"Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmişik" İran səfiri

Müsahibələr 12:05 17.07.2019

Eurasia Diary İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin APA-ya müsahibəsini təqdim edir:

- Azərbaycan və İran arasında mövcud siyasi əlaqələri necə dəyərləndirirsiniz?

- Azərbaycan və İran arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. İki ölkə prezidentləri arasında da çox yaxşı münasibətlər var. İndiyə kimi münasibətlər bu qədər yüksək səviyyədə olmayıb. Prezidentlər 12 dəfə görüşüblər, 13-cü görüş isə avqustda Rusiyada, Azərbaycan – İran – Rusiya prezidentlərinin üçtərəfli görüşündə baş tutacaq. Bildiyiniz kimi, Azərbaycan – İran – Rusiya formatında birinci görüş Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda, ikinci görüş İranda olub, bu il isə Rusiyada olacaq. Beynəlxalq arenada da iki Prezidentin bir-birinə çox yaxşı münasibəti var. Hər iki ölkənin xarici işlər nazirləri arasında da münasibətlər yaxşıdır. Eyni zamanda müştərək iqtisadi komissiyanın sədrləri arasında yaxşı münasibətlər mövcuddur, iki ölkə parlamentləri arasında isti və dərin münasibətlər var. Ümid edirik ki, əlaqələr daha da inkişaf edəcək. Azərbaycan və İran arasında ortaq cəhətlər çoxdur. Din, mədəniyyət, mətbəx amili var. Bildiyiniz kimi, gələn ilin fevralında İran parlamentinə seçkilər keçiriləcək. Güman edirik ki, seçkilərdən öncə, bu ilin payızında Azərbaycan-İran dostluq qrupunun azərbaycanlı nümayəndələri İrana səfər edəcəklər.

- İki ölkə arasında iqtisadi əlaqələr hansı səviyyədədir?

- Mən 2016-cı ildə Azərbaycana səfir təyin edilmişəm. O zaman iki ölkə arasında ticarət dövriyyəsi 220 milyon dollar təşkil edirdi. Son 3 il ərzində ticarət dövriyyəsi 3 dəfə artıb. 2019-cu ilin 5 ayında Azərbaycan və İran arasında ticarət dövriyyəsi 270 milyon dollar təşkil edib. Bu ilin sonuna qədər bu rəqəm 600 milyon dollara çata bilər. Azərbaycanda fəaliyyət göstərən İran şirkətlərinin də sayı artaraq 500-dən 1000-ə çatıb. Azərbaycan və İranın həyata keçirdiyi müştərək layihələrdən biri də Astara-Rəşt dəmiryolu layihəsidir. Biz bütün iqtisadi sahələrdə əməkdaşlıq edirik. Bundan əlavə, enerji, neft sahələrində yüksək səviyyəli əlaqələrimiz mövcuddur. Hazırda Azərbaycan və İranın 6 müştərək zavodu fəaliyyət göstərir. Azərbaycan müstəqilliyini bərpa edəndən bu yana İran Azərbaycan iqtisadiyyatına 3 milyard 700 milyon dollar sərmayə yatırıb. Lakin iqtisadi əlaqələrin daha da genişlənməsi və inkişafı üçün böyük potensial mövcuddur. 1 300 000 azərbaycanlı İrana səfər edib, yüz minlərlə iranlı Azərbaycana səfər edir.

- Azərbaycan və İran arasında səhiyyə sahəsində hansı layihələr həyata keçirilir?

- Səhiyyə sahəsində də iki ölkə arasında bir neçə layihə həyata keçirilir. Onlardan biri Pirallahıdakı dərman zavodudur. İtaliya şirkəti ilə zavodun avadanlıqla təmin edilməsi ilə bağlı müqavilə bağlanılıb. Bu istiqamətdə işlər öz qaydasında gedir. Bundan əlavə, bir müştərək İran-Azərbaycan xəstəxanası var. İranlı mütəxəssislər gəlib burada azərbaycanlılara xidmət göstərirlər. Müştərək həyata keçirdiyimiz layihələr bununla kifayətlənmir. Təbriz Universiteti tibb sahəsində ixtisaslaşmaq istəyən azərbaycanlı tələbələr üçün 20 pulsuz yer ayırıb. Bu da tibb sahəsində Azərbaycan və İran arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Azərbaycan Tibb Universitetində isə 700-ə yaxın iranlı tələbə təhsil alır.

- İrandan Azərbaycana və ya Azərbaycandan İrana hər hansı yüksək səviyyəli səfər planlaşdırılırmı?

- Bu həftə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rabitə sərgisində iştirak üçün İrana səfər edəcək. Sərgi çərçivəsində İran, Azərbaycan, Rusiya və Türkiyə rabitə nazirləri görüşəcəklər. Yaxın zamanda Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev İrana səfər edəcək. İran Prezidenti Həsən Ruhani və Azərbaycan Prezidenti İlham Əliyev isə qeyd etdiyim kimi, avqustda Rusiyada görüşəcəklər.

- Necə düşünürsünüz, İran Dağlıq Qarabağ münaqişəsinin həllinə necə töhfə verə bilər?

- İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmalıdır. Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin sonuncu üçtərəfli görüşündə İran xarici işlər naziri bəyan edib ki, İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərin yaxınlaşdırılmasında, münaqişənin həllində rol oynaya bilər. İran həm Azərbaycan, həm Ermənistanla qonşudur. Bu münaqişənin mövcudluğu, təbii ki, regiona mənfi təsir edir. İran münaqişənin həlli üçün əlindən gələni etməyə hazırdır. Lakin bu, münaqişə tərəflərinin öz iradəsindən asılıdır.

- Səlahiyyət müddətiniz artıq başa çatır. Yerinizə təyinat olub?

-  Bəli, səlahiyyət müddətim başa çatır. Lakin təyinatla bağlı qərarı İran prezidenti verməlidir.

- Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII zirvə görüşü 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək. Zirvə görüşündə İran tərəfi iştirak edəcək?

- Bəli, İran bu görüşdə iştirak edəcək. İranı kimin təmsil edəcəyi məsələsinə isə yaxın zamanlarda aydınlıq gətiriləcək.

- Nüvə danışıqları ilə bağlı hazırkı vəziyyət necədir?

- Bildiyiniz kimi, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib ki, İran müqavilədə nəzərdə tutulan səlahiyyətlərin çərçivəsindən kənara çıxmayıb. Sadəcə ABŞ vəziyyəti çətinləşdirir. Biz müqaviləyə uyğun hərəkət edirik. Nazirimiz bildirdi ki, biz neftimizi satacağıq, amma şərəfimizi satmayacağıq. Biz ölkəmizi nəyin bahasına olursa olsun, saxlayacağıq, amma şərəfimizi də qoruyacağıq. Bizim ölkəmizin, mədəniyyətimizin 7 min il tarixi var. Ölkə 7 min il dayanıb, müharibələrdən, susuzluqlardan çıxıb, çox çətinliklərlə üzləşib, lakin tab gətirib. Bu ölkə dayanacaq, bu xalq dayanacaq. Təbii ki, bu günlər də keçəcək. Bu günlər tarixə düşəcək, insanların yaddaşında qalacaq.

- İranın Avropa İttifaqından əsas gözləntisi nədir?

- Bizim təcili dərmana ehtiyacı olan xəstələrimiz var. Onkoloji xəstəlikdən əziyyət çəkən insanlar sanksiyalara görə onlara lazım olan dərmanları əldə edə bilmirlər. Bunun qarşısını kəsiblər. Biz buna sanksiya demirik, biz buna müharibə deyirik. Bu, İran xalqına qarşı müharibədir. İran heç kəslə müharibə aparmır. Müqavilə irəli sürülüb, amma ona əməl edilmir. Nəyə görə Avropa müqaviləyə əməl etmir?! Niyə müqavilə birtərəfli olmalıdır?! Bir tərəf bütün şərtlərə əməl etsin, digəri isə heç birinə əməl etməsin. Hansı ölkə bunu qəbul edər? Təbii ki, İran da bunu qəbul etmir.

- İran – ABŞ münasibətlərinin gələcəkdə qaydasına düşmə ehtimalı varmı və bu hansı faktorlardan asılıdır? 

- İran həmişə deyir ki, ABŞ bu qaydaları pozub. Onlar müqaviləni irəli sürürlər, sonra cırıb atırlar kənara. Bu şəraitdə əlaqələrin qaydasına düşməsi çox çətindir. Biz istəyirik ki, ABŞ sözünün üstündə dursun. İki il Barak Obama və Con Kerri müzakirələr apardılar. Onlar getdi, yeni hökumət gəldi. Bir prezident gedir, digər prezident gəlir. Lakin verdikləri sözlərə əməl etmirlər.

- Sanksiyalar Azərbaycan-İran iqtisadi münasibətlərinə necə təsir göstərə bilər?

- Biz çalışırıq ki, sanksiyalar dost və qardaş ölkələrlə, həmçinin Azərbaycanla münasibətlərimizə təsir etməsin. Azərbaycan və İran arasında münasibətlər günbəgün inkişaf edir. Bu da beynəlxalq qaydalar əsasında həyata keçirilir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı