"Birlikdə olduğumuz zaman bizim biləyimizi bükməyə kimsənin gücü yetməz" Erkan Özoral

“Biz birlikdə olduğumuz zaman çətinliklərə qarşı daha qüvvətli oluruq”

Müsahibələr 16:05 13.07.2019

Tür­ki­yə­nin dastan yazdığı 15 İyul ha­di­sə­lə­rin­dən 3 il ötür. Ha­di­sə­lə­rin il­dö­nü­mü ərə­fə­sin­də Tür­ki­yə Cüm­hu­riy­yə­ti­nin Azər­bay­can­da­kı föv­qə­la­də və sə­la­hiy­yət­li sə­fi­ri Er­kan Özo­ral "Eurasia Diary”ə mü­sa­hi­bə ve­rib. 

Mü­sa­hi­bə­də ötən­lə­rə nə­zər sa­lan cə­nab sə­fir Tür­ki­yə-Azər­bay­can mü­na­si­bət­lə­rin­dən, elə­cə də son zamanlar daha çox müzakirə mövzusu olan S-400 və F-35-lə bağlı məsələlərdən də danışıb.

 


- Cənab səfir, Türkiyədə baş verən 15 İyul hadisələrindən 3 il ötür. Qısaca o dövrə nəzər salaq. Siz o günləri necə xatırlayırsız?

- 15 iyulda yaşadıqlarımız, təbii ki, o hadisələr zamanı baş verənlər baxımından dəhşətvericidir. Xalqın üstünə atəş açılması, parlamentin bombalanması, Ankara və  İstanbulun üzərindən qırıcı təyyarələrin uçması və bu cür Türk Silahlı Qüvvələrinin içinə yerləşdirilmiş təşkilat üzvləri, öz xalqına qarşı, bizdən bildiyimiz insanlara qarşı bu şəkildə atəş açması dəhşətverici hadisə idi. Amma Türk milləti bu olayların öhdəsindən gəlməyi bacardı. Millət bir olaraq, birlik olaraq prezidentimizin çağırışıyla o gecə küçələrə axışıb xainlərin dərsini verdi. Bu gün 15 İyulla bağlı olaraq mən milli birliyin önəmi, bir araya gələrkən necə bir birlik meydana gəldiyini və Türk millətinin necə demokratiyaya bağlı olduğunu, öz iradəsinə necə sahib çıxdığını xatırlayıram.

O gecə təəssüf ki, 251 vətəndaşımızı şəhid verdik. Bu ildönümündə onları bir daha rəhmətlə anıram. Aradan 3 keçir və təbii ki, keçmişə baxıb hardan hara gəldiyimizi də çox yaxşı görmək lazımdır. Bu anda baxıram ki, təşkilatla mücadilə məsələsində çox ciddi bir məsafə qət etdik. Türkiyədə təşkilat mənsubları çox ciddi bir deşifrə edildi, ortaya çıxarıldı. Böyük bir qismi layiq olduqları cəzanı aldılar. Bu proseslər davam edir, istintaq, təhqiqat işləri gedir və böyük bir qismi sona çatıb. Çevriliş cəhdində iştirak edənlərin hamısı mütləq bunun bədəlini ödəyəcəklər. Ödüyürlər də.  Bilirsiniz ki, aparılan təhqiqatlar nəticəsində çox sayda həbs cəzası verildi. Toplam olaraq 289 cinayət işi açılmışdı. Bunlardan 250 ətrafında cinayət işi başa çatdı, 40-a qədər cinayət işi hələ davam etdirilir. Hesab edirəm ki, təşkilat üzvləri layiq olduqları cəzanı alacaqlar.  

- Çevriliş cəhdində iştirak edən FETÖ üzvlərinin böyük bir hissəsi həbs edilməsinə baxmayaraq, təşkilatın başçısı Fətullah Gülən hələ də həbs edilməyib və Türkiyəyə ekstradisiya edilməyib. Ötən ilə kimi Fətullah Gülənin ABŞ-dan ekstradisiyası ilə bağlı danışıqlar olmasında baxmayaraq, son bir ildə bu istiqamətdə hər hansı bir xəbərlər yoxdur. Hazırda bununla bağlı nə kimi bir yenilik var?

 - Ekstradisiya məsələsi bir tərəfdən hüquqi, bir tərəfdən də təbii ki, siyasi bir prosesdir. Bununla bağlı Amerika ilə danışıqlar kəsilmiş deyil. Ədliyyə Nazirliyimiz yenə bu məsələ ilə bağlı danışıqlar aparır, hüquqi vasitələrə əl atır, hüquqi səylər davam edir. Amma əlbəttə ki, işin siyasi tərəfi çox önəmlidir. Təşkilatın liderinə Amerikada sığınacaq verilməsi, orada yaşamasına şərait yaradılması, əlbəttə ki, Amerika ilə aramızdakı müttəfiqlik, dostluq münasibətlərinə heç bir şəkildə yaraşmır. Bu, heç bir şəkildə doğru bir davranış deyil. Terror başçısının Amerikadan tezliklə Türkiyəyə ekstradisiyasını istiyirik. Bu məsələdə israrlı tələblərimiz davam edir. Bizim bu məsələdə israrımızda, istəyimizdə heç bir azalma yoxdur. Eyni şəkildə davam etməkdədir. Amma dediyim kimi, bir tərəfdən hüquqi proseslər davam edərkən, bir tərəfdən də məsələnin siyasi tərəfləri var. Hamısı birlikdə dəyərləndirilir.

- FETÖ ilə mübarizədə Azərbaycanın Türkiyəyə dəstəyi barədə nə deyə bilərsiniz? Belə bir dəstək varmı?

- Əlbəttə var. Azərbaycan FETÖ ilə mübarizəyə 15 İyuldan öncə də başlamışdı. Azərbaycanın aldığı tədbirlər 3 ildən daha əvvələ gedir. Bu gün də Azərbaycanla tam, yaxın bir əməkdaşlıq  içərisində FETÖ ilə mücadiləmizi davam edirik. Azərbaycan bu baxımdan bütün dünyaya örnək göstərilən bir ölkədir. Çevriliş cəhdindən dərhal sonra cənab prezidentimizə zəng edib “keçmiş olsun” diləklərini çatdıran ilk dövlət liderlərdən biri cənab prezident İlham Əliyevdir. Bizim gördüyümü qədərilə Azərbaycanın o günkü qərarlığında heç bir şey azalmayıb və FETÖ ilə mücadilə məsələsində bizə hər cür dəstyəyi verməkdədir. Mən bu vəsilə ilə bir daha başda cənab İlham Əliyev olmaqla, Azərbaycanın bütün rəhbərliyinə bu məsələdə dəstəyinə, mövqeyinə görə təşəkkür etmək istəyirəm.

 - Azərbaycan mətbuatında da ara-sıra məlumatlar yayılır ki, Azərbaycanın dövlət qurumlarında FETÖ-yə yaxın şəxslər var. Bununla bağlı sizdə hansısa məlumatlar varmı?

- Baxın, FETÖ xüsusilə Sovetlər Birliyinin dağılmasından sonra Azərbaycandan başlayaraq bütün türk cümhuriyyətlərindəki dövlət qurumlarına sızmaya başladı. Türkiyədəki prosesləri bilirsiniz. Nələr etdikləri, dövlətin içində nə cür yerləşdikləri ortaya çıxdı. Bu səylərini getdiyi digər ölkələrdə də həyata keçirməyə çalışdılar. Orda da bu fəaliyyətlərini davam etdirdilər, hiyləgər, alçaq planlarını burada da tətbiq etməyə başladılar.

Biz bütün ölkələrdən FETÖ-nün bu özəlliyinin çox yaxşı tanınmasını və buna görə addım atılmasını gözləyirik. Azərbaycan dediyim kimi bu məsələdə örnək ölkələrdən biridir. Bu təhdid sadəcə Türkiyəyə qarşı təhdid deyil, bütün ölkələrə qarşı bir təhdiddir. Və FETÖ-nün hər hansı bir yerdə bir dövləti ələ keçirmə səylərindən vaz keçməsi müzakirə mövzusu ola bilməz. Sadəcə bəlli zamanlarda, özünü təhlükəsizlikdə hiss etmədiyi zamanlarda bir az geri çəkilib görünürlüyünü azaltmağa səy göstərər. Amma təşkilata qarşı hər zaman diqqətli olmaq lazımdır.

- Bu günlərdə Türkiyədə “Ergenekon” cinayət işinə xitam verildi, bütün şübhəlilər bəraət aldı.  Bildiyiniz o zaman “Ergenekon” cinayət işi də FETÖ-nün qurma planı nəticəsində baş tutmuşdu və Türk Silahlı Qüvvələrinin baş qərargah rəisi də daxil olmaqla Türk generalları və zabitləri bir hiylə nəticəsində  həbs edilmişdi. FETÖ-nün həm “Ergenekon” əməliyyatı, həm də 15 İyul çevriliş cəhdi Türk ordusunda bir mənəvi zərbə vurmuş oldu. Hazırda Türk or­du­su o mənəvi sıxıntılardan qurtula bilibmi? Siz bu gün Türk or­du­su­nun du­ru­mu­nu ne­cə də­yər­lən­di­rir­si­niz?

- Baxın, 15 İyuldan öncə FETÖ-nün Türk Silahlı Qüvvələrinə önəmli dərəcədə sızdığını bütün məlumatlar ortaya qoyur, bunlar açıq şəkildə görünür. Bu qurma cinayət işlərinin də FETÖ-nün prokurorları, hakimləri tərəfindən başladıldığını, cəzaların onlar tərəfindən verildiyini yenə hamımız gördük, bilirik. Bunların amacı Türk Silahlı Qüvvələrini və Türkiyə Cümhuriyyəti dövlətinə zərər verməkdir. Bütün bunlar artıq ortaya çıxdı. Fəqət 15 İyulda yaşadığımız bu hadisələr bizə eyni zamanda, dövlətimizi bu təşkilat qalıqlarından, təşkilat üzvlərindən təmizləmə fürsəti də verdi. Biz bu təmizləməni həyata keçirdikdən sonra dövlətimiz çox daha güclü hala gəldi. Baxın, həmin vaxt, 15 İyuldan dərhal sonra bəzi şeylər daha qərarlılıqla, daha təsirli şəkildə edilməyə başladı. Çünki içəridən həyata keçiriləcək fəaliyyəti sabotaj edəcək güclər qalmadı. Türk Silahlı Qüvvələri bəlkə generallarının, zabitlərinin, əsgərlərinin önəmli bir qismini 15 İyuldan sonra itirdi, bunların Silahlı Qüvvələrlə əlaqəsi kəsildi. Fəqət, Türk Silahlı Qüvvələri də digər bütün dövlət qurumları kimi  artıq maneəsiz daha rahat hərəkət etmə imkanlarına qovuşdu. Çünki içəridən bir sabotaj müzakirə mövzusu idi. Bu dəqiqə bu sabotaj, əngəlləmə ortadan qalxmış vəziyyətdədir. Və inanın ki, Türk Silahlı Qüvvələri də, dövlətin bütün orqanları da artıq bu təmizlikdən sonra əvvəlkindən daha çox güclüdür. Bəlkə bəzi yerlərdə işçi çatışmazlığı səbəbindən bir az daha çox işləmək ehtiyacı ortaya çıxa bilər, amma bizlər bunu dövlətimiz, millətimiz üşün sevə-sevə edirik. Türkiyə dövlətində yaşayan bütün məmurlar, əsgərlər belə hamısı bu işləri sevə-sevə görür. Çünki gördüyümüz işlərdən bir nəticə alırıq. Türk Silahlı Qüvvələri 15 İyul çevriliş cəhdindən 40 gün sonra “Fərat qalxanı” əməliyyatını gerçəkləşdirdi. Bunu uğurla gerçəkləşdirdi. Ondan bir müddət sonra “Zeytun budağı” əməliyyatını həyata keçirdi. Təşkilatın Türk Silahlı Qüvvələri içində, Türk dövləti içində təsirli olduğu vaxtlarda bu işin həyata keçirilməsi bu qədər asan olmurdu. Bu dəqiqə daha təsirli, daha qərarlı və daha güclü bir şəkildə fəaliyyət göstəririk. Dolaysıyla bu prosesdən bütün dövlətimiz güclənərək çıxmışdır.

- Türk Silahlı Qüvvələrindən söz düşmüşkən, Rusiyadan aldığınız S-400 raket kompleksi Türkiyəyə nə vəd edir? Bu həm də Türkiyənin bölgədə daha güclənməsinə səbəb ola bilərmi?

- Baxın, Türkiyənin havadan müdafiəyə çox böyük bir ehtiyacı var. Türkiyəni havadan qoruyacaq “Patriot” kimi, S-400 kimi, ya da bunun bənzəri olan digər ölkələrin istehsal etdiyi sistemlərdən ölkəmizdə yox idi. Xatırlayırsıza, Türkiyə ta Birinci Körfəz savaşından başlayaraq, NATO müttəfiqlərindən “Patriot” raketləri tələb etdi.

Bu anda belə Suriya sərhədimizdə Suriyadan gələcək olan bir raket təhdidinə qarşı, bir hava hücumu ehtimalına qarşı havadan müdafiə kompleksimiz yoxdur. Türkiyə artıq bu istəyi NATO müttəfiqlərindən asılı olmadan öz imkanları ilə qarşılamaq arzusundadır. Çünki bizim buna həqitətən də böyük ehtiyacımız var. Hər dəfə bir ehtiyac ortaya çıxanda müttəfiqlərimizə “mənə bir “Patriot” gətir” demək həm doğru bir şey deyil, həm də zaman-zaman müttəfiqlərimiz bu mövzuda yetərincə istəkli də olmurlar. Bu səbəbdən, Türkiyənin müdafiə sisteminə sahib olmasına ehtiyac var. Bununla bağlı ilk olaraq öz müttəfiqlərimizə müraciət etdik. Amerikaya müraciət etdik. Bilirsiniz, “Patriot” almaq mövzusunda hələ də Amerikayla təmaslarımız davam edir. Amerikalılar bizə “Patriot” raketlərini vermək istədiklərini söyləyirlər. Fəqət bu mövzuda indiyə qədər qənaətbəxş cavabı Rusiyadan ala bildik. Ona görə də S-400 raketlərinin alınması gündəmə gəldi. Bu Türkiyənin bir ehtiyacıdır və bu ehtiyac mövzusunda Türkiyə qərarını veribdir. Hazırda siz də görürsünüz ki, bu raketlərin Türkiyədə yerləşdirilməsi ilə bağlı işlər davam edir. Artıq son mərhələyə gəldik.

- Bəs Amerika “Patriot”u nəyə görə bu vaxta kimi vermirdi, məhz S-400-lə bağlı Rusiya ilə anlaşdıqdan sonra vermək istəyir?

- Vallah bu sualı Amerikaya vermək lazımdır.

- F-35 lərlə bağlı Amerikanın yaratdığı problemlərlə bağlı nə deyə bilərsiniz? Türkiyə Amerikadan bu təyyarələri ala biləcəkmi?

 - Baxın, Türkiyə Cümhuriyyəti olaraq, başda cənab prezidentimiz olmaqla bu mövzu ilə bağlı bütün səlahiyyətli şəxslərimiz həm S-400-lərin satın alınması, həm F-35-lə bağlı mübahisələr mövzusunda ictimaiyyəti yetərincə bilgiləndirdi. F-35 ilk gündən bəri bizim ortaq olduğumuz bir layihədir. Biz 35-ləri satın alarkən, eyni zamanda, öz emal etdiyimiz, istehsalında qatqımız olduğu təyyarəni almaq istəyirik. Bu mövzuda da istəyimizə çatacağımıza əminik.  

- Cənab səfir, hazırda Azərbaycan-Türkiyə münasibətləri hansı səviyyədədir? Münasibətlərimizi necə dəyərləndirirsiniz?

- Türkiyə ilə Azərbaycanın arasındakı münasibətlərdə iki təməl prinsip var. Biri Atatürkün söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Eyni şey Azərbaycandan baxdığımızda Türkiyə üçün keçərlidir. Burada sizin aranızdayam, eyni dildə danışırıq. İkinci prinsipimiz ümummilli lider Heydər Əliyevin söylədiyi kimi “İki dövlət, mir millətik”. Türkiyə-Azərbaycan münasibətləri də həmişə bu prinsiplər təməlində formalaşır. Keçən il biz münasibətlərimizdə bir zirvə yaşadıq. 15 sentyabr 2018-ci ildə Qafqaz İslam Türk Ordusunun Bakıya gəlməsinin 100-cü ildönümü idi. Bu ildönümü münasibətilə keçirilən hərbi paradda eynilə 100 il öncə olduğu kimi iki ölkənin orduları yan-yana, çiyin-çiyinə birlikdə keçid törəni etdilər. Və bu keçid törənində dolayısıyla dünyada nadir olan bir şey yaşandı. İki ölkənin dövlət başçıları bu iki əsgəri birlikdə salamladılar. Bu, bizim münasibətlərimizdə bir zirvə nöqtəsidir. Və bu bizim münasibətlərimizin qardaşlığımıza yaraşan bir səviyyədə olduğunu, artıq strateji müttəfiqliyin də ötəsində bir-birimizlə çox yaxın olduğumuzu göstərən nümunəvi bir hadisədir. Bu gün münasibətlərimiz həqiqətən də çox yüksək səviyyəyə gəldi. Azərbaycan artıq Türkiyədəki ən böyük xarici investordu. Türkiyədə Azərbaycan qeyri-neft sektorunda ən böyük xarici investor oldu.  Bu gün bu münasibətləri daha irəli aparmaq üçün çalışmalarımızı davam etdiririk. Gerçəkləşdirdiyimiz Bakı-Tiflis-Ceyhan boru xətti, Bakı-Tiflis-Ərzurum boru xətti, Bakı-Tiflis-Qars dəmir yolu xətti, TANAP, STAR kimi böyük layihələr sadəcə bölgəmizdə deyil, eyni zamanda, dünyanın enerji xəritəsini dəyişdirən, dünyanın siyasi xəritəsini dəyişdirən önəmli layihələrdi. Bu iki ölkə birlikdə olduqları zaman əl-ələ verdikləri zaman çox böyük uğurlu işlər görəcək gücdədirlər. Münasibətlərimizin bu gün gəldiyi səviyyə də buna uyğun bir şəkildə getməkdədir. Bunda bizim yol göstərənlərimiz iki ölkənin prezidentləridir, onların göstərdiyi istiqamətdə açdıqları yolda biz də dövlətin nümayəndələri olaraq əlimizdən gələni edibbu münasibətləri daha irəli aparmağa çalışırıq.  

- Həyata keçirilən bəzi layihələr barədə məlumat verdiniz. Bəs qarşıda bizim bilmədiyimiz hər hansı yeni bir layihələr varmı?

- Bu mərhələdə əvvəlcə TAP layihəsini başa çatdırmaq lazımdır. TANAP-ın inşaası artıq başa çatdırldığını bilirsiniz və Azərbaycan qazı Türkiyə-Yunanıstan sərhədinə qədər getdi. Bundan sonrakı hədəf TAP-ın planlaşdırıldığı kimi 2020-ci ildə tamamlanmasıdır.

- Azərbaycandan Türkiyəyə planlaşdırılan Bakı-Tiflis-Qars sərnişin qatarı nə zaman gerçəkləşəcək?

- Vallah bununla bağlı işlər gedir. Türkiyə, Azərbaycan və Gürcüstanın dəmir yolları idarələri bu məsələylə bağlı danışıqlar aparırlar, çox sıx şəkildə işləyirlər. İnşallah, o da yaxın zamanlarda başlayacaq.  Bunun başlaması bizim insani əlaqələrimizin artması baxımından çox önəmlidir. Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə gediş-gəlişlər bu dəmir yolu sayəsində daha da asanlaşacaq. Ona görə də tezliklə həyata keçməsini arzu edirik.  

- Gediş-gəlişdən söz düşmüşkən, Türkiyə dövlətinin qərarı ilə uzun illərdir Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səyahət edirlər. Lakin Türkiyə vətəndaşlarının Azərbaycana gəlməsi üçün viza tələb olunmaqdadır. Bu məsələdə nədənsə uzun illərdir heç bir irəliləyiş yoxdur. Yaxın zamanlarda bu məsələnin həlli ilə bağlı yeniliklər gözlənilirmi?

- Vallah o mövzuda da işlərimiz davam edir. Yəni Azərbaycanın səlahiyyətli şəxsləri ilə təmaslarımız var. Yeri gəldikcə, bunu da danışırıq, təkliflər veririk. İnşallah o mövzuda da yaxın zamanlarda bir irəliləyiş olacağına ümid edirəm.

- İnşallah. Bu da əlaqələrimiz baxımından vacib bir məsələdir...

- Elədir. Vallah siz bilirsiniz ki, Türkiyə ilə Gürcüstan arasında, Türkiyə ilə Ukrayna arasında da viza yoxdur. Və Türkiyədən bu ölkələrə, bu ölkələrdən Türkiyəyə artıq xarici pasportla deyil, şəxsiyyət vəsiqəsi ilə gedib-gəlirlər. İnşallah Azərbaycanla da bu səviyyəyə gələrik.

- Türkiyənin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycana dəstək verdiyi hər birimizə məlumdur. Lakin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri 25 ildən artıqdır ki, problemin çözülməsində sanki maraqlı görünmürlər. O səbəbdən də, ölkəmizdə bir sıra siyasətçilər, millət vəkilləri hesab edirlər ki, Türkiyə ATƏT-in Misnk qrupu həmsədrliyinə gətirilməlidir. Yəni zaman-zaman bu cür təkliflərlə çıxış edənlər var. Sizcə Türkiyənin həmsədrliyə gətirilməsi mümkündürmü?

- Minsk qrupunun formatı 1992-ci ildə müəyyən edilib və Türkiyə Minsk qrupunun üzvüdür. Minsk qrupunun 14 üzvü var və bunlardan 3-ü – Amerika, Rusiya və Fransa o dövrdə həmsədr təyin ediliblər. Bu anda da Minsk qrupunun fəaliyyəti də, müzakirələr də daha çox bu həmsədrlər səviyyəsində davam edir. Təbii ki, bu prosesdən ciddi bir nəticə əldə edilmədi. Bunun daha effektiv olması lazım idi. Çünki ortada çox böyük ədalətsizlik var. Azərbaycanın torpaqlarının yüzdə iyirmisi işğal altındadır, bir milyona yaxın qaçqın-köçkün insanlar var. Bu proses uzandıqca bu yaşanan ədalətsizlik də artmış olur. Bu məsələnin bir an öncə həll edilməsi lazımdır. Minsk qrupu həmsədrlərinin də bu çərçivədə rəftarlarına bir daha baxıb nə edəcəkləri mövzusunda konkret addımlar atması gözlənilir. Həmsədrlik institunun quruluşunun dəyişdirilməsinə, yəni türkiyənin də həmsədrlik etməsinə gəlincə, bu, bütün tərəflərin birlikdə verə biləcəyi qərardır. Əgər ehtiyac olarsa bunu da müzakirə edə bilərik.

- Cə­nab sə­fir, çox sağ olun ki, vaxt ayı­rıb saytımıza mü­sa­hi­bə ver­di­niz. Son ola­raq, de­mək is­tə­dik­lə­ri­niz var­mı?

- Bizim hər zaman nəzərə almalı olduğumuz bir gerçək var: Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətdir. Cənab İlham Əliyevin söylədiyi kimi Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü də Türkiyənin gücüdür. Biz birlikdə olduğumuz zaman çətinliklərə qarşı daha qüvvətli oluruq, çətinliklərin öhdəsindən daha asan gəlirik. Biz birlikdə olduğumuz zaman bizim biləyimizi bükməyə kimsənin gücü çatmaz. Mən bu vəsilə ilə bir kərə 15 İyul şəhidlərimizi anmaq istəyirəm və bu məsələdə, həm FETÖ ilə mücadilə məsələsində, həm çevriliş cəhdinə qarşı Azərbaycanın bizə verdiyi dəstək üçün başda cənab prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına təşəkkürlərimi çatdırmaq istəyirəm. Çox sağ olun.

Aqil ASLAN

Təbriz ABBASOV

BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO

Xəbər xətti

Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
Hamısı