"2011-2013-cü illərdə Misirdə baş verən qeyri-sabit vəziyyət həmvətənlilərimizin taleyində də təsirsiz ötüşmədi" Azərbaycanın Misirdəki səfiri

Müsahibələr 11:46 26.09.2019

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev Eurasia Diary-ə müsahibə verib. 

DOSYE: Tural Anar oğlu Rzayev 1963-cü il təvəllüdlüdür. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olub. Universitetin Şərqşünaslıq fakültəsini bitirib. Tural Rzayev ərəbşünas və diplomatdır.

Diplomatiyaya gəlməzdən əvvəl o, jurnalistika sahəsində çalışıb, AzərTAc-ın müxbiri işləyib. O, eyni zamanda atası Anar kimi yazıçı və tərcüməçidir. 2009-da Tural Anaroğlu imza ilə “Tənha mələk” adlı kitabı çıxıb. Hekayələri “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə, “525-ci qəzet” və “Exo” qəzetində dərc edilib.

Tural Rzayev sonralar fəaliyyətini diplomatiya sahəsində davam etdirib. O, Azərbaycanın Türkiyə və Rumıniyadakı səfirliklərində çalışıb.

2009-2010-cu illərdə Xarici İşlər Nazirliyi, İkinci Ərazi İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 2010-cu il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Azərbaycan Prezidentinin 27 yanvar 2016-cı il tarixli sərəncamı ilə Tural Rzayev Azərbaycanın Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu gün peşəkar diplomat olan Tural Rzayev ərəb, rus, rumın, türk dillərini bilir. Evlidir, iki övlad atasıdır.

- Cənab səfir, Misir və Azərbaycan arasında diplomatik-siyasi münasibətləri necə dəyərləndirirsiniz?

- Azərbaycan və Misir əlaqələrinin kökləri uzaq tarixə dayanmaqdadır. Misirin bəzi kopt kilsələrində Qafqaz Albaniyası kilsələri ilə yazışmaları saxlanmaqdadır. Orta əsrlərdə Misirin elitar təbəqəsinə mənsub qazilər, həkimlər, mühəndislər, din xadimləri arasında Bakuvi, Şirvani, Naxçıvani, Təbrizi soyadlarına rast gəlmək mümkündür.

İki ölkə arasında müasir diplomatik-siyasi münasibətlər 1992-ci ildə yaradılıb. Bu dövrdən etibarən qarşılıqlı dostluq prinsipləri üzərində qurulan əlaqələrimiz inkişaf edərək davam etməkdədir.

Ölkələrimiz həm iki tərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdalıq etməkdə, bir-birini dəstəkləməkdədir. İki ölkə arasında hökumətlərarası iqtisadi, elmi, texniki əməkdaşlıq üzrə müştərək komissiya fəalyyət göstərir. Hər iki ölkənin parlamentində dostluq qrupları yaradılıb. Misirin Azərbaycanda, Azərbaycanın da Misirdə səfirliyi vardır.

- Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının tanıdılması ilə bağlı hansı işlər görülüb?

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Misir Ərəb Respublikası hər zaman münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində BMT TŞ-nın məlum dörd qətnaməsi işığında sülh-danışıqlar yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu bəyan etməkdədir. Bunu MƏR Prezidenti cənab Əbdülfəttah Əs-Sisi, MƏR Xarici İşlər Naziri cənab Sameh Şükri və ölkənin digər yüksək vəzifəli rəsmiləri vurğulayıblar. Misir müstəqil ölkələrin dövlət sərhədlərinin zor, güc tətbiq etməklə dəyişdirilməsinin əleyhinədir.

Əlbəttə ki, xalqımızın haqlı mübarizəsi və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinin təbliği və Misir rəhbərliyinə və ictimaiyyətinə çatdırılması səfirliyimizin əsas fəaliyyət istiqamətlərindəndir.

Xocalı soyqırımı ilə əlaqədar kitab ərəb dilində çap olunub və Misir ictimaiyyətinin diqqətinə təqdim olunub. Hazırda Xocalı soyqırımından bəhs edən və sənədli lentlər əsasında qurulan filmin çəkilişi üzərində işlər aparılır.

Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Misir Parlamentinin Dini məsələlər üzrə daimi komissiyası bəyanatla çıxış edib.

Səfirliyimiz bu məsələlər ilə əlaqədar müntəzəm surətdə Misir kütləvi informasiya vasitələrində fəal iş aparmaqdadır.

2019-cu ilin fevral ayında Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun “Real Azərbaycan Tarixi”, “İrəvan Xanlığı” kitablarının Qahirədə təqdimatı keçirilib.

- Azərbaycan və Misir arasında iqtisadi əlaqələr hansı səviyyədədir? Misir iş adamlarını Azərbaycanda daha çox nə cəlb edir?

- İki ölkə arasında ticarət həcmi əsasən neft məhsullarının mübadiləsi ilə formalaşırdı. Son 2-3 il ərzində bu sahədə də diferensasiyanın şahidi oluruq.

Ticarət mübadiləsi yalnız xam neft deyil, digər yanacaq məhsulları, neft-kimya məhsulları, farmakologiya, qida sektoru, turizm sahəsi kimi iqtisadi göstəricilərlə çeşidlənir. Belə ki, Azərbaycana olan rəğbət və maraq xeyli artmaqdadır.

2018-ci ildə Misirdən Azərbaycana gələn turistlərin sayında 3 qat artım olub. 2019-cu ilin altı aylıq müddəti ərzində isə 2018-ci ilə nisbətən 82.3% artım baş verib. Turizm artımını nəzərə alan Misir şirkətləri mövsümlük olaraq, iki çarter təyyarə reysləri açmışdılar. Bunlardan birincisi Bakı-Şarm Əl-Şeyx şəhərinə, digəri isə Qahirə-Bakı şəhərinə çarter reysləri həyata keçirirdi. Bu şirkətlərin qış mövsümündə də yenidən çarter resylərinə başlayacaqları planlaşdırılır.

Hazırda əlimizdə olan rəsmi məlumatlar mövcud deyildir. Lakin Misir tərəfindən verilən qeyri-rəsmi məlumatlara əsasən il ərzində ölkələrimiz arasında ticarət mübadiləsi iki yüz milyon ABŞ dollarını aşıbdır. Neft-qaz sektorunu bir tərəfə qoysaq, misirli iş adamlarını Azərbaycanda ən çox cəlb edən ölkəmizin turizm potensialı, səhiyyə-farmakologiya sektoru, kənd təsərrüfatı və heyvandarlıq, ərzaq-qida sahələridir.

- Azərbaycanlı iş adamları da Misirdə hansısa iş qura biliblərmi?

- Misirdə 2011-2013-cü illər ərzində mövcud olan qeyri-sabit siyasi-ictimai vəziyyət Azərbaycanlı iş adamlarının bu ölkədə kapital qoyuluşunun qarşısını alan amillərdən başlıcası idi. Hazırda bu risklər xeyli azalıb. Əminəm ki, bu vəziyyət iş adamlarımızı təşviq edəcəkdir. Məlumatlarımıza əsasən azərbaycanlı iş adamlarını hazırda Misirə cəlb edən xüsusi turizm sektoru və farmakologiyadır.

- Turizm və mədəniyyət sahəsindəki əlaqələr barədə nə deyə bilərdiniz?

- Turizmə hər iki ölkədə böyük maraq olduğundan məlumat verdim. Mədəniyyət sahəsinə gəlincə isə qeyd etmək istərdim ki, bu sahədə iki ölkə arasında artıq ənənəvi hal alan münasibətlər mövcuddur. Azərbaycan filmləri Misirdəki kino festivallarında iştirak edir. 2018-ci ildə Azərbaycandan gələn musiqiçilərimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirimizdə iştirak ediblər. 2019-cu ildə İslam Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə Misirdə keçirilən mədəniyyət həftəsində Azərbaycanlı musiqiçilər və rəqs ansamblı uğurla iştirak edibdir. Bu günlərdə Qahirədə gənc Azərbaycan rəssamlarının sərgisi açılacaqdır. Misirli mədəniyyət xadimləri Bakı Beynəlxalq Muğam festivallarında, Bakıda keçirilən klassik musiqi müsabiqələrində mütəmadi şəkildə iştirak edirlər.

Misirdə Azərbaycan yazıçılarının kitabları, Azərbaycanda isə misirli yazıçıların kitabları çap olunur. Hər iki ölkənin nüfuzlu din xadimlərinin qarşılıqlı səfərləri həyata keçirilir.

- Misirdə yaşayan azərbaycanlılarla, diaspor təşkilatları ilə səfirliyin əlaqələri hansı səviyyədədir?

- Qeyd etdiyim kimi 2011-2013-cü illərdə Misirdə baş verən qeyri-sabit vəziyyət burada müvəqqəti olaraq yaşayan, işləyən, təhsil alan həmvətənlilərimizin taleyində də təsirsiz ötüşmədi. Misir universitetlərində təhsil alan tələbələrimiz, burada müqavilə əsasında işləyən vətəndaşlarımız ölkəni tərk etdi. Hazırda Misirdə yaşayan, işləyən, təhsil alan vətəndaşlarımız çox deyil. Vətəndaşlarımız gənc tədqiqatçı alim Seymur Nəsirovun sədri olduğu Vətənpərvər Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyində cəm olublar. Həmin təşkilatla səfirliyimiz arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Səfirlik tərəfindən təşkil olunan bütün tədbirlərdə diaspr üzvlərimiz də fəal iştirak etməkdədir.

Eyni zamanda səfirliyimiz Diaspor təşkilatının təşkil etdiyi tədbirlərə hər zaman dəstək verməkdədir.

- Azərbaycanla Misir arasında münasibətlərdə hansısa yeniliklər gözlənilirmi?

- İki ölkə arasındakı münasibətlərdə yenilik deyildiyində bunun hər gün, hər ay baş verdiyini söyləmək mümkündür. Məsələn, cari ay ərzində hər iki ölkə arasında diplomatik və xidməti pasport sahibləri üçün viza rejimi ləğv olunub. Cari ayda gənc rəssamlarımızın Qahirədə sərgisi açılacaqdır. Oktyabr ayında da bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Azərbaycan diplomatik xidmətinin yaranmasının 100 illiyi ilə əlaqədar Səfirliyimizdə tədbir keçiriləcək.

Misir Parlament sədrinin birinci müavini, Dünya Seyidlər Birliyinin sədri cənab Seyyid Şərifə diplomatik xidmətin 100 illiyinə həsr olunan medal təqdim olunacaqdır.

Qahirənin mərkəzi rayonlarından olan Maadidə Azərbaycan günü keçiriləcəkdir. Tədbir iştirakçılarına Azərbaycan mətbəxinin nümunələri təqdim olunacaq. Onlar üçün sərgi nümayiş etdiriləcək, musiqimizlə tanış olacaqlar. Azərbaycanın füsunkar təbiəti, tarixi abidələri, mədəni mirasımızdan bəhs edən filmə baxacaqlar.

Oktyabr ayında Azərbaycanda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşündə misirli nümayəndə heyəti iştirak edəcəkdir.

Noyabr ayında Misirin ən nüfuzlu siyasət din xadimləri Azərbaycana səfər edəcəklər.

Dekabr ayında Azərbaycanlı gənclər Şarm Əl-Şeyx şəhərində keçirilən beynəlxalq gənclər festivalında iştirak edəcəklər.

İki ölkə arasında hökumətlərarası müştərək komissiyanın növbəti iclasının Bakıda keçirilməsi üçün işlər aparılır. İmzalanma üçün sənədlər hazırlanır.

2020-ci ildə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tariximizin bu faciəvi səhifələrindən bəhs edən ərəb diliində kitabıb çap olunması nəzərdə tutulur.

Xocalı soyqırmı ilə əlaqədar filmin ərsəyə gətirilməsi planlaşdırılır.

Bütün bu sadaladığım işlər yaxın bir-iki ay ərzində planlaşdırdığımız işlərdir.

Həşim Məmmədov

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
Hamısı