Generaldan sensasion AÇIQLAMALAR "Sərhəddə qan tökülə bilər” - EKSKLÜZİV

Müsahibələr 16:11 01.08.2019

İstefada olan general-mayor Elbrus Orucov gündəmi zəbt edən mövzularla bağlı Eurasia Diary-ə ekskluziv müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik:

- Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsinin Xəzərə düşməsi ilə bağlı hərbi ekspertlər tərəfindən müxtəlif versiyalar səsləndirlir. Bunlardan biri də təyyarənin Rusiya tərəfindən vurulmasıdır. Bunları yəqin ki, mətbuatdan izləmisiz. Bir hərbçi kimi sizin də fikirlərinizi bilmək istərdik.

- Mən ixtisasca tankçıyam, hərbi təyyarə məsələsində mütəxəssis deyiləm. Lakin qeyd edə bilərəm ki,  istər MİQ-29 olsun, istər F-35, fərqi yoxdur, istənilən növ hərbi təyyarənin qəzaya uğraması ehtimalı var. Bu yaxınlarda İsraildə də bənzər bir hal baş vermişdi. Lakin belə halları şişirdib, spekulasiyalara çevirmək laszım deyil. Sizin də qeyd etdiyini kimi bəzi “ekspertlər” və ya özlərini ekspert adlandıran şəxslər bu hadisənin guya Rusiya hərbi qüvvələri tərəfindən törədildiyini bildirib. Guya rus hərbi gəmisi təlimdə olarkən təyyarəmizi vurub və s. Demək istəyirəm ki, bunların hər biri boş sözlərdir. Biz, professional hərbçilər və ekspertlər ancaq və ancaq məsələ komissiya tərəfindən araşdırdıqdan sonra öz fikrimizi deyə bilərik. Sizə bir söz deyim. Dünyada təyyarə qəzaları baş verəndə əvvəlcə təyyarəni istehsal edən zavoddan mütəxəssislər gəlib araşdırır. Bundan əlavə, “Qara qutu” tapılmalıdır və ondan sonra biz öz fikrimizi deyə bilərik. Bu gün nağıl danışmamalıyıq. Azərbaycanda bu gün özünü hərbi ekspert kimi ictimaiyyətə tanıdanları mən qəbul etmirəm və onlara hörmət də eləmirəm. Onlar nə mütəxəssis kimi mütəxəssis deyillər, nə də ekspert kimi danışığını bilmirlər.

- Siz Azərbaycanın Gürcüstandakı səfirliyində hərbi attaşe vəzifəsində çalışıbsız. Bilirsiniz ki, son vaxtlar Azərbaycan-Gürcüstan sərhədindəki “Keşikçidağ” məbədi ilə bağlı problemlər yaranıb. Son olaraq Gürcüstan vətəndaşları hətta sərhədçimizin silahını belə əlindən almağa çalışdılar. Siz bu insidenti necə dəyərləndirirsiz?

- Bəli, Namiq Əliyevin Gürcüstanda səfir işlədiyi müddətdə onunla birlikdə 5 il bu regionda olmuşam və birgə çalışmışıq. O zamandan bu yana “Keşikçidağ” məsələsi ara-sıra dilə gətirilib. Lakin heç vaxt bu məsələ dövlətlər arasında ciddi bir problemə çevrilməyib. Gürcüstan Azərbaycan sərhədində, “Keşikçidağ”a yaxın ərazidə yaşayan əhalinin əksəriyyəti ingiloylardır. İngiloylar qarışıq xalqlardandır və dini cəhətdən xristiandırlar. Bu gün erməni lobbisi bu xalqları azərbaycanlılara qarşı qaldırmağa səy göstərir. Bu məsələdə 100 faiz erməni əli var. Namiq Əliyevin vaxtında biz 2-3 dəfə bu problemin qarşısını almağa müvəffəq olduq. Orada diqqətli olmaq lazımdır. Bu, elə-belə məsələlər deyil. Harda bizim zəifliyimiz var, o zəiflikdən düşmənlərimiz istifadə edəcək. Əgər delimitasiya məsələsi həll olunmayıbsa, bu, zəiflikdir. Azərbaycanın bu zəifliyindən düşmən mütləq istifadə etməlidir. Təcili komissiya bu məsələ üzərində işləməli və delimitasiya məsələsi həll olunmalıdır. Əgər indi alınmasa, bunun ağır nəticələri ola bilər, qan tökülə bilər. Biz son insidentdə gördük ki, onlar hansı hərəkətləri etdilər. Sərhəd Qoşunlarımızın əsgərlərini təxribata çəkmək istədilər, sərhədçimizin silahına əl atdılar. Əsgərin silahını əldən almaq cinayətdir. Və cinayəti törədənlər həmin silahdan istifadə eləsələr, qan tökülə bilər. Bu da Azərbaycanla Gürcüstan arasında böyük problemlərə gətirib çıxarar. Onlar ingiloyları ortalığa atıblar, Qafqaz Albaniyasına məxsus məbədlərlə bağlı işlər aparırlar. Ona görə də təcili delimitasiya məsələsini həll etmək lazımdır. Nə qədər geciksək, düşmən bundan istifadə edəcək.

- Azərbaycan-Ermənistan sərhəddində iyulun 18-dən bu yana demək olar ki, hər gün atəşkəs pozulur. Əvvəllər atəşkəs daha çox Qarabağ istiqamətindən pozulardı, indi isə Qazax-Tovuz istiqamətindən. Nə üçün ermənilər Azərbaycanla sərhəddə təxribatlarını artırıblar?

- Gəlin nəzərə alaq ki, Paşinyan hakimiyyətə gələndən sonra birinci çıxışında dedi ki, Qarabağ məsələsini Azərbaycan Qarabağdakı ermənilərlə danışmalıdır, Ermənistan bu məsələdə zəmanətçi kimi çıxış edə bilər. O, bununla mesaj göndərdi ki, mən bü gün Ermənistanla Azərbaycan arasında olan münasibəti sizinlə danışmayacam, birinci gedin Qarabağla danışın. İkincisi, aprel döyüşlərindən sonra Paşinyan demişdi ki, bu məsələdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mövqeyini bəyənmədik. Onlar da demişdi ki, KTMT-nin nizamnaməsində yazılıb ki, əgər KTMT üzvlərindən birinə qarşı hər hansısa dövlət hücuma keçərsə, ərazisinə daxil olarsa, digər dövlətlər dərhal bu hadisəyə reaksiya verməli və müttəfiqlərini müdafiə etməlidir. İndi Paşinyanın birinci çıxışını nəzərə alsaq, ermənilər Qarabağdan deyil, Azərbaycanla sərhəddən təxribatlar həyata keçirməyə başlayıb və istəyir ki, Azərbaycan bu təxribatlara eynən aprel hadisələrində olduğu kimi cavab versin. Sərhəd Qoşunları Silahlı Qüvvələrin bir hissəsidir və Azərbaycan sərhədçiləri bu təxribatlara qeyd etdiyim kimi cavab verərsə, Ermənistan məsələni dərhal KTMT-də qaldıracaq və Rusiya başda olmaqla bütün KTMT üzvləri məsələyə qarışmalı olacaq. Paşinyanın məqsədi odur ki, KTMT-ni məsələyə qarışdırsın...

Nicat İSMAYILOV

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı