"Ermənistanda vəziyyət Paşinyanın nəzarətindən çıxır"

Müsahibələr 23:31 19.07.2019

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 17-də Dağlıq Qarabağ konflikti ilə bağlı səsləndirdiyi fikirlər və bundan bir neçə saat sonra Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində bir əsgərimizin yaralanması, daha sonrakı gün Qarabağ cəbhəsində mülki əhalinin yaşadığı kəndin atəşə tutulması bir çox suallar doğrurur.

Qeyd edək ki, düşmən ölkənin hökumət rəhbəri Qarabağ danışıqlarının nəticə verməməsində Azərbaycanın dövlət başçısını ittiham edib.

"Niyə danışıqlar konkret nəticə vermir? Mən beynəlxalq ictimaiyyət nümayəndələri ilə görüşlərim zamanı danışıqlarla bağlı problemləri təsbit edib, danışıqlarda irəliləyişin olmamasına bir məsələni səbəb göstərirəm. Mən baş nazir seçildikdən sonra bu münaqişənin həlliylə bağlı açıqlama verərəkən qeyd etdim ki, bu problemin həllində Qarabağ, Ermənistan və Azərbaycan vətəndaşlarının maraqlarını təmin edəcək bir formula, həll variantı lazımdır. Bu görünməmiş bir bəyanat idi. Çünki indiyədək heç bir Ermənistan lideri münaqişənin həlli üçün Azərbaycan xalqının da maraqlarının təmin edilməsi gərəkdiyini söyləməmişdi. Bu nöqteyi-nəzərdən münaqişənin həllinin baş tutmamasının sadə bir səbəbi var. Azərbyacan prezidenti bu ifadəni işlətməkdən imtina edir. O da deməlidir ki, Qarabağ probleminin həlli variantı Azərbaycan, Ermənisan və Qarabağ xalqını qane etməlidir. Nə qədər ki, o bunu deməyəcək, münaqişənin həllində irəliləyiş olmayacaq", - deyə Paşinyan bildirib.

Politoloq Əhməd Əlili Eurasia Diary-ə müsahibəsində erməni baş nazirin ittihamları və bunun ardınca təmas xəttində yaşananları şərh edib.

- Paşinyan ötən gün verdiyi açıqlamada bildirib ki, “Baş nazir olduğum gündən bildirirəm ki, Qarabağ probleminin həlli variantı Azərbaycan, Ermənistan və Qarabağ xalqını qane etməlidir. Nə qədər ki, İlham Əliyev bunu deməyəcək, münaqişənin həllində irəliləyiş olmayacaq". Bu açıqlamanı necə şərh edərdiniz?

- Paşinyan hakimiyyətə gəldiyi ilk həftələrdə Avroatlantik məkan liderlərində belə bir təsəvvür yaradılmışdı ki, o, hakimiyyətə gələn kimi Dağlıq Qarabağ münaqişəsi həll olunacaq. Həmçinin Ermənistanın daxilində də belə bir fikir var idi ki, Paşinyanın dinc və tam legitim-demokratik formada hakimiyyətə gəlməsi, Ermənistanın demokratik imicini artıracaq və Avroatlantik məkan liderləri birmənalı olaraq seçimlərini ermənilərə verəcəklər və beləliklə də Dağlıq Qarabağın ermənilərə məxsusluğu de-fakto tanınacaqdır.

Yadınızdadırsa, həmin dövrlər Paşinyanın mövzu ilə bağlı populist fikirləri də səslənirdi. Qısa müddət sonra Moskva və Vyana görüşlərindən sonra isə bəlli oldu ki, Paşinyanın bu sahədə görə biləcəkləri elə də çox deyil. Açıq hiss etmək olardı ki, bu, Brüssel və Vaşinqtondakı diplomatik çevrələr və qərar qəbuledicilər arasında çox ciddi qıcıq yaradıb. Həmin dövrdə Paşinyanın şəxsinə münasibət və Ermənistana ayrılan maddi yardımların çox aşağı həcmli olması da bunu təsdiq edirdi. Bəlli oldu ki, Paşinyana Vaşinqton və Brüsseldə münasibəti müəyyən edən amil onun Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyidir. ABŞ Prezidentinin Azərbaycan və Ermənistan liderlərin məktubları və bu zaman Dağlıq Qarabağ məsələsinə  xüsusi yer verməsi, ABŞ Prezidenti köməkçisi Con Boltonun regiona səfəri və erməniləri qıcıqlandıran bəyanatları, ABŞ-ın Ermənistandakı keçmiş səfiri R.Millzin bəyanatları və digər Qərb rəsmilərinin Dağlıq Qarabağ məsələsi ilə bağlı səsləndirdikləri fikirlər göstərirdi ki, Ermənistandan təcili sürətdə Azərbaycanla razılığa gəlməyi, Rusiyanın regionda imkanlarının zəiflədilməsi və İrana qarşı layihələrdə iştirak tələb olunurdu. Bəlli oldu ki, Paşinyan bunları icra etmək iqtidarında deyil.

Son 4-5 ayda isə mənzərə fərqlidir. Xüsusilə də Avropa İttifaqı (Aİ) tərəfdən 2019-cu ildə Ermənistana olunan yardım iki dəfə artırıldı, Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın Brüssel səfərləri zamanı, Aİ Şurasının Prezidenti Donald Tuskun Ermənistana son səfəri zamanı səsləndirdiyi bəyanatlar göstərdi ki, Paşinyan və onun komandasına münasibətdə yumşalma mövcuddur. Bunu yalnız onunla izah etmək mümkündür ki, Paşinyan Dağlıq Qarabağ məsələsi ilə bağlı Brüssel və Vaşinqtona yenidən söz verib, onları inandıra bilibdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret addımlar atacaqdır. İndiki mərhələdə isə bu, ətraf rayonların Azərbaycana qaytarılması və Dağlıq Qarabağ statusunun gələcəyə saxlanılmasıdır.

Paşinyanın “Qarabağın həll variantı Azərbaycanı da qane etməlidir” kimi fikirlərinə bu kontekstdə baxmaq lazımdır. Uzun müddət populist fikirlər səsləndirmiş bir şəxsin mövqeyində belə bir kəskin dəyişikliyi yalnız xarici təsirlərlə izah etmək mümkündür.

Prezident Əliyevi oxşar fikir səsləndirməyə çağırmağa ehtiyac yoxdur. Azərbaycan münaqişənin sülh yolu ilə bağlı həllini deyərkən, Dağlıq Qarabağ ermənilərinin Azərbaycan ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyin etməsini tanıyır. Ermənistan ermənilərinin maraqları isə münaqişənin həllindən sonra ortaya çıxacaq sabitlik və iqtisadi əlaqələrin bərpası olacaqdır.

- Ötən gün Qazax istiqamətində atəşkəs pozuldu və bir əsgərimiz yaralandı. Hadisə yuxarıda qeyd etdiyim açıqlamadan bir neçə saat sonra baş verdi. Atəşkəsin Qarabağdan deyil, Azərbaycan-Ermənistan sərhədindən pozulması nəyi ifadə edir?

- Burada Ermənistan daxilində baş verən prosesləri əsas götürmək lazımdır. Ermənistanın baş nazirinin doğma məkanı olan İcevanda son günlərdə gərgin proseslər davam edir. Və sizin də vurğuladığınız kimi, məlum bəyanatdan bir müddət sonra Ermənistan və Azərbaycanın hamı tərəfindən tanınan beynəlxalq sərhədində belə bir hadisənin baş verməsi göstərir ki, Paşinyan heç də bütün proseslərə hakim deyil.

Paşinyan həm daxili, həm də xarici auditoriyaya Dağlıq Qarabağ problemini həll edəcəyini söz vermişdi. Ermənistanda belə bir ümid var idi ki, Paşinyanın “demokratik” imici ona bu istiqamətdə çox kömək edəcəkdir. Alınmadı. Paşinyanın hal-hazırda bu istiqamətdə səsləndirdiyi fikirlər daxili auditoriya üçün artıq xoş olmayan fikirlərdir və neqativliyi bu cür hadisələrlə müşahidə etmək mümkündür.

Beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Ermənistan-Azərbaycan sərhədinin bu məsələdə xüsusi əhəmiyyəti var. Məlum Düşənbə görüşündən sonra Azərbaycan tərəfi sərhədinin bu kəsimində Milli Ordu hissələrini geri çəkib, Sərhəd Qoşunları hissələrini yerləşdirmişdi. Bu onu göstərirdi ki, Azərbaycanın bu hissədə heç bir hücum xarakterli əməliyyat icra etmək niyyəti yoxdur. Bu hadisəni isə Paşinyan öz daxili auditoriyası üçün qələbəsi kimi qələmə vermişdi. Azərbaycan tərəfi ilə real danışıqlar əldə edə biləcəyini göstərmişdi. İndi isə Paşinyanın ölkə daxilində vəziyyətə nəzarəti itirdiyi göstərmək istəyən qüvvələr məhz bu istiqamətdə addımlar atırlar.

Bu aralar, Paşinyana qarşı bu istiqamətdə çoxlu addımlar atılır. Cənab Tuskun səfəri zamanı İrəvanda qəfil işıqlar sönmüşdü. Bu onu göstərir ki, vəziyyət tədricən Paşinyanın nəzarətindən çıxır.

- Konflikt həll edilmək əvəzinə günü gündən daha da dərinləşir. Tərəflərin üzərinə düşən öhdəliklər nələrdir? Ermənistanın az çox etməsi gərəkənlər bəllidir, bəs biz nə etməliyik?

- Konfliktin həll edilməsi ilə bağlı dərinləşmə əsasən onunla bağlıdır ki, vətəndaş cəmiyyəti və ya “Track2” adlanan resursun imkanlarından az istifadə olunur. Məsələyə yanaşma çox zaman tarixi narrativlər üzərində qurulub. Ona görə də məsələyə rasional yanaşma bir qədər çətindir və bu da münaqişənin həllinə yardım etmir.

Belə bir anlayış var, “war lords” (“müharibə generalları”) və onlar üçün “münaqişədən qalib çıxmış general” imici çox vacibdir. İqtisadi və siyasi mənfəət komponentləri məhz bu imic üzərində qurulub. Uzun müddət bu istiqamətdə - maksimalist formada- təbliğat işləri aparılıb. Bu səbəbdən hal-hazırda “kompromisə getmək” ideyası “məğlub olmaq” ideyası ilə bərabər tutulur. Tarixi və ictimai narrativlərlə bağlı ciddi iş aparılmadan münaqişənin həllində irəliləyiş gözləmək düzgün olmazdı.

Azərbaycanın ərazi bütövlüyü Azərbaycan ordusunun gücü ilə bərpa oluna bilər, amma münaqişənin həlli üçün tarixi və ictimai narrativlərlə bağlı ciddi iş aparmaq lazımdır. Tərəflərin üzərinə düşən əsas yük də məhz bundan ibarətdir.

Nicat İSMAYILOV

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
BMT Ermənistandakı kilsə-hakimiyyət mübarizəsinə dair açıqlama verdi
19:07 08.07.2025
Hamısı