Rus tarixçi ermənilərin Çeçenistanda yerləşmə planlarından danışdı

Bakıda Beynəlxalq Media Mərkəzində rus tarixçisi Oleq Kuznetsovun mətbuat konfransı keçirilib

Müsahibələr 11:06 12.04.2019
Bakıda Beynəlxalq Mətbuat mərkəzində  görkəmli rus tarixçisi, siyasi təhlilçi, tarix elmləri doktoru, hərbi ekspert Oleq Kuznetsovun iştirakı ilə mətbuat konfransı keçirildi. O, Azərbaycanda KQB-nin arxivlərində müharibədən sonrakı illərdə erməni lobbisini gözdən salan materialları tapıb. Konfransdan əvvəl  tarixçi Eurasia Diary-nin müxbirinin verdiyi sualları cavablandırıb.
 
- Sizin bir tarixçi kimi, Rusiya televiziyasının müxtəlif proqramlarında iştirak edən keçmiş rus diplomatı Platoşkinə və tarixçi Spitsinə münasibətiniz necədir?
 
Cavab: - Bu insanların əsas işləri ilə tanış deyiləm və buna görə də onların elmi fəaliyyəti barədə fikir bildirmək mənə çətindir. Onlar daim mərkəzi televiziyada çıxış etdiyi üçün mənə elə gəlir ki, bu sadəcə onların növbəti televiziya şousunda iştirakıdır.
 
- Həmkarınız tarixçi Stanislav Tarasov haqqında nə düşünürsünüz? Axı sizin "Qarabağ münaqişəsinin" "miflər"i haqqında həqiqət"" adlı kitabınız, Stanislav Tarasovun hərbi münaqişəyə və ya dəqiq desək, nəticəsində Azərbaycan ərazisinin 20% -nin Ermənistan tərəfindən işğal olunduğu Qarabağda baş verən müharibə ilə bağlı məqalələrdə təhriflərin olduğunu göstərən əsərdir.
 
Cavab: - Bəli, Tarasovu yaxşı tanıyıram. Qarabağla bağlı məqalələrini 2013-cü ildə yazıb. Bu şəxsin yanaşmasını bilirəm. Məqalələr yazarkən, təkrar materialları istifadə edib, arxivə baş vurmayıb. Başqa sözlə, ermənipərəst politoloqlar tərəfindən hazırlanmış materiallardan istifadə edib. Onun səhvi bunda olub. Lakin Tarasov elmi tədqiqat sahəsində bacarıqlara malikdir. Amma əlində akademik materiallar olmadığı üçün yazdığı şey elm deyil, arxasında duran insanların fikirlərinin təbliğatıdır.
 
Bakı necədir? Daha əvvəl burda olmusunuz?
 
Cavab: - Son dörd ya da beş il ərzində arxivlərdə işləmək üçün daim sizin paytaxtınıza səfər edirəm. Və hər dəfə şəhərin dəyişdiyini görürəm. Lakin otuz il əvvəlki şəhərlə müqayisə edə bilmərəm. O vaxt burada olmamışam. Və buna çox təəssüf edirəm.
 
Konfransda Rusiya tarixçisi Oleq Kuznetsov ermənilərin çeçenləri deportasiya etdikdən sonra Çeçenistanda məskunlaşdırmaq və RSFSR daxilində Şimali Qafqazda muxtariyyət yaratmaq planlarından danışıb. O, KQB-nin materialları ilə tanış olduqdan sonra 1948-ci ildə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin arxivindən götürülmüş məxfi işə əsaslanmış məqalə yazıb. Mətbuat konfransında toplanan jurnalistlərə KQB arxivindən sənədlərin bir nüsxəsi verilib.
 
Bu hadisə 1945-ci il noyabrın 21-də SSRİ Xalq Komissarları Şurası "Xarici ermənilərin Sovet Ermənistanına qaytarılması üçün tədbirlər haqqında" qətnamə qəbul etdikdən sonra baş verib. Üç aydan sonra, 1946-cı il fevralın 22-də, Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası- MK(b) Siyasi Bürosu SSRİ Xarici İşlər Komissarlığı ilə birgə hazırlanmış "Xaricdən ermənilərin Sovet Ermənistanına köçürülməsi üçün praktiki tədbirlər haqqında" fərmanı təsdiq etdi. 1947-ci ilin 29 yanvar, 24 mart və 10 dekabr tarixlərində SSRİ Xalq Komissarları Şurası ermənilərin "repatriasiyası" haqqında qətnamələr qəbul etdi.
 
"Erməni məsələsi" ni həll etmək üçün SSRİ XİXK-in Yaxın Şərq ölkələri şöbəsinin müdiri İ.V.Samılovskinin başçılıq etdiyi xüsusi komissiya yaradıldı. Onun fəaliyyətinin əsas məqsədi ermənilərin Yunanıstan, Rumıniya və Bolqarıstanın Sovet Zaqafqasiyasına köçürülməsi idi; "repatriasiya" nın İran, Livan, Rumıniya, Suriyadan həyata keçirilməsi planlaşdırılırdı və gələcəkdə bu ABŞ, Fransa, Misir, Türkiyə və İraqa da toxuna bilərdi.

Ümumiyyətlə, o dövrdə 360.000 erməninin köçürülməsi və yalnız Ermənistan SSR ərazisinə yerləşdirilməsi nəzərdə tutulmuşdu. Ancaq 1948-ci ilin iyun ayı məlumatlarına görə, SSRİ-da 86 346 əcnəbi erməni köçürülmüşdü ki, statistikaya əsasən, bunun 37 mindən çoxu Ermənistana yerləşdirildi. Məskunlaşmış ermənilərin üçdə ikisi Livan, Suriya, İran, Yunanıstan və Kiprdən idi. Fransa, Misir, Bolqarıstan, Rumıniyadan olan reemiqrasiya etmiş ermənilər də olduqca çox idi. 1948-ci il sentyabrın 14-də SSRİ Xalq Komissarları Şurasının qərarı ilə ermənilərin köçürülməsi məhdudlaşdırıldı. Amma ermənilərin Çeçenistana köçürülməsinə qərar verilməsi barədə O.Kuznetsovun KQB arxivlərində axtarışından əvvəl heç bir dəlil yox idi.

Konfransda bu ilin fevral ayında Moskvada baş verən hadisələrə toxunulub. Həmin zaman çeçenlər və azərbaycanlılar arasında kütləvi dava olmuşdu. Kuznetsov, Rusiya vətəndaşı kimi, Moskvada fevral ayında baş vermiş kütləvi davanın məhz Rusiyanın təşviq etdiyi iddiası ilə bağlı bütün fərziyyələri rədd etdi.

Qafqaz Tarixi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov mətbuat konfransında bildirib ki, erməni sosial şəbəkə istifadəçiləri fevral hadisəsindən iki xalq arasında nifrət və qarşıdurma yaratmaq üçün fəal şəkildə istifadə etdilər. Onlar Rusiyanın paytaxtında baş verən hadisədən faydalanaraq saxta profillərdən azərbaycanlılar və çeçenlər arasında gərginliyin artmasına çalışırdılar.

Mətbuat konfransının sonunda Rizvan Hüseynov apreldə Azərbaycan ordusunun müvəqqəti olaraq erməni işğalçıları tərəfindən ələ keçirilən Azərbaycan ərazisinə hücumu zamanı ermənilər arasında baş verən iğtişaşları yumorla xatırladıb.

Müsahibəni götürdü: Semyon Kastrulin

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı