“Həmsədr dövlətlər Qarabağ münaqişəsinin həlli ilə məşğul deyillər” Akif Nağı

Müsahibələr 10:11 08.07.2019

Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar davam etdirilsə də, ortada ciddi nəticə yoxdur. Məhz bu səbəbdən bəzi ictimai-siyasi təşkilatlar, Qarabağa bağlı olan fəal şəxslər müharibə variantını məqbul hesab edirlər.

Eurasia Diary xəbər verir ki, “Unikal” qəzetinə müsahibə verən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da münaqişənin hərb yolu ilə həllinin tərəfdarıdır:

-Təəssüf ki, bu gün Qarabağ üçün heç nə edə bilmirik. Nə qədər Qarabağla bağlı qurumlar, təşkilatlar olsa da, onlar əllərindən gələni etsələr də, ortada nəticə yoxdur. Amma yenə də çalışırıq. QAT adından deyə bilərəm ki, bu gün Qarabağın işğaldan azad olunması üçün əlimizdən gələni edirik. Bu gün cəmiyyətdə həddindən artıq qəzəb var, hamı deyir ki, Qarabağsız zaman çox keçir. Buna son qoymaq lazımdır. Bizim təşkilatın xətti əvvəldən belə olub ki, hakimiyyətə təzyiq etməliyik ki, müharibəyə başlasın. Biz hesab edirik ki, Qarabağın işğaldan azad olunması üçün müharibədən başqa yol yoxdur. Bu fikir cəmiyyətdə də hakim kəsilməlidir. Hər şey ilk növbədə insanların beynində formalaşmalıdır. Biz işimizi bu istiqamətdə aparırıq. Hesab edirik ki, bu təbliğatın daha geniş yayılması üçün bütün vasitələrdən istifadə olunmalıdır. Həm Azərbaycanda, həm də Azərbaycandan kənarda təbliğat aparılmalıdır, ictimai rəyi elə formalaşdırmalıyıq ki, hakimiyyət müharibəni başlasın. Təbii ki, müharibə sadə bir iş deyil, ona ciddi hazırlaşmaq lazımdır. 

-Müharibəni bəyanatlarla, çağırışlarla etmirlər, müharibəni ordu edir. Necə düşünürsüz, Azərbaycan Ordusunun müharibədə qələbə imkanları nə qədərdir?

-Ordu qapalı strukturdur, onun gücü, qüdrətinin əhatə dairəsi barədə qəti bir söz deyə bilmərik. Amma müşahidələrimiz, müxtəlif kanallardan aldığımız məlumatlara əsaslansaq, deyə bilərəm ki, Azərbaycan Ordusu kifayət qədər gücə malikdir. Aprel döyüşlərində Azərbaycan Ordusu öz gücünü göstərdi. Əminəm ki, Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrinə qalib gələ bilər. Heç kəsə sirr deyil ki, Ermənistanın arxasında müəyyən qüvvələr dayanır. Amma Azərbaycan Ordusu bu faktora rəğmən də Ermənistanı məğlub edər. 
Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. İndi Azərbaycan üçün əlverişli şərait yaranıb. Belə ki, hazırda Rusiya-Ermənistan münasibətləri pisləşib. Yeni hakimiyyət rusiyapərəst qüvvələrə qaşı hücuma keçib. Rusiyanın adamı olan Koçaryanın həbs olunması münasibətlərdəki gərginliyin bariz nümunəsidir. Avropa Şurasının Parlament Assambleyasının son iclasında Ermənistanın 4 nümayəndəsinin 2-si Rusiyanın AŞPA-ya qayıtmasının əleyhinə səs verdi. Bunun özü Rusiyaya meydan oxumaqdır. Amerikaya gəlincə, hazırda Vaşinqton regionda dəyişikliyin olması, münaqişənin həlli üçün ciddi maraq göstərmir. 
Digər tərəfdən, Türkiyə, İran və Rusiya arasında bir ittifaqın yaranması əlamətləri hiss olunur. Təbii ki, bu dövlətlərin qarşılıqlı maraqları olduğu üçün bir araya gəlirlər. Amma bu amil də bizim xeyrimizə işləyir, çünki orada Türkiyə və İran var. Bütün bu məqamları nəzərə alaraq deyirəm ki, hazırda münbit şərait var ki, Azərbaycan müharibəni başlasın. 

-Bəs, Azərbaycan cəmiyyətində əhval-ruhiyyə necədir, cəmiyyət müharibəyə hazırdımı?

-Cəmiyyətdə əhval-ruhiyyə yüksək səviyyədədir. Hətta bəzən bizim müyyən məqamları nəzərə alıb daha loyal mövqe tutduğumuz zaman sərt reaksiyalar alırıq. Artıq Azərbaycan cəmiyyəti Qarabağsızlıqla barışmaq istəmir. Artıq aşağılardan təzyiq var ki, torpaqlarımız işğaldan azad olunmalıdır, ermənilər layiqli cavablarını almalıdırlar. Əslində, bu, müsbət haldır. Pis o olardı ki, hamı işğalla razılaşardı. Amma indi cəmiyyətdə böyük bir narazılıq var ki, torpaqlarımız niyə işğal altında qalmalıdır.

-Akif müəllim, uzun illərdir ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi davam edir. Bu prosesdə əsas vasitəçi kimi ATƏT-in Minsk Qrupunun həmsədrləri iştirak edirlər. Ümumi götürdükdə danışıqlar prosesini necə qiymətləndirirsiniz?

-Biz 93-cü ildən o fikirdəyik ki, bu cür formatda danışıqlar Azərbaycanın maraqlarına ziddir. Çünki Minsk Qrupu danışıqlar predmetini yanlış götürüblər. Onlar Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə təcavüz edildiyini, torpaqlarımızın işğal olunduğunu qəbul etməyiblər. Əgər onu qəbul etsəydilər ki, Ermənistan işğalçı dövlətdir və həmin təcavüzün nəticələrini aradan qaldırmaq lazım olduğunu bəyan etməlidirlər. Amma uzun illərdir ki, Minsk Qrupu bu prinsipi əsas götürmür. Onlar birinci gündən əsas götürüblər ki, Dağlıq Qarabağdakı ermənilərin statusu müəyyənləşməlidir, yerdə qalan məsələlərə isə ikinci dərəcəli baxılır. Yəni, bu səbəbdən biz ilk gündən bu formatda danışıqların aparılmasının əleyhinəyik. Əgər əvvəldən düzgün xətt götürülsəydi, Ermənistan da məcbur olub o mövqe ilə hesablaşardı. Digər tərəfdən, burada Rusiyanın marağı var. Amerikanın, Fransanın da özlərinə uyğun maraqları var ki, zaman-zaman ona uyğun addımlar atırlar.  Həmsədr dövlətlər Qarabağ münaqişəsinin həlli ilə məşğul deyillər.Onlar ya öz maraqlarının təmin olunmasına, ya da məsələnin donmuş şəkildə saxlanılmasına çalışırlar. Bu şərtlər isə yalnız Ermənistanın maraqlarına cavab verir. Ona görə də həmsədr dövlətlərin ortaya prinsipial mövqe qoymalarını gözləmək əbəsdir.

-Yaxşı, həmsədr dövlətləri, beynəlxalq təşkilatları Qarabağ məsələsində ədalətli mövqe tutmaq üçün hansı addımlar ata bilərik? Ümumiyyətlə, münaqişənin həlli ilə bağlı Azərbaycan hansı diplomatik üsullardan yararlana bilər?

-Belə demək mümkündürsə, bu məslə üçün diplomatik yol yoxdur. Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi var. Başqa beynəlxalq sənədlər də var ki, hamısında Azərbaycanın ərazilərinin işğal olduğu qeyd olunur. Lakin bunun ardınca Ermənistana qarşı sanksiyaların tətbiq olunması məsələsi yoxdur. Bax, onu etmirlər. Ona görə də Azərbaycan nə qədər diplomatik təşəbbüslər etsə də, heç bir nəticəsi yoxdur. 
İndi o fikirlər səslənir ki, indiyə kimi olan format özünü doğrultmur, vasitəçilik üçün Rusiya-Türkiyə-İran formatı gündəmə gəlməlidir. İddia olunur ki, bu formatda nəsə nəticə əldə oluna bilər.

-Nəyə əsasən bu formatın vasitəçiliyi ilə nəticə gözlənilir?

-Biz də hesab edirik ki, üç xristian ölkəsinin vasitəçilik missiyası etibarlı deyil. Çünki onlarda xristian təəssübkeşliyi var. Ermənistan heç vaxt razı olmazdı ki, münaqişənin həlli danışıqlarına 3 müsəlman ölkəsi vasitəçilik eləsin. Amma qeyd etdiyim kimi, Rusiya, İran və Türkiyənin vasitəçiliyi ilə danışıqların müsbət istiqamətdə nəticələnməsi mümkündür. Burada bir məslə var ki, əldə olunacaq razılaşmaya qarant dövlətlər var. Rusiya Ermənistana, Türkiyə Azərbaycana qarant dayana bilər. Əgər bu format alınmırsa, Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ, Rusiya və Fransanın vasitəçiliyindən imtina etmək qalır. 

-Əsas nə gətirə bilərik?

-Kifayət qədər əsaslar var. Münaqişə davam edir, ərazi mübahisəsi var, amma Ermənistan Dağlıq Qarabağa qanunsuz səfərlər təşkil edir. Ermənistanın prezidenti, baş naziri, müdafiə naziri heç nə olmamış kimi Qarabağa gedib-gəlirlər. Avqustda ümumerməni oyunları keçirməyə hazırlaşırlar. Orada təsərrüfat işləri görürlər, yeraltı, yerüstü sərvətlərimizi talayırlar. Bütün bunları əsas gətirərək, Azərbaycan danışıqlardan imtina edə bilər. Bu müəyyən şərtləri irəli sürərək danışıqlardan imtina etmək bir diplomatik gediş ola bilər. 

-Bir ara münaqişənin mərhələli həlli gündəmə gəlmişdi. Bildirilirdi ki, 7 rayon qaytarılır, Dağlıq Qarabağ məsələsi sonraya saxlanır. Bu kimi şərtlə danışıqlardan nə gözləyirsiz?

-Biz QAT olaraq, hər zaman bunun əleyhinə olmuşuq. Hesab edirik ki, işğal olunmuş əraziləri hissələrə bölmək olmaz, çünki bu, Azərbayacana yaxşı şey vəd eləmir. Bilirsiniz ki, Azərbycan tərəfi mərhələli həllin tərəfdarıdır. Ermənistan paket variantını təklif edir ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar qaytarılır, Dağlıq Qarabağın status məsələsi müzakirə olunur. Mən hesab edirəm ki, heş mərhələli həll variantı da Azərbaycanın maraqlarına cavab vermir. Əgər Dağlıq Qarabağın ətrafında üç-beş rayon azad olunursa, onun müqabilində Dağlıq Qarabağdakı qondarma rejimə hər hansı status verilirsə, yaxud imzalanacaq  sənədə o rejim qol çəkirsə, onda qondarma rejimi tanımış olarıq. Bu da qətiyyən Azərbaycanın maraqlarına cavab vermir. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
Hamısı