Marneulinin yeni seçilmiş azərbaycanlı meri ilə müsahibə 31 yaşı var

Müsahibələr 18:47 24.05.2019

Mayın 19-da Marneulidə keçirilən mer seçkilərində ilkin hesablamalara görə, “Gürcü Arzusu” partiyasının azərbaycanlı namizədi Zaur Darğallı 78,75 faiz səs çoxluğu ilə qalib gəlib.

Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009-cu illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib.

Z.Darğallı paralel olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012-ci illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. Hazırkı vəzifəyə qədər Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri olub.

Marneulinin yeni seçilmiş meri Zaur Darğallı Oxu.Az-a müsahibə verib:

- Zaur müəllim, cəmi 31 yaşınız var və artıq Marneuli kimi bir rayonun meri seçilmisiniz. Bu məsuliyyətin altından qalxa bilmək üçün nələr edəcəksiniz?

- İlk növbədə Marneuli əhalisinə öz minnətdarlığımı bildirmək istəyirəm. Biz 90 seçki məntəqəsinin hər birində böyük səs faizi ilə qalib gəldik. Bu, bizə qarşı olan böyük inam, güvəndir və məsuliyyətimizi daha da çox artırır.

Marneuli kimi rayonun meri olmaq özü böyük məsuliyyətdir. Bu cür qalibiyyətdən sonra məsuliyyət daha da çox artır ki, insanlara effektivşəkildə qulluq edə bilək.

Əlbəttə ki, əsas və önəmli hədəflərimizdən biri yerlərdə mövcud olan müxtəlif infrastruktur problemlərinin həlli, əhalinin sosial durumunun yaxşılaşdırılması, əhalinin proseslərdə iştirakının artırılması olacaq.

Bir çox kompleks yanaşmalarımız var. On günə seçki komissiyasının nəticələri rəsmi elan olunacaq və sonra vəzifələrimin icrasına başlayacağam. Bundan sonra kompleks şəkildə yerlərdə mövcud olan müxtəlif problemlərin həlli ilə bağlı aktiv şəkildə işə başlayacağıq.

- Seçkiqabağı Marneulidə sakinlərlə görüşlər keçirmisiniz, hansı problemlərlə bağlı sizə müraciətlər edilib? Ümumiyyətlə Marneuli azərbaycanlılarının əsas problemləri, narazılıqları hansılardır?

- Əsas problemlər infrastrukturla bağlıdır. 2013-cü ildən bu günə kimi bir çox işlər görmüşük. Rayonda 800-dən artıq infrastruktur layihəsi həyata keçirilib. Demək olar ki, əsas infrastruktur işləri keçmiş hakimiyyətdən sonra həyata keçirilməyə başlanıb. Çünki 2013-cü ildən əvvəlki hakimiyyətdə kəndlərdə elementar infrastruktur problemləri həll edilməmişdi.

Ancaq əhalinin bu gün yenə də problemləri var. Hələlik yola ehtiyac olan kəndlərimiz var. 2012-ci ildə su təminatı 15 faiz idisə, bu gün 85 faiz əhali su ilə təmin olunub və bunu 100 faizə qaldırmaq üçün geniş layihələr həyata keçirilir.

Uşaq bağçalarına, yerli nəqliyyata, nəqliyyat parkının yenilənməsinə ehtiyac var. Müxtəlif kompleks problemlər,torpaqların qeydiyyat problemləri var. Hamısı həllini tapa biləcək problemlərdir, sadəcə olaraq, ürəkdən yanaşma və durmadan aktiv şəkildə çalışmaq lazımdır.

Aktiv şəkildə görüşləri bu gün də davam etdiririk. İş prinsipimiz məhz əhali ilə aktiv şəkildə görüşlər keçirərək, problemlərin həllinə nail olmaqdır.

- Marneulidə məktəb və bağçaların təmiri ilə bağlı hansı yeniliklər olacaq?

- Keçən il altı məktəbdə əsaslı təmir işləri həyata keçirdik, üç uşaq bağçası inşa edildi. Ancaq bu, azdır, biz inzibati vahidliyə daxil olan kəndlərdəki uşaqların sayına görə uşaq bağçalarının inşasını düşünürük.

Bu il rayonda yeddi yeni məktəb tikilir, 19 məktəb əsaslı təmir ediləcək. Bu, onu göstərir ki, hakimiyyət üçün təhsilin inkişafı prioritet məsələlərdəndir. Həmçinin, Gürcüstan Baş naziri Mamuka Baxtadze elan etdi ki, bölgələrdə regional fond tərəfindən 60-a yaxın yeni uşaq bağçası tikiləcək.

Bundan başqa, “Municipal” fondu tərəfindən kreditlər ayrılma yolu ilə kəndlərdə yeni məktəblərin inşası aktiv şəkildə davam etdirilir. Bir neçə ilə bu problemlər tam olaraq həllini tapacaq. Bu da təhsilin keyfiyyətinin artmasında böyük rol oynayacaq.

- Kadr islahatları olacaqmı? Olacaqsa, ilk növbədə kimlərdən başlayacaqsınız?

- Kadr islahatları ilə bağlı hələ heç nə deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, menecmentdə effektivliyin artırılması, işçilərin effektli formada çalışması qaçılmaz prosesdir və bu, həm kadr islahatları, həm də mövcud kadrların yenidən hazırlanması üzərində həyata keçirilə bilər.

- Sizcə, mer seçilməyinizdə hakim partiyanın namizədi olmağınız rol oynayıbmı?

- Əlbəttə ki, komandamıza qarşı əhalidə böyük inam var. Hakim partiyanın ölkədə demokratiyanın, azadlığın bərqərar olmasında, keçmiş hakimiyyətdən sonra əsl demokratik islahatların həyata keçirilməsində, həmçinin, qeyd etdiyim kimi, bir çox infrastruktur layihələrinin həyata keçirilməsində böyük rolu olub. Keçirilən seçkilərdə bunun bir daha şahidi olduq və təsdiq etdik ki, “Gürcü Arzusu” bu gün əvəzolunmaz siyasi qüvvədir.

Samir İsayev

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı