Gürcüstan Rusiya ilə avqustda başlanmış müharibənin 11-ci ilini qeyd edir. Döyüşlər avqustun 7-də başladı və 2008-ci il avqustun 12-də atəşkəs əldə edildi. Bu günlər Gürcüstanın müasir tarixinin ən faciəli günləridir.
Döyüşdə 228 mülki şəxs, 170 hərbi qulluqçu və 14 polis əməkdaşı həyatını itirdi, 1747 nəfər isə yaralandı. Təqribən 150 min insan evlərini tərk etmək məcburiyyətində qaldı, onlardan 30 mini hələ də məcburi köçkün olaraq qalır. Beş əsgər isə itkin düşdü.
Müharibə Gürcüstan torpaqlarının 20 faizinin işğalı ilə nəticələndi.
- Sizcə, bu hadisələrin baş verməsində günahkar kimdir? Rusiya yoxsa Gürcüstan hökuməti? Gürcülər necə düşünür?
- Müharibəni 2008-ci ilin avqustunda kimin başlatdığı aydındır. Əlbəttə ki, bu Rusiya idi və o 2008-ci ilə qədər buna çalışırdı. Tiflis beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində öz ərazisində müharibəyə başlaya bilməzdi. Ancaq Aİ tərəfindən hazırlanan 2009-cu ilə dair hesabatda Gürcüstan Rusiya ilə beş günlük müharibəyə başlamaqda günahlandırıldı, lakin Moskvanın hərbi yolla cavab verməsinin məqbuledilməz olduğu və beynəlxalq hüququ pozduğu bildirildi.
Tagliavini hesabatında Rusiyanın Cənubi Osetiyaya, (Tsxinvali bölgəsi) üsyanın baş verdiyi əyalətə müdaxiləsi zamanı hər iki tərəf beynəlxalq humanitar qanunları pozduğu və etnik gürcülərə qarşı etnik təmizlənmənin aparıldığına dair sübutlar yer almışdı.
Bundan əvvəl AŞPA-nın 2008-ci ilin oktyabrında qəbul edilmiş 1633 saylı qətnaməsində deyilirdi ki, "Gürcüstan hərbi qüvvələri tərəfindən xəbərdarlıq edilmədən Tsxinvalinin atəşə tutulması, 7 avqust 2008-ci il tarixində gərginliyin yeni səviyyəyə - açıq və genişmiqyaslı müharibə səviyyəsinə yüksəlməsinə səbəb oldu. Mülki vətəndaşlar üçün ciddi risklər yaradan ağır silah və sursatlardan istifadə Gürcüstanın öz ərazisi daxilində olsa belə, silahlı qüvvələrdən qeyri-bərabər istifadə etməsi, beynəlxalq humanitar hüququn pozulması və Gürcüstanın münaqişənin sülh yolu ilə həll edilməsinə dair öhdəliyinin pozulmasına gıtirib çıxarırdı". Və o vaxtkı hakim partiya - Vahid Milli Hərəkat (VMH) partiyası bu qətnaməni imzaladı.
Bir hikmətli sözdə deyilir ki, bütün dünyada istənilən hökumət müharibələrin qarşısını almalı və təxribata uymamalıdır. Təəssüf ki, o zaman nəinki məsuliyyətsiz Saakaşvili hökuməti bunu etmədi, əksinə dövlət əleyhinə yönəlmiş siyasətilə Kremlə öz işğal planını həyata keçirməyə imkan verdi.
- Müharibələr ümumiyyətlə xalqları məhv edir və ya birləşdirir. Mən millətlərə mənfi və ya müsbət təsir etməyi nəzərdə tuturam. Bu müharibə Gürcüstana necə təsir etdi?
- Təəssüf ki, bir neçə ildir ki, Saakaşvilinin VHP partiyası Avqust müharibəsi mövzusunu monopoliyalaşdırdı və tənqidlərin üzərindən xətt çəkdi, yəni əvvəlki hökumətin Avqust müharibəsi zamanı fəaliyyətinə görə istənilən tənqid, dövlətə xəyanət və Rusiya maraqlarına xidmət etmək sayılırdı. Artıq Gürcüstan cəmiyyətində vəziyyət dəyişib. Həqiqət barədə açıq danışmalıyıq. Gürcüstanın daxilində və xaricində dostlarımız və düşmənlərimiz həqiqəti bilirlər.
Bu yaxınlarda Saakaşvilinin bəzi tərəfdaşları Avqust müharibəsinin Gürcüstanın "nəfəs alması"na və Qərbin səxavətli köməyi ilə daha da inkişaf etməsinə imkan verdiyini vurğuladılar. Bu tamamilə yanlış fikirdir. Bu müharibənin nəticələri dramatik həddədir - yüzlərlə şəhid və yaralı, minlərlə insan didərgin düşmüş, evlər yandırılmış və yüzlərlə gürcü kəndləri işğal olunmuşdu. Nəticədə, Gürcüstanın 20% -i Rusiyanın cididi hərbi müdaxiləsi ilə işğal edildi. Budur Gürcüstanın "nəfəs alması”? ..
Gürcüstan müttəfiqlərinin köməyi ilə ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməlidir, lakin Rusiya işğalının baş verməsinə imkan yaradaraq kobud səhvlərə yol verən səriştəsiz siyasi oyunçular məsuliyyətə cəlb olunmalıdırlar. Bu vətəndaşlarımız və 5 günlük müharibədə həlak olan və xəsarət alan qəhrəmanlarımız qarşısında borcumuzdur.
- Bəzi siyasətçilər hesab edir ki, Gürcüstan Rusiya ilə müsbət münasibətlər qurmalıdır, bəziləri isə əksinə. Sizcə, Rusiya ilə hansı münasibətlər qurulmalıdır?
- İşğal etmə siyasətin prinsipial şəkildə həyata keçirilməsi deməkdir. "Gürcü Arzusu" partiyasının Rusiyaya münasibətdə yeritdiyi siyasəti ardıcıl və möhkəmdir. Bu mümkün qədər beynəlxalq dəstək əldə etməkdir ki, Tramp administrasiyası və Gürcüstanın Avropadakı tərəfdaşları ilə münasibətlərindən bu aydın olur. Ancaq ölkə daxilində hər şeyi öz adı ilə çağırmaq vacibdir. Qərb liderlərinin geniş iştirakı ilə aparılan sülh danışıqları bu ölkənin işğaldan azad edilməsinə alternativ sayıla bilməz.
Ülvi ƏHMƏDLİ