"Məqsədimiz yüksək ixtisaslı ilahiyyatçılar hazırlamaqdır" Aİİ-nin şöbə müdiri Fidan Yusifova ilə MÜSAHİBƏ

Müsahibələr 15:11 18.09.2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş özrə Dövlət Komitəsinin tabeliyində yaradılmışdır. Bakı Dövlət Universitetinin tərkibində yuxarıda göstərilən tarixədək fəaliyyət göstərən İlahiyyat fakültəsi ölkə başçısının qərarı ilə yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilmişdir. Eurasia Diary Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifovadan müsahibə götürüb.

- Magistratura və doktorantura şöbəsinin  fəaliyyəti haqqında məlumat verməyinizi xahiş edirəm...

- Azərbaycan İlahiyyat İnstitutunun Magistratura və doktorantura şöbəsi ali tədris müəssisəsinin  strukturunda fəaliyyət göstərir. Aİİ-nin qarşısında duran əsas vəzifələrdən biri gələcəyin peşəkar alim və mütəxəssislərini yetişdirmək, həmçinin ali təhsil müəssisəsinin elmi potensialını gücləndirməkdir. Bu məqsədlə xarici universitetlərin təcrübəsi nəzərdən keçirilir, bir sıra layihələr üzərində işlənilir. Yeni əməkdaşlıqlar, əlaqələr qurulur. Elm sahəsində idarəetmə sistemini və elmi tədqiqat işlərinin təşkilini təkmilləşdirmək, ilahiyyat üzrə magistratura, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrların qəbulunu və hazırlanmasını təşkil etmək, cəmiyyətdə  bu ixtisasın rolunu və nüfuzunu artırmaqdır. Magistrlarımızın və gənc tətqiqatçılarımızın inkişafı, güclü təhsilə yiyələnmələri, bir sıra sahələrdə tətqiqat aparmaları üçün şəraitin yaradılması bizim qarşımızda duran ən vacib məsələlərdəndir.

- Rəhbəri olduğunuz şöbədə hansı istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir?

- Nəzərinizə çatdırmaq istəyirəm ki, Dinşünaslıq sahəsi üzrə 4 ixtisaslaşma – Dinin psixologiyası, Dinin sosiologiyası, Dinlərin tarixi, Dinşünaslıq istiqaməti üzrə kadr hazırlığı həyata keçirilir. 2018/2019-cu tədris ilində təhsillərini başa vurmuş magistrantların müvafiq istiqamətlərdə dissertasiyalarının müdafiəsi Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyevin rəhbərliyi ilə  uğurla həyata keçirilimişdir.  Şöbə bu əmr və fakültənin təqdimatı əsasında İxtisaslaşdırılmış Elmi Şuranın tərkibinin təsdiqi haqqında əmr hazırlamışdır. 2018-2019-cu tədris ilində İnstitutumuza magistr qəbulu da həyata keçirilmişdir.

- Magistrlərın hazırlığı hansı formada həyata keçirilir?

- Magistrantlar tədrislə yanaşı, yüksəkixtisaslı mütəxəssislərin elmi rəhbərliyi altında ixtisas kafedraları tərəfindən dissertasiya işi üzərində işləyirlər. Dissertasiya işlərini müdafiə etdikdən sonra, onlar magistr dərəcəsi almağa layiq görülürlər. Magistratura və doktorantura şöbəsində təhsil alan magistrantların elmə olan marağını artırmaq məqsədilə yazdıqları elmi-tədqiqat mövzularını əhatə edən tezis və məqalələr konfransa təqdim etmək üçün toplanır və kitab şəklində çap edilir.

Magistrantların tədris ili ərzində İnstitut və respublikada təşkil olunan müxtəlif konfranslarda iştirakı təmin edilir. Şöbə tərəfindən  Respublika Prezidentinin hər il martın 27-nin Azərbaycanda “Elm Günü” kimi qeyd edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Tədbirlər Planı hazırlamışdır. Bu sənədin icrası məqsədilə 13 mart 2019-cu il tarixdə professor, ictimai-siyasi xadim Şahlar Əsgərovun təqdimatında “Din və elm” mövzusunda seminar təşkil olunmuşdur. Bundan başqa, 9 aprel 2019-cu il tarixdə “Clarivate Analytics” bazasının Azərbaycanda təşkil etdiyi təlim proqramının rəsmi eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədovanın təqdimatında “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda seminar keçirilmişdir.

Şöbənin təşəbbüsü ilə 4 aprel 2019-cu il tarixdə İlahiyyat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfrans təşkil olunmuşdur. Konfransda ölkəmizdə fəaliyyət göstərən elmi tədqiqat müəssisələrində, ali təhsil ocaqlarında çalışan, təhsil alan gənc tədqiqatçılar və magistrlər iştirak etmişlər. Konfransın materialları kitab şəklində çapa hazırlanmışdır. Hazırda isə şöbəmiz Aİİ-də 15 oktyabr 2019-cu il tarixdə baş tutacaq “Müstəqillik illərində din təhsili” mövzusunda elmi-praktik konfransa hazırlaşır. Bundan əlavə, magistrlərimiz 3-4 dekabr 2019-cu il tarixdə Azərbaycan İnşaat və Memarlıq Universitetində İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların XXIII Respublika Elmi Konfransinda iştirak edəcəklər.

- Azərbaycan İlahiyyat İnstitutunda bu il ilk dəfə doktoranturaya qəbul həyata keçiriləcək. Yəqin ki, məsuliyyət ilə yanaşı, həm də qürur hissi duyursunuz...

- Azərbaycan İlahiyyat İnstitutunda bu il ilk dəfə doktoranturaya qəbul həyata keçiriləcək. Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında 15.01.2019-cu il tarixli 6 nömrəli qərarına əsasən həyata keçiriləcək. Bununla bağlı 2020/2021-ci il üzrə doktoranturaya qəbul və dissertantların təhkimolunma planlarının layihələri hazırlanaraq, Nazirlər Kabinetinə təqdim olunması üçün Milli Elmlər Akademiyasına göndərilmişdir.

- İnstitutun prioritetləri haqqında nə deyə bilərsiniz?

- Yüksək ixtisaslı ilahiyyatçıların hazırlanması İnstitumuz üçün əsas məqsədlərdən və hədəflərdəndir. Builki tələbə qəbulunda keçid balının artması sevindirici haldır. Bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində, təhsilin yüksək səviyyədə olması gənclərin bu sahəyə marağını artırır. Dövlət İmtahan Mərkəzinin III ixtisas qrupu üzrə ödənişsiz əsaslarla keçirdiyi qəbul imtahanında Dinşünaslıq ixtisası üzrə  aşağı bal 292, yüksək bal 523; İslamşünaslıq ixtisası üzrə aşağı bal 200, yüksək bal isə 390 təşkil edib  Müvafiq ixtisaslar üzrə ümumi orta bal 346,3 və 260 bal olub. Qəbul olunanların 50 faizi 300 baldan yuxarı bal toplayan abituriyentlərdir. Tələbələrin 30 faizi isə 350-550 bal toplayaraq, Azərbaycan İlahiyyat İnstitutunu seçib. Nəzərinizə çatdırmaq istəyirəm ki, gələcəkdə yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də nəzərdə tutulur. Hazırda bununla bağlı müvafiq tədbirlər görülür.

- Mütəxəssis və güclü şəxsiyyət; ali məktəb həm də vətəndaş yetişdirməlidir. Sadaladığımız bu keyfiyyətlər birlikdə cəm olarsa, cəmiyyətimiz bundan qazanar...   

- Bəli, tamamilə doğru qeyd etdiniz. Bunun üçün tədris prosesində tərbiyə ən önəmli məsələlərdən biridir. Tələbənin tərbiyəsində məqsəd onun qabiliyyətinin, şüurluluq səviyyəsinin, özünüdərk, özünütənqid bacarıqlarının, məsuliyyət və vicdan hissinin, digərlərinə qarşı tolerant və anlayışlı davranmasının, intizamlılığının, istənilən şərait və vəziyyətdə özünü idarə etməyin və digər şəxsi keyfiyyətlərinin formalaşdırılmasıdır. Bunları nəzərə alaraq müasir gəncliyimizin milli-mənəvi dəyərlərə malik formada yetişməsi üçün çalışmalıyıq.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Hamısı