"Tramp ilə görüşdə Ərdoğan bir daşla iki quş vurdu" Ekspert Yavuz Öz - EKSKLÜZİV

Müsahibələr 12:57 18.11.2019
“Sülh Çeşmesi” əməliyyatlarından sonra ABŞ başda olmaqla, bir çox dövlətlər Türkiyəyə qarşı sərt mövqe tutdu. ABŞ Türkiyəyə sanksiya tətbiq etməklə hədələmiş, başda Lindsey Graham olmaqla bir çox senator Türkiyəyə sərt mövqe göstərməsi üçün prezident Trampa təzyiqlər göstərirdilər.
 
Bölgədə Türkiyə kimi bir müttəfiqi itirmək istəməyən ABŞ, Türkiyə ilə olan münasibətləri düzəltmək üçün Prezident Rəcəb Tayyib Ərdoğanı Ağ Evə dəvət etdi. 
 
Noyabrın 13-ü baş tutan görüşdə qondarma “erməni soyqırımı” “S400”, “F35” kimi bir çox önəmli məsələlərə toxunan liderlər, münasibətlərin yaxşılaşdırılması və genişləndirilməsi adına mühüm addımlar atıb.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a rəsmi səfəri çərçivəsində mühüm irəliləyişlər əldə etdiyini bildirdi.
 
Türkiyəli ekspert Yavuz Öz ABŞ-Türkiyə münasibətləri, gündəmdəki məsələlərlə bağlı Eurasia Diary oxuyucuları üçün eksklüziv açıqlamalar verib.
 
 
 
- Yaşanan hadisələrdən sonra Tramp Türkiyə prezidentini bu qədər səmimi qarşılamasının arxasında bir səbəb ola bilərmi?

- Türkiyə Prezidenti Ərdoğan Amerikaya səfərini “sancılı bir müddət” olaraq dəyərləndirmişdi.

Tramp rəsmi Tvitter səhifəsində “Prezident Ərdoğanı noyabrın 13-ü səbirsizliklə gözləyirəm” deyə paylaşım etmişdi.

Türkiyə Prezidenti Ərdoğan Tramp üçün xilasedici amildir. Belə ki, Tramp hal-hazırda ikinci impiçment prosesinə məruz qalıb. Trampa senatorlar, mətbuat, iş adamları, yəhudi lobbisi inanılmaz təzyiq göstərir. Tramp senator ilə görüşdə Türkiyənin tezislərini heç cür qəbul etdirə bilmədi. Buna görə də Ərdoğan ilə üzbəüz görüşü israrla istədi. 

Görüş sonrasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim etdiyi sənəd və video materiallar ilə senatorları razı saldı. 

Məhz bu tərəfdən prezident bir daş ilə iki quş vurmuş oldu. Həm Tramp üzərindəki ağır təzyiqləri yüngülləşdirdi, həm də Türkiyə-ABŞ münasibətlərinin qopma həddinə gəldiyi bir vaxtda qarşılıqlı maraqlar üçün inanılmaz bir sürət qazandırdı. Prezident Ərdoğanın bu isti mesajları və Senatın nəzərindəki Türkiyəyə qarşı təbliğatı əngəlləməklə Tramp olduqca böyük güc qazandı. Məhz buna görə Tramp Ərdoğanı səmimi qarşıladı. 

 
- Türkiyə F35 ilə S400 arasında seçim qarşısında qala bilərmi və ya Türkiyə hər ikisinə sahib olan tək ölkə ola bilər? ABŞ ilə belə yaxın münasibətlər Rusiyanı Türkiyədən uzaqlaşdıra bilər?

- Bu məsələdə daha öncə dəfələrlə qeyd etdiyim sözlərimin arxasındayam. Belə ki, Türkiyə həm S-400 ü aktif istifadə edəcək, həm də F-35 i təqviminə uyğun olaraq əldə edəcəkdir. Hətta Tramp-Ərdoğan görüşündə Türkiyənin istədiyi baş verib. Yəni bir komitə qurulub. Açığı, paralel təyin olunacaq, bu paralelin cənubunda S-400 işlək vəziyyətə gətirilməyəcək. Beləliklə, İsrail S-400-ün 600 kilometrlik radar baxış bucağından qurtulmuş olacaq. Onsuz da ABŞ-ın məqsədi də budur. Bunun qarşılığında isə F-35 vaxtında əldə ediləcək. 

- ABŞ Senatının qondarma “erməni soyqırımı”nı blok etməsinin görülməyən tərəfi nədir, sizcə? Türkiyə nə verdi ki, istədiyini əldə etdi?

- Əvvəla, bunu bildirim ki, ABŞ siyasəti daxilində bəzi senatorlar prezidentdən daha böyük təsir gücünə malikdir.

Bu senatorlar ABŞ-ın iş adamları ya da Neocon/Evanjelist din adamlarıdır (misalçün Prezident Ərdoğan ilə görüşən Pence, Senator Graham ve Senator Jeffrey kimi). Trampın qarşısında bu senatorlar böyük təsirə malikdir. Trampın qarşısında çarəsiz qalan senatorlar ilə Türkiyə Prezidenti Ərdoğan üzbəüz görüşdü və onları razı salmağı bacardı. Xarici siyasət ticarət kimi deyil. “Al gülüm, ver gülüm” anlayışı yoxdur. Qarşılıqlı dövlət maraqları ön planda durur. Bunun nəticəsində qondarma “erməni soyqırımı”, CAATSA embarqosu da rəflərə qaldırılmış oldu. Prezident Ərdoğan rahib Bransonun sərbəst qalması ilə Trampın gələcəkdə seçimləri qazanması üçün şərait yaratdı. 

Bunun xaricində “Sülh Çeşməsi” əməliyyatında 120 saatlıq razılaşma ilə də senatorların Tramp üzərindəki təzyiqləri bir anda aradan qaldırmış oldu. Buna başqa bir maddə də əlavə edə bilərəm. Qaşıqçı cinayətində MİT-in əlində Trampın kürəkəni Kushner-in ölüm əmri verdiyi səs yazıları var. Türkiyə əgər bunu BMT-yə gətirib beynəlxalq mətbuat ilə paylaşmış olsaydı, Tramp siyasi cəhətdən çox çətin vəziyyətə düşəcəkdi. Bütün bunlar nəzərə alınarsa, Trampın Türkiyəyə inanılmaz dəstəyi var.

 
 
- Bildiyiniz kimi, Suriyada türk əsgəri ilə rus əsgəri birlikdə patrul fəaliyyəti həyata keçirir. ABŞ ilə yaxınlaşma “Sülh Çeşməsi”nin məqsədi olan təhlükəsiz bölgə xəritəsinə necə təsir edər?
 
- Ras Al Ayn Tel Abyad arasında ABŞ əsgərləri və qərargahları vardı. ABŞ buradan çəkildi və geridə qalan yerlərdə rus qüvvələri olduğu üçün Rusiya ilə razılaşma əldə etməyi onsuz da Tramp bəyan etmişdi. Təşəkkür edirəm.
 
 
Dəyanət Həsənzadə
Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Hamısı