"Gürcüstan Ermənistana göstəriş vermir, Yerevan da fikrini özünə saxlasın" Georgi Badridze

Müsahibələr 19:29 17.09.2019

Ermənistan Türkiyə, Azərbaycan və Gürcüstan arasında iqtisadi və enerji-nəqliyyat əməkdaşlığını gərginləşdirməyə davam edir. Erməni mətbuatının yazdığına görə, Ankara, Bakı və Tbilisi arasındakı geosiyasi dəhliz həm də hərbi ittifaqa çevrilir. Bu səbəbdən Ermənistan İranla münasibətlərini möhkəmləndirməlidir.

Bu məlumatı Ermənistanın “Telegram”dakı “ArmToday” kanalı yayıb.

Azərbaycan, Gürcüstan və Türkiyənin bu yaxınlarda keçirdiyi üçtərəfli birgə hərbi təlimlər də Yerevanı narahat edir. “Eternity-2019” hərbi təlimlərində Azərbaycan, Türkiyə və Gürcüstanın hərbçiləri iştirak etdilər və regional iqtisadi layihələrin müdafiəsini ehtiva edən tapşırıqlar yerinə yetirildi.

Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Kars dəmiryolunun təhlükəsizliyini təmin etmək üçün müştərək təlimlər və tapşırıqlar yerinə yetirildi.

Amma Ermənistanı daha çox Gürcüstanın təlimlərdə iştirakı narahat edir.

“Tbilisinin Bakı və Ankara ilə yaxınlaşması Yerevanda ciddi narahatlığa səbəb olub. Azərbaycan və Türkiyənin Ermənistana olan düşmən münasibətini nəzərə alanda, bu, təbii reaksiyadır”, - bunu erməni mənbələri qeyd edir.

Bununla yanaşı, Yerevanda əmindirlər ki, Bakı və Ankaranın, əsasən, strateji enerji və kommunikasiya layihələri vasitəsilə Gürcüstana iqtisadi təsirinə baxmayaraq, Tbilisi Ermənistanla münasibətləri pozmaq istəmir.

Eurasia Diary xəbər verir ki, Media.Az məsələ ilə bağlı Gürcüstanın Böyük Britaniyadakı keçmiş səfiri, Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun böyük elmi işçisi Georgi Badridze ilə söhbət edib.

- Gürcüstan, Azərbaycan və Türkiyə müttəfiq ölkələrdir. Bir sıra müştərək layihələr var. Bu yaxınlarda keçirilən hərbi təlimlərdə Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolunun təhlükəsizliyini təmin etmək məqsədilə tapşırıqlar yerinə yetirildi. Bu, növbəti dəfə Yerevanın əsəbi reaksiyasına səbəb oldu...

- Mən erməni qonşularıma Ermənistanın bizim şimal qonşumuzla sıx iqtisadi və hərbi əlaqədə olduğunu xatırlatmaq istərdim. Xatırlamıram ki, Gürcüstan Ermənistana kiminlə ittifaqa girib-girməmək məsələsində hansısa göstərişi versin. Bu səbəbdən Gürcüstan iqtisadi və siyasi maraqları fonunda qonşuları ilə strateji münasibətlərini daha da inkişaf etdirəcək.

Gürcüstan regional stabillikdə maraqlıdır. Biz düşünürük ki, əgər hərbi qarşıdurma faktı olmasaydı, Cənubi Qafqaz daha stabil, iqtisadi cəhətdən daha inkişaf etmiş olardı. Mən həm də Ermənistanla Azərbaycan arasındakı münaqişəni də nəzərdə tuturam.

Təəssüflər olsun ki, “Baltika yolu” (Baltikyanı ölkələr - Latva, Litva və Estoniya arasında əməkdaşlıq) əvəzinə, Cənubi Qafqazda məsələlər tamamilə başqa ssenari üzrə inkişaf edir.

Amma Gürcüstan qonşuları ilə münasibətlərini daha da inkişaf etdirməlidir. Yaxın gələcəkdə biz Ermənistanla da xoş münasibətə ümid edirim. Çox istəyirik ki, Azərbaycan, Gürcüstan və Ermənistanla birlikdə Cənubi Qafqazı daha da inkişaf etdirsin.

- Bəs Ankara, Bakı və Tbilisi arasındakı hərbi ittifaqdan qorxan Ermənistan barədə nə düşünürsünüz?

- Ermənistanda istənilən ciddi adam başa düşməlidir ki, Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı əməkdaşlıq kiminsə əleyhinə yönəlməyib. Bu əməkdaşlığın məqsədi təhlükəsizliyi təmin etməkdir. Təkrar edirəm, bu əməkdaşlıq inkişaf etməlidir.

- Bu yaxınlarda Gürcüstanda hökumət dəyişikliyi oldu. Parlament keçmiş Daxili İşlər naziri Georgi Qaxariyanın rəhbərlik etdiyi Nazirlər Kabinetinə səs verdi.

- Ölkədə real hakimiyyət Bidzina İvanişvilinin əlində cəmləşib. Nazir və Baş nazirin dəyişməsi heç nəyə təsir etmir. İstənilən halda, Gürcüstan öz yoluna davam edir. Azərbaycan və Türkiyə ilə yaxın əməkdaşlıq Gürcüstanın strategiyasıdır.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı