“Əli Kərimli Milli Məclisdə təhqir olunanda mən etiraz etdim” Fəzail Ağamalı

Müsahibələr 17:58 12.09.2019

Ötən gün Bakıda "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirildi. Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyalar, qeyri-hökumət təşkilatları nümayəndələrinin, siyasi ekspertlərin və media  təmsilçilərinin iştirak etdiyi görüşdə yekun bəyanat imzalandı.

Görüşün təşkilatçısı olan “Ana Vətən” partiyasının sədri, deputat Fəzail Ağamalı toplantı barədə yekun təəssüratlarını modern.az-a bölüşüb. Eurasia Diary onunla söhbəti təqdim edir:

- Fəzail müəllim, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini görüşə dəvət etməmişdiniz. Bu, birmənalı qarşılanmadı. Çoxları düşünür ki, belə bir görüşdə iştirak etməli, islaha ehtiyacı olan əsas qüvvə elə AXCP-dir. Həmin fikirlərlə razılaşırsınızmı?

- Mən açıqlamamda da bəyan etdim ki, Əli Kərimlini dəvət etsəm belə, tədbirə qatılmayacaqdı. Ən müxtəlif bəhanələrlə görüşdən boyun qaçıracaqdı. Əli Kərimlinin tutmuş olduğu yol, hərəkət və davranşları dünənki tədbirdə qarşıya qoyulmuş məsələ, müzakirə olunan məqamlarla uzlaşacaq deyil. Biz müxalifət partiyalarının iqtidar partiyası ilə bərabər müzakirə aparmaqda niyyəti ortaq nöqtələrin əldə edilməsi, barışa doğru atılan addımların vacibliyi idi. Əli Kərimlinin hərəkətlərində isə bu meyl özünü göstərmir. Düşünün ki, özümə hörmət etmədən Əli Kərimlini dəvət edirəm o qəbul etmir. Yaxud qəbul edərək, tədbiri pozmaq hədəfi ilə qatılıb, qeyri-etik mövqe nümayiş etdirir. Bu zaman tədbir isə nəticəsiz başa çatacaqdı. O öz mövqeyində düzəliş etsə, radikallıqan imtina etsə, xarici qüvvələrin təsirindən çıxsa, normal, sivil müxalifət mövqeyində özünü təsdiqləsə, aramıza qatıla bilərdi.

Əli Kərimli ilə aramızda şəxsi düşmənçilik yoxdur. Əksinə vaxtilə o,  Milli Məclisdə təhqir olunanda mən  etiraz etdim ki, belə təhqirlərə yol vermək millət vəkillərinə yaraşmaz.

O Azərbaycanın millət dövlət maraqlarına doğru addım atırsa, onunla əməkdaşlığa hazırıq. Şəxsən mən hazıram. Bütün bunların əksinə hərəkət edirsə, sözdə bir cür, əməldə tamamilə əksinə addım atırsa, əməkdaşlığımızdan söhbət gedə bilməz.

Biz bu gün dövlətçiliyimizin yanında olmalıyıq. Buna görə, bütün söyüşlərə, mənfi məqamlara son qoymaq lazımdır. Azərbaycan xalqına xidmət etmək üçün Azərbaycan xalqının yanında olmaq lazımdır.

- Müxalifət nümayəndələri arasında sözə ilk başlayan, tələb və  təkliflərlə çıxış edən Pənah Hüseyn oldu. Lakin onun bu dəfə daha konstruktiv mövqe nümayiş etdirməsi diqqət çəkdi. Pənah bəyin çıxışını necə qiymətləndirirsiniz?

- Pənah Hüseyn həmişə özünün fərqli mövqeyi ilə seçilən siyasətçilərdəndir. Mən onu uzun illərdir tanıyıram. O milli maraqları hər zaman üstün tutan, ona sadiq olan siyasətçidir. Bununla bərabər yenə də o, müxalifətdədir. Cəmiyyətdə gedən proseslərə, çatışmazlıqlara, özünün kəskin fikirlərini səsləndirib, iqtidarın apardığı siyasətə münasibətini ortaya qoyub. Amma o hər zaman milli maraqları, dövlətçiliyi özünün şəxsi ambisiyalarından üstün tutub. Dünənki “dəyirmi masa”da da Pənah Hüseyn bir daha öz baxışlarına, söykənmiş olduğu dəyərlərə, prinsiplərə sadiqliyini nümayiş etdirdi.

- Ümumi olaraq, sizi razı salan, yaxud narazı qaldığınız məqamlar nələr oldu?

- Bütövlükdə dünənki dəyirmi masanı yüksək qiymətləndirirəm. Baxmayaraq ki, mövzudan kənara çıxmalar, haqsız ittihamlar da oldu. Uzun illərdən bəri belə görüş olmamışdı. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov kimi iqtidarın nüfuzlu bir siması da orada iştirak edirdi. Sonda istisnasız olaraq, iştirakçılardan hər birinin imzası ilə bəyanat qəbul olundu. Çox şadam ki, bu “dəyirmi masa” qarşıya qoyduğu məqsədə çata bildi. Təəssüf edirəm, dəvət olunanların bəziləri hansısa səbəblər ucbatından tədbirə qatılmadı. Amma bundan dolayı bir incikliyim də yoxdur.

- Yenidən təşəbbüs göstərib, təşkilatçı kimi belə görüşü hazırlamaq istəyərsinizmi?

- Mən son çıxışımda da qeyd etdim ki, siyasi partiya təmsilçilərinin, müstəqil siyasi ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, media təmsilçilərinin iştirakı ilə belə toplantılar davamlı keçirilsin. Çox istərdim ki, gələcək görüşlərimizdə dəvət olunan bütün partiyalar, şəxslər iştirak etsinlər. Düşünürəm, biz buzu sındıra bildik, bu sindromu aradan qaldıra bildik. Hər birimiz, xüsusilə ölkə iqtidarı iqtidar-müxalifət dialoqunda maraqlıdır. Bir müddət əvvəl prezidentin ictmai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov səviyyəsində ciddi açıqlamalar səsləndirilmişdi. Mən çox arzulayardım ki, bu rəsmi açıqlamalara əks qütbdə dayanan müxalifət təmsilçiləri də adekvat mövqe ilə yanaşsınlar.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı