nədən ibarətdir?

- Gələcəyi təxmin etmək çox çətindir. Amma düşünürəm ki, burada hər şey çox sadədir. Çünki, Azərbaycanda xalq üçün çox işlər görülüb. Ölkənizdə təbii sərvətlərin düşünülmüş şəkildə istifadəsi siyasəti davam etdirilir, insanların həyat şəraiti daim yaxşılaşdırılır. Bu siyasət gənc, müstəqil ölkəni sülhə və rifaha aparır. Müasir Azərbaycan dünya arenasında özünəlayiq yer tutub. Azərbaycan ən irimiqyaslı və cəsarətli layihələrin reallaşmasında da etibarlı və perspektivli tərəfdaşdır. Bu, əhalinin gəlirlərinin artması, sabitliyin möhkəmlənməsi ilə yanaşı, hər bir vətəndaşda atdığı addımın özü ilə yanaşı, ölkəsinə faydalı olduğuna dair təfəkkürün formalaşmasında da vacib rol oynayır.

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
Hamısı