Prezidentin sərt mesajları hansı məmurlara ünvanlanıb? Deputat: "Onlar artıq məlumdur"

Müsahibələr 15:21 19.10.2019

Xəbər verdiyimiz kimi, 15 oktyabrın tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. İlham Əliyev müşavirədə islahatlar prosesi və ona əngəl olan amillər haqında ətraflı açıqlamalar verib.

Mövzu ilə bağlı, Milli Məclisinin deputatı Tahir Rzayev öz fikirlərini Eurasia Diary ilə bölüşüb.

“Azərbaycan demokratik ölkədir. Demokratik təəsüratlar imkan verir ki, insanlar azad fikirlərini bildirsinlər. Hər demokratik ölkədə olduğu kimi Azərbaycanda da mətbuat azadlığı var. Ancaq çox təəsüflər olsun ki, mətbuat orqanları, informasiya vasitləri bu demoktratik imtiyazlardan sui-istifadə edirlər. İnsanları şantaj edirlər, insanlar haqqında böhtan xarakterli məlumatlar yayırlar. Bəzən insanların hətta şəxsi həyatına toxunurlar. Nəyin ki, insanın şəxsi həyatı, onun ailəsi haqqında, qohum əqrabası haqqında xoşa gəlməz ifadələr işlədirlər. Dövlət başçısı dəfələrlə ölkədə yaşayan bütün vətəndaşların hər birinin prezidenti olduğunu qeyd edib və təbii ki, bu son hadisələrdə onu narahat etməyə bilməzdi.  Məhz bu gün islahatlara kölgə salanlar, onlara maneə yaratmaq istəyənlər, ağıllı, gənc kadrları bəyənmiyənlər, onları şantaj edənlər var. Bu həqiqət göz önündədir”.

Deputat prezidentin fəaliyyətindən məmnun olduğu nazirliklərdəki son dövrdə baş verən müsbət dəyişiklərə toxunub:

“Cənab Prezident müşavirədə Sosial Müdafiə Nazirliyi və Vergilər Nazirliyi nümunə göstərdi. Həqiqətəndə bu sahədə ciddi islahatlar keçirilib. Məsələn Gömrük Komitəsi və Vergi Komitəsi ayın yekunlarına görə 700 milyondan çox və əlavə vəsait büdcəyə gətiriblər.  Bunlar böyük rəqəmlərdir və əlbəttə ki, bu rəqəmlərin büdcəyə gətirilməsi insanların rifah halının yaxşılaşmasına öz müsbət təsirini göstərir . Əvvəllər belə bir fikir formalaşmışdı ki, sözügedən sahələrdə ciddi dəyişiklik yaratmaq çox çətin olar. Lakin bu sahələrdə kadr dəyişikliyi ciddi uğurların əldə edilməsinə səbəb oldu. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də son dövrlər öz müsbət fəaliyyəti ilə seçilən qurumlarımızdan biridir.

“Bəzi məmurlar öz həmkarlarının uğurlarını qısqanır. Bu qısqanclıq sonradan qaralama kampaniyalarına səbəb olur. Bu bağışlanılmazdır. Digər tərəfdən Cənab Prezident korrupsiyaya qarşı mübarizənin genişləndiriləcəyini bildirib ki, bu doğurdan da ölkənin imicinə ciddi zərər vuran məsələlərdir. Ölkə rəhbəri qeyri-neft sənayəsində 17%, kənd təsərüfatlarında isə 7% artım olduğu bildirdi. Eyni zamanda sosial sahədə vətəndaş rifahı naminə çox ciddi proqramlar həyata keçirilir”.

Millət vəkili keçirilən müşavirədə Prezidentin mesajlarının konkret hansı məmurlara yönəldiyini üstüörtülü şəkildə izah edib.

“Bu bir çox şəxslərə, o cümlədən, sıravi vətəndaşlara da yönələn mesaj idi. Çünki biz ölkə vətəndaşıyıqsa, hər birimiz ölkədəki islahatların həyata keçirilməsində iştirak etməliyik. Sadə vətəndaşlardan tutmuş, yüksək çinli məmurlara qədər ölkədəki hər kəs islahatlara dəstək olmalıdır. Sözsüz ki, ölkə rəhbəri təkcə hansısa məmurları nəzərdə tutmur. Məsələn orta təbəqədən olan bir sahibkar vergidən yayınırsa o da bu islahatlara müəyyən səviyyədə mane olur. Eyni zamanda hansı nazirlikdən vətəndaşlar yaxşı qəbul olunmursa,  o nazirlikdən ərizə şikayətləri çoxdursa deməli bu qurum prezidentin sonuncu xəbərdarlıq mesajlarının ünvanıdır. Bu şəxslərin konkret adlarını deməyə ehtiyac yoxdur, onlar artıq məlumdur”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı