"Artıq Gürcüstanda iqtidar yoxdur, məmurlar qaçıb" Qonşuda nə baş verir? - EKSKLÜZİV

Müsahibələr 18:24 15.11.2019

Son günlər Gürcüstanda baş verən hadisələr beynəlxalq aləmin diqqətini bu Cənubi Qafqaz ölkəsinə yönəldib. Gürcüstanda artıq iki gündür ki etiraz aksiyaları keçirilir. Ötən gün Tiflisdə, parlament binası qarşısında başlayan aksiyalar atıq regionlara yayılıb. Batumi və Acarıstan bölgələrindən də artıq mitinqlər başlayıb.

Gürcüstanda baş verən etirazların əsas səbəbi nədir?

Ötən günkü plenar iclasda 141 deputat qeydiyyatdan keçib. 101 deputat, o cümlədən müxalifəti təmsil edənlər, proporsional seçki sisteminə keçidi dəstəkləyiblər. Üç deputat bunun əleyhinə səs verib. Lakin qərarın qəbul edilməsi üçün 113 səs tələb olunurdu, müvafiq olaraq, layihə rədd edilib.

Qanun layihəsinin səsvermədən keçməməsi zalda səs-küyə və həyəcana səbəb olub.

Proporsional sistemə keçid 2019-cu ilin iyununda Tbilisinin mərkəzində baş tutmuş etirazların iştirakçılarının əsas tələblərindən biri idi. O zaman qeyri-rəsmi lider və hakim “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişvili bu tələbi yerinə yetirməyi vəd etmişdi.

İki ay əvvəl “Gürcü arzusu” proporsional sistemə keçid haqqında konstitusiyaya düzəlişlər zərfinin layihəsini qeydiyyatdan keçirmişdi. Sənədi əksəriyyəti təmsil edən 93 deputat imzalamışdı.

Lakin debatlar başlayandan sonra məlum oldu ki, deputatların bir qismi “fikrini dəyişib” və dəyişiklikləri “ölkə üçün təhlükəli” hesab edirlər, buna görə də, düzəlişləri dəstəkləməyəcəklər.

Fəqət Gürcüstanda az kimsə inanır ki, bu vaxta qədər kifayət qədər passiv olan “Gürcü arzusu” deputatları (o cümlədən Bidzina İvanişvilinin biznesinə yaxınlığı ilə seçilənlər) konstitusiya düzəlişi kimi prinsipial məsələdə öz liderlərinə qarşı çıxmağa cəsarət ediblər.

Hazırda Gürcüstanda siyasi vəziyyəti kritik adlandırmaq olar. Muxalifət arasında həmrəylik müşahidə edilir və müxalifət liderləri xalqı mitiqnlərə çağırır. Mövzuyla bağlı sözügedən proseslərin iştirakçısı, Gürcüstan parlamentinin üzvü Azər Süleymanov Eurasia Diary-ə eksklüziv müsahibə verib:

azər süleymanov ile ilgili görsel sonucu"

Gürcüstanda iki gündür baş verən etirazların əsas səbəbi nələrdir?

Bu etirazlar Gürcüstan hökumətinin xalqa verdiyi vədlərin yerinə yetirilməməsi səbəbindən baş verib. Bilirsiniz ki, iyun hadisələrindən sonra Gürcü Arzusu partiyası xalqa praporsional seçki siteminə keçidlə bağlı vədlər vermişdi. Bu vədlər xalqda, eyni zamanda müxalifətdə ümidlər doğurdu. Prezident Salome Zurabişvili bir ay öncəyə qədər Avropada həyata keçirdiyi rəsmi görüşlər zamanı ağız dolusu Gürcüstan demokratiyasından və proporsional sistemə keçidin əhəmiyyətindən danışırdı. Müxalifət bu addımları çox yüksək qiymətləndirdi, hətta proporsional sistemə keçid məsələsi ilə bağlı iqtidarla birgə müzakirələr təşkil edildi. Lakin təəssüf ki, dünən parlamentdə İvanaşvili tərəfindən qurulmuş bir ssenari işə düşdü. “Gürcü Arzusu”ndan olan bir qrup deputat bu qanaun layihəsinə səs vermədi. Sözün düzü, biz muxalifət olaraq bunu gözləyirdik. Çünki praporsional sistemə keçid İvanaşvili iqtidarının sonu mənasına gələrdi. Heç bir şəkildə Gürcü Arzusu 2020-dəki seçkilərdə 20%-dən artıq səs toplaya bilməzdi. Çünki Gürcüstan həm siyasi, həm də iqtisadi sferada nəyinki inkişaf etməyib, əksinə xeyli geriləyib...

İvanaşvili bu ssenari ilə niyyətinə çatdımı?

Xeyr, əksinə o öz partiyasından olan millət vəkillərini itirdi. Gürcü Arzusunda  olan bir qrup ziyalı deputat ardıcıl kəskin bəyanat və tənqidlər səsləndirməklə partiyadan istefa verirlər. Hazırda Gürcü Arzusu partiyası heç də parlamentdə çoxluğa sahib deyil. İvanaşvili düşünürdü ki, bu ssenari ilə bir şəkildə proporsional seçki sistemini 2025-ə qədər təxirə sala bilər, lakin xalq buna ciddi müqavimət göstərdi. İndi növbədənkənar parlament seçkilərinin keçirilmə ehtimalı çox yüksəkdir.

Gürcü müxalifəti nəyə hazırlaşır, erkən seçkiyə yoxsa boykota?

Qeyd etmək istəyirəm ki, hazırda Gürcüstan müxalifətində çox ciddi həmrəylik formalaşıb. Əvvələr bir-birilə eyni masada oturmaq istəməyən partiya liderləri dünən birgə əyləşib Gürcüstanın gələcəyi ilə bağlı səmimi dialoq apardı. Dünənki toplantıda bir daha aydın oldu ki, gürcü müxalifəti İvanaşviliyə qarşı birgə hərəkət edəcək. Muxalifət nəyinki erkən seçki tələb edir, eyni zamanda höküməti istefaya çağırır. Bazar günündən başlayaraq Gürcüstanda heç kəsin gözləmədiyi hadisələr baş verə bilər. Gürcü arzusunun köməyinə artıq heç nə çata bilməz. Növbədənkənar parlament seçkisi keçiriləcəyi təqdirdə artıq hökumət istefaya məcbur olacaq. Artıq Gürcüstanda iqtidar yoxdur. Bəlkə də bir çox məmur artıq ölkədən qaçıb.

Bəs Qərb Gürcüstanda baş verənlərə və İvanaşvili iqtidarına necə münasibət göstərir?

ABŞ səfirliyindən, Avropa İttifaqı nümayəndəliyindən bu hadisələrlə bağlı ardıcıl sərt mesajlar gəldi. Qərb Gürcü Arzusuna “qırmızı kart” göstərdi. Qərb diplomatik korpusları sonuncu parlament rəzalətinə görə İvanaşvilini kəskin tənqid etdilər. Qərb də başa düşüb ki, İvanaşvili iqtidarı Gürcüstanı Rusiya meyilli bir dövlətə çevirir...

Bütün bu proseslərə sizin yaxın dostunuz Mixail Saakaşvili necə reaksiya göstərir? Onu tezliklə Tiflisdə, meydanlarda görə biləcəyikmi?

Saakaşvilinin qayıdışı Gürcüstanda xalqın böyük əksəriyyətinin arzusudur. Bu gün Saakaşvilinin Gürcüstana yox, Gürcüstanın Saakaşviliyə böyük ehtiyacı var. Təbii ki, Saakaşvili hər zaman Gürcüstan xalqına dəstəkdir. Lakin bu prosesə o şəxsən müdaxilə etmək istəmir. Çünki hazırda müxalifət daxilində İvanaşvili rejiminə qarşı həmrəylik var. Saakaşvilinin bu məqamda siyasətə qayıdışı və proseslərə qoşulması bu həmrəyliyi poza bilər.

Nicat İSMAYILOV

Novruz bayramının islam dininə heç bir aidiyyəti yoxdur -folklorşünas İlhamə Qəsəbovla müzakirə

Xəbər xətti

Rusiya Ukraynadan sonra Qafqaza hücum edə bilər? -ÖZƏL
17:50 19.03.2024
Məhəmməd Yunus Bakı səfəri üçün Umud Mirzəyevə təşəkkür edib
Məhəmməd Yunus Bakı səfəri üçün Umud Mirzəyevə təşəkkür edib
17:40 19.03.2024
Ölkənin baş notariusu işdən çıxarıldı
17:25 19.03.2024
Novruz bayramının islam dininə heç bir aidiyyəti yoxdur -folklorşünas İlhamə Qəsəbovla müzakirə
17:20 19.03.2024
“Azərsu” gücləndirilmiş rejimdə işləyəcək
17:00 19.03.2024
Türkiyənin səfiri Azərbaycan xalqını təbrik edib -FOTO
Türkiyənin səfiri Azərbaycan xalqını təbrik edib -FOTO
16:45 19.03.2024
Zəngəzur dəhlizinin çətin “yol ayrıcları” - ANALİTİKA
16:35 19.03.2024
Umud Mirzəyev Məhəmməd Yunusa Azərbaycanın mina problemlərindən bəhs etdi -VİDEO
16:30 19.03.2024
Bayramla əlaqədar martın sosial ödənişləri bu gün tam ödənilib
Bayramla əlaqədar martın sosial ödənişləri bu gün tam ödənilib
16:15 19.03.2024
Məhəmməd Yunus, müxtəlif ölkələrdə aparılan fəaliyyətlər haqqında BAMF-a məlumat verdi - VİDEO
Məhəmməd Yunus, müxtəlif ölkələrdə aparılan fəaliyyətlər haqqında BAMF-a məlumat verdi - VİDEO
16:11 19.03.2024
“Kasıbların Bankiri kitabı insanlara ümid verib” – Vaqif Bəhmənli - VİDEO
16:05 19.03.2024
NATO Baş katibi Azərbaycan və Ermənistana ÇAĞIRIŞ ETDİ
16:00 19.03.2024
Rəşid Məcid və Umud Mirzəyev Qarabağ və Qərbi Azərbaycan həqiqətlərindən danışdılar - VİDEO
Rəşid Məcid və Umud Mirzəyev Qarabağ və Qərbi Azərbaycan həqiqətlərindən danışdılar - VİDEO
15:56 19.03.2024
Ölkəyə gələn turistlərin sayı kəskin artıb
15:50 19.03.2024
Nobel Laureatlı Məhəmməd Yunus "Three Zero Club"un fəaliyyətlərini Azərbaycanda da aktivləştirməyə çağırdı - VİDEO
Nobel Laureatlı Məhəmməd Yunus "Three Zero Club"un fəaliyyətlərini Azərbaycanda da aktivləştirməyə çağırdı - VİDEO
15:41 19.03.2024
Xan Şuşinskinin ilk tələbəsi vəfat etdi
Xan Şuşinskinin ilk tələbəsi vəfat etdi
15:36 19.03.2024
Təhsil müəssisələrində tətildən sonrakı ilk iş günü AÇIQLANDI
15:30 19.03.2024
Nikol Paşinyanın son çıxışları kəndlərin Azərbaycan nəzarətinə verilməsinə işarədir - ŞƏRH
15:20 19.03.2024
PKK-nın liderlərindən biri ZƏRƏRSİZLƏŞDİRİLDİ
15:15 19.03.2024
Cənubi Koreyada Netflix-lə bağlı istintaq başladılıb
Cənubi Koreyada Netflix-lə bağlı istintaq başladılıb
15:00 19.03.2024
Umud Mirzəyev: "Avropa strukturları 30 ildə qaçqınlarımıza bir dəfə də olsun bu diqqəti göstərmədilər"
14:50 19.03.2024
Bayram günlərində hava NECƏ OLACAQ?
Bayram günlərində hava NECƏ OLACAQ?
14:48 19.03.2024
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi
14:43 19.03.2024
Molddovada vəziyyət qarışır: Prezident ittiham olundu
14:41 19.03.2024
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
14:38 19.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir"
14:36 19.03.2024
"İranın buradakı məqsədi Azərbaycana qarşı bir cəbhə açmaqdır" - Güneyli EKSPERT
14:30 19.03.2024
Almaniya və Fransanın Kiyev rəqabəti
Almaniya və Fransanın Kiyev rəqabəti
13:45 19.03.2024
Bakının mərkəzində məşhur kafenin fəaliyyəti dayandırıldı
13:39 19.03.2024
AYNA taksi sürücülərinə xəbərdarlıq edib
13:32 19.03.2024
Allahşükür Paşazadədən  Novruz bayramı münasibətilə TƏBRİK
Allahşükür Paşazadədən Novruz bayramı münasibətilə TƏBRİK
13:20 19.03.2024
Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb
13:18 19.03.2024
Yazın ilk gününün hava proqnozu açıqlanıb
Yazın ilk gününün hava proqnozu açıqlanıb
13:08 19.03.2024
Aİ Rusiya taxılına qadağa qoyacaq
Aİ Rusiya taxılına qadağa qoyacaq
13:00 19.03.2024
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
12:55 19.03.2024
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
12:45 19.03.2024
"Cənub Şərqi Avropa ölkələrinin Azərbaycanın qazına ehtiyacı var" – Natiq Cəfərli
12:30 19.03.2024
BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
12:26 19.03.2024
Qaradağda 10 min manatlıq oğurluq olub
12:20 19.03.2024
Yeni Zelandiyada maraqlı kəşf
Yeni Zelandiyada maraqlı kəşf
12:15 19.03.2024
Hamısı