“1-2 ay içərisində Əbülfəz Elçibəy gəmisi də gələcək…” Mübariz Mənsimov

Müsahibələr 13:01 12.08.2019

“Biz bu işi davam etdirəcəyik. 1-2 ay içərisində Əbülfəz Elçibəy gəmisi də gələcək. Yəni tarixdən vəzirovları, digərlərini silmək, bu insanları yaşatmaq lazımdır”.

Bunu Palmali Holdinqin prezidenti Mübariz Mənsimov Rəsulzadənin adını verdiyi gəminin istismara verilməsindən sonra deyib. O, qeyd edib ki, gənc nəsil Rəsulzadə, Elçibəy, Heydər Əliyev kimi insanları tanımalıdır və bunun üçün bu adları yaşatmaq lazımdır.

“Bu bir tarixdir, əslində qürurverici tarixdir. Yaşatmaq lazımdır. Təkcə gəmilərə deyil, küçələrə, şəhərlərə, məktəblərə, hava limanlarına vermək lazımdır. Onları yaşatdıqca, biz özümüzü yaşadırıq. Bu gün bunu tam, istədiyimiz kimi edə bilmirik. Amma davam edəcəyik”.

M. Mənsimov imkanlı iş adamlarının imkansızlara əl tutmasının vacib olduğunu qeyd edib: “Əgər insanın dini-imanı varsa, bilməlidir ki, Allahın ona verdiyi imkan əmaanətdir. Onu zaman gələcək kiməsə ötürəcəksən və ya itirəcəksən. Biz bu işləri “Palmali” ailəsi olaraq edirik. Kimsə o dünyaya nə isə apara bilməyəcək. Kəfənin cibi yoxdur. O dünyaya heç kim pul aparmır. Allah bu imkanı verir və paylaşmaq lazımdır.

Azərbaycanda bu imkanı paylaşanlar çoxdur, sadəcə medianın xəbəri yoxdur. Amma təəssüf ki, paylaşmayanlar da var. Onlara deyirəm ki, o dünyaya heç nə apara bilməyəcəklər. Paylaşsınlar.

Xüsusilə Rusiyadakı azərbaycanlıları çox incidirlər. Bunun qarşısını almaq lazımdır. “Palmali”nin bir prinsipi var: burada 1000 nəfər işləyirsə, onun 60 faizi azərbaycanlı olmalıdır. Paylaşmağı bacarmaq lazımdır. Zatən o dünyaya gedəndə hesabını soracaqlar ki, niyə paylaşmadın? Rusiyadakı iş adamları da bir az öz xalqı üçün çalışsınlar. Yoxsa “Mən azərbaycanlıyam” deyib sinəyə vurmaq önəmli deyil. Hərəkət etmək lazımdır.

Bu gün erməni öz ermənisinə sahib çıxır. Biz niyə bu duyğularda, istəklərdə onlardan güclü olmamalıyıq. Axı onlar bizim çox altımızdadırlar, dabanımızın altındadırlar. Bütün məsələlərdə öndəyik: dövlət, irq, mədəniyyət baxımından. Onlar sadəcə birlik məsələsində bizdən öndədirlər.

Amma bizim bəzi azərbaycanlılar xaricdə qorxusundan boynuna xaç asıb gəzir. Adam dinindən, imanından dönürsə, ondan nə gözləmək olar?

Moskvada diaspora sədri olmaq üçün bizimkilər bir-biri ilə mübarizə aparır. Yaxşılıq etmək üçün mütləq bir kresloda oturmaq lazım deyil. Qardaş, yaxşılıq etmək istəyirsənsə, get elə…

Dövlətin içərisindəki oliqarx nazirlər də var. Çox nazir tanıyıram ki, xaricdə iş açıb, qohumları üçün. Amma bir azərbaycanlı işçisi yoxdur. Qazandığınızın 3-də birini xalqa verin, sonra nə edirsiniz edin. Paylaşın. Zatən oğurlayırsınız. O dünyada qaraj da yoxdur, bağ da yoxdur. Hamımız bir ağ kəfən aparacağıq, boyumuza görə. Onlar kəfəni bir az çox aparacaq, çünki çox kökdürlər…

Azərbaycanın bütün iş adamlarına tövsiyə edirəm, hər şeydən öncə cibimizi deyil, vətənimizi düşünməmiz lazımdır”.

M. Mənsimov bir müddət əvvəl məmurlara etdiyi müraciətin siyasi çaağırış kimi şərh olunmasına da münasibət bildirib: “Mən bu həyatda heç kimdən qorxmuram. Sadəcə Tanrımdan və atamdan qorxuram. Kim nə düşünür, düşünsün. Mənim beynimdə pambıq deyil, İQ var.

Mən heç zaman ikili oynamaram, siyasətlə məşğul deyiləm. Əgər mən kiminsə oğurluğunu aşkar edib deyirəmsə, özündən şübhələnsin, məndən yox. Bir neçə gün əvvəl bir qadın gəlib və uşağını maşınımın altına atır ki, mənə kömək et… 

Mən kasıb bir ailədə böyüdüm. 9 uşaq idik. Anam indiki qadınlar kimi deyildi, çörək də bişirirdi, paltar da yuyurdu. Bütün işləri özü görürdü. Bizi də elə böyüdüblər.

Biz hamımız bir-birimizə dəstək olmalıyıq, əl tutmalıyıq. Hələ sən dövlətin içində oturub oğurluqla qazanırsansa, paylaşmalısan. Yoxsa, bir gün onu boğazından çıxaracaqlar. Bu dünyada da olmasa, o dünyada İnkir-Minkir başının üstünü alacaq. Onu düşünsələr anlayarlar ki, mənim bu fikirlərim siyasi məna daşımır. Əgər siyasət istəsəm, Bakıda oturub bunu edə bilərəm. Çünki bir qorxum yoxdur və halal tikə ilə böyümüşəm. Onlar isə haram yeyirlər. İnsanlığın ölməməsi lazımdır”.

Qeyd edək ki, bu fikirləri M. Mənsimov “Yeni Kanal” youtube kanalına müsahibəsində deyib. Həmin müsahibənin video versiyasını da təqdim edirik:(turkustan.info)


Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Avropa liderləri Trampı Rusiyaya qarşı siyasəti sərtləşdirməyə çağırıblar
13:25 30.06.2025
Hamısı