Xorvatiyanın Bakıdakı səfiri: “Azərbaycan futbolunda struktur dəyişikliklərinə ehtiyac var” - MÜSAHİBƏ

Xorvatiya Respublikasının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Branko Zebic Modern.az saytına müsahibə verib.

Müsahibələr 15:38 05.01.2020

Hörmətli Branko Zebic, artıq bir ildir ki, Bakıdasınız. Bizdə olan məlumata görə Xorvatiya Respublikasının Azərbaycandakı ilk səfiri də, məhz sizsiniz. Bu barədə daha ətraflı cənab səfirin özündən eşitmək maraqlı olardı.

Bəli. Doğrudur. Mən 2019-cu il Sentyabrın 24-də öz etimadnaməmi Azərbaycan  Respublikasının prezidenti İlham Əliyev cənablarına təqdim etdim və Xorvatiya Respublikasının Azərbaycandakı ilk rezident səfiri oldum. Bu vəzifə borcu mənim üçün böyük bir şərəfdir. Məlumat üçün bildirmək istərdim ki, Xorvatiyanın Bakıdakı səfirliyinin rəsmi açılış mərasimi 2019-cu ilin Aprel ayında oldu və demək olar ki biz diplomatik korpusda yeniyik.

 

 

Səfirliyin Azərbaycanda fəaliyyət müddəti  ərzində hansı işlər görülüb?

Bu müddət ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin güclənməsi üçün çalışmışıq. Səfirliyin bəzi işçiləri Azərbaycana yenicə gəlməyə başlayırlar. Konsulumuz Bakıya 14 gün əvvəl gəlib. 2019-ci ilin Aprel ayından etibarən Xorvatiyaya getmək istəyən Azərbaycan vətəndaşları vizalarını almaq üçün daha İstanbula və ya Ankaraya getmək məcburiyyətində qalmadılar. Birbaşa olaraq Bakıdakı səfirliyimizə müraciət edərək vizalarını ala bilirlər.

Səfirlik öz fəaliyyətinə başlayandan bir çox Xorvat və Azərbaycan şirkətləri arasında əlaqələrin qurulmasına töhvə verdi, “BakuTel” sərgisində(2018-ci və 2019-cu illərin noyabr aylarıda) iştirak edən Xorvat Şirkətlərinə bütün lazimi köməkliyi göstərdik.

Biz Xorvatiyanın Azərbaycandakı səfirliyi olaraq nəinki siyasi, sosial və biznes sahələrində, eləcə də, mədəni sahədə əlaqələrin qurulmasında maraqlıyıq. “Müxtəliflik qığılcımı” (“Flash of Diversity”) adlı böyük bir foto sərgisini keçirdik. Həmçinin “Ad Gloriam Brass” adlı Xorvatiyanın nəfəsli musiqi alətləri  orkestrini Bakıya gətirdik və onlar Xorvatiya müstəqilliyinin 27-ci il dönümünə həsr olunmuş tədbirdə uğurlu performansla çıxış etdilər. Xorvatiya Hökümətinin vitse-prezidentinin və həmçinin Xarici və Avropa işləri nazirinin və daha sonra Azərbaycan-Xorvatiya Parlamentlərarası dostluq qrupunun Azərbaycana rəsmi ziyarətini təşkil etdik. “Cənub Qaz Dəhlizi” üçün təşkil olunan Məşvərət Şurasının iclasında bu layihənin bir üzvü kimi Xorvatiya Energetika Naziri də fəal iştirak etdi.

 

Cənab səfir, Xorvatiyanın Bakıda yeni açılmış səfirliyindən vizaların alınması hansı müddətə aparılır? Mümükünsə Azərbaycan vətəndaşlarının Xorvatiyaya viza almaq üçün ödəyəcəyi rüsumu açıqlaya bilərsiniz?

Çox maraqlı bir məqama toxundunuz. Yəqin ki, bir çox Azərbaycan vətəndaşı Xorvatiyanın Azərbaycanda səfirliyinin olmasından və onun fəaliyyət göstərdiyindən xəbərsizdir. Səfirliyimiz məhz vizaların verilməsini maksimal dərəcədə diqqətdə saxlayır.

İndiyədək viza üçün müraciət edənlərin sayının az olmasına görə Xorvatiyaya getmək istəyən Azərbaycan vətəndaşlarına vizalar bugün, səfirliyimiz tərəfindən 20 dəqiqəyə də, verilə bilər. Yayda isə bu proses 1-3 gün təşkil edə bilər. Vizanın bir nəfər üçün olan qiymətinə gəlincə isə bu 35 Avro və ya 68 manat 60 qəpik təşkil edir.

 

 

Xorvatiya-Azərbaycan əlaqələri son illərdə sürətlə inkişaf etməkdədir. Xorvatiyanın hazırdakı Prezidenti xanım Kolinda Qrabar- Kitaroviçin Azərbaycana səfərindən  bir müddət sonra, Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri baş tutdu. Qarşılıqlı səfərlər çərçivəsində hansı sahələrdə əməkdaşlıq əldə olundu?

 

Doğru vurğulayırsınız. 2016-cı ildə xanım Kitaroviçin , daha sonra 2018-ci ilin Sentyabr ayında cənab İlham Əliyevin  qarşılıqlı səfərləri hər iki ölkənin ikitərəfli əlaqələrinin güclənməsinə təsir göstərdi. Sonuncu ziyarətdən sonra Mədəniyyət və Kənd Təsərrüfatı sahəsində iki rəsmi sənəd imzalandı.

Ölkə başçılarının yüksək səviyyədə keçirilən rəsmi ziyarətləri bizim strateji və siyasi əməkdaşlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. Qeyd etdiyim kimi prezidentlərin qarşılıqlı səfərlərindən sonra, Xorvatiya Hökümətinin vitse-prezidentinin və həmçinin Xarici və Avropa İşləri Nazirinin Azərbaycana rəsmi səfəri baş tutdu.

Xorvatiyanın Xarici və Avropa işləri naziri, Bakıda səfirlik açmaqdan başqa, rəsmi səfər çərçivəsində  buradakı rəsmi dövlət məmurları ilə görüşlər keçirdi. Eyni zamanda Biznes Forum təşkil olundu və hər iki tərəfin şirkətləri bu forumda iştirak etdi. Bu rəsmi səfərlər bizim ikitərəfli əlaqələrin bir neçə istiqamətini yaratdı. Bu görüşlərin konkret nəticələrin biri də, Xorvatiyanın Azərbaycandakı nümayəndəliyinin genişləndirilməsi və ilk rezident səfirin təyin olunmasıdır. 

 

Hörmətli cənab səfir, ölkələrimiz arasında ümumi ticari və iqtisadi dövriyyənin həcmini açıqlaya bilərsiniz?

 

Ölkələrimiz arasında ixrac-idxal dövriyyəsinin aparılması və yüksəlməsi bizim əlaqələrin inkişafı üçün çox vacibdir. Bu məbləğ son hesablamalarımıza görə 370 milyon dollardan çoxdur. Buna baxmayaraq bu rəqəmdə balans pozulur. Çünkü bu məbləğdə əsas üstünlüyü Azərbaycandan Xorvatiyaya idxal olunan  xam neft təşkil edir. Biz bu dövriyyəni şaxələndirməli və inkişaf etdirməliyik. Xüsusilə də qeyri-neft sektorundakı mübadiləyə diqqət yönəltməliyik. Biz iqtisadi cəhətdən ikitərəfli investitsiyaların sayını artırmalıyıq. Düşünürəm ki, İnformasiya Texnologiyaları, Gəmiqayırma, dərman istehsalı və turizm sahələrində əməkdaşlıqlarımızın qurulmasında potensial daha çoxdur.

 

 

Bakı ilə Xorvatiya paytaxtı Zaqrebi müqayisə etsək hansı oxşarlıq və fərqləri görərik?

Öncə onu qeyd etmək istərdim ki, hər iki şəhər turistləri cəlb edəcək qədər gözəldir. Həmçinin oxşar cəhətlərə qonaqpərvərliyi də, əlavə etmək olar. Əsas fərq isə odur ki, Bakı daha böyükdür. Eneji və intuziazm  Bakıda daha çoxdur. Siz Bakıda dünyanın bütün mətbəxlərini, böyük biznes qüllələri və böyük tıxaclar tapa bilərsiniz. Zaqreb isə Mərkəzi Avropanın tipik şəhərlərindən biridir və bir milyondan az sakini olan və həmçinin öz tarixi mədəniyyəti olan mədəni müxtəlifliyi ilə nisbətən sakit şəhərdir. 

 

Cənab Branko Zebic, qədim tarixə malik olan Xorvatiyanın hazırda əsas gəlir mənbəyi nədir?

Xorvatiyanın əsas gəlir mənbəyi  turizm sektorudur. Ölkəmizin Ümumi Daxili Məhsulunun 25%-ni məhz turizm təşkil edir. Əgər ÜDM-a baxsaq, orada şirkətlərin çoxunun KOB-lar (kiçik və orta səviyyəli sahibkarlıq) təşkil edir. . Bu sahə bizdə də, digər avropa ölkələri kimi ən çox gəlir verən sahələrdən biridir.

Bildiyimiz kimi Xorvatiya Mərkəzi Avropann ən məşhur turistik ölkəsidir. Bəs il ərzində Azərbaycan-Xorvatiya və əks istiqamətdə gedən turistlərin sayı nə qədərdir?  Bu say sizi qane edirmi?

 Xorvatiya çox məşhur turistik yerdir. Son illərin statistik nəticələrinə əsasən  Xorvatiyaya 20 milyona qədər turist gəlib. Nəzərə alsaq ki Xorvatiyanın 4,2 milyon əhalisi var, bu çox böyük bir rəqəmdir. Azərbaycandan gələn turistlərin sayına gəlincə isə bu say getdikcə artmaqdadır.

2019-cu ilin ilk 11 ayında Azərbaycandan Xorvatiyaya gedən turistlərin sayı 1597 olub. 2018-ci ildə isə bu say 1154 təşkil edirdi. Maraqlıdır ki, Xorvatiyadan Azərbaycana gələn turistlərin sayı, Azrərbaycandan Xorvatiyaya gedən turistlərin sayından çoxdur. Düşünürəm ki, bu rəqəm daha da artmalıdır. Bunun üçün də ən yaxşı həll yolları vizaların verilməsini asanlaşdırmaqdır ki, biz bunu artıq etmişik. Xorvatiya turizminin Azərbaycanda təqdimatının keçirilməsi və həmçinin Bakı ilə Xorvatiyanın bəzi turistik şəhərləri arasında çarter uçuşların açılması planlaşdırılır.

 

 

Xorvatiya futbolunun son illərdəki sürətli inkişafı və qazandığı tarixi qələbələrin təməlində sizcə nə dayanır?

Xorvatiya futbolunun inkişafı yalnız son illərə aid deyil. 2018-ci il Dünya Kuboku üçün gedən yarışlarda millimiz ikinci yeri tutdu. 1998-ci ildə Fransada keçirilən  futbol yarışmasında isə millimiz üçüncü yeri tutmuşdu. Sizin sualınızın konkret cavabı, Xorvatiyanın yaşı uzun illərə söykənən futbol ənənələrinin olması və bu idman növünün ölkəmizdə böyük marağa sahib olmasıdır.Ölkəmizdə yaşayan hər oğlan  demək olar ki, futbolçu olmaq istəyir. Bizim minlərlə hər səviyyəyə aid futbol klublarımız var. Buna görə də seçim böyükdür və cavan və azyaşlı futbolçularımızla görülən işlər uzun illərdir ki, sistematikdir . Daha bir səbəb kimi isə Xorvatların daha yaxşı və fiziki cəhətdən daha güclü idmançı olmalarıdır. 

Cənab səfir bildirdiniz ki, Xorvatiyada yaşayan hansı uşaqdan  soruşsaq futbolçu olmaq istədiyini söyləyəcək. Bəs siz özünüz necə, uşaqlıqda futbolla məşqul olmusunuz?

Əlbəttə ki, mən də uşaq yaşlarımdan futbolu çox sevdim və  futbolla məşqul olmağa başladım. Zaqreb- Dinomo və Zaqreb-Lokomotiv  futbol klublarının üzvü idim. 21 Yaşımda çox təəssüf ki, yarışlardan birində ayağımdan dərin zədə aldım və futbolla əbədi olaraq vidalaşmaq məcburiyyətində qaldım. 

 

Son illərdə Azərbaycan Milli Futbol Komandasının baş məşqçisi Xorvatiyalı mütəxəsis Nikola Yurçeviç oldu. AFFA-nanın son qərarı ilə isə Yurçeviç tutduğu vəzifədən azad olundu. Yəqin ki, bu barədə məlumatınız var. Sizə görə həmyerlinizin  vəzifəsindən azad olunması nə ilə bağlıdır?

 

AFFA-nın qərarına gəlincə düşünürəm ki, bu qərar Azərbaycan millisinin  2020 Avropa çempionatının seçmə mərhələlərində sadəcə bir xal qazana bilməsi ilə bağlıdır. AFFA-nın bu qərarı çox da böyük bir təəcübə səbəb olmadı. Lakin mən düşünürəm ki, AFFA-nın verdiyi bu qərar təkcə məşqçi ilə bağlı deyildir. Azərbaycan futbolunun struktur dəyişikliklərinə ehtiyac var. Bu gün Azərbaycan futbolu dəyişikliklər üçün düzgün istiqamətdədir. Azərbaycanda uşaq futbolçularla xüsusi işlər görülməyə başlanıldı. Həmçinin düşünürəm ki, uşaq futbol akademiyalarına bu sahədə investisiya yatırılması çox yaxşı olardı. Bu dediklərimə gözəl nümunə kimi “Dinomo-Zaqreb” və “Sabah” futbol klubları arasında əməkdaşlıq müqaviləsinin imzalamaları oldu. Azərbaycanda uşaqlarla və gənc futbolçularla işləmək üçün gənc məşqçilər gətirilib və onlar gənc futbolçularla işləyirlər. Mən düşünürəm ki, futbol sahəsində Azrbaycan daha yaxşı nəticələrə əldə etmək üçün struk dəyişiklikəri etməli və cavanlarla xüsusi işləməlidir. 

 

 

Sizcə ölkələrimizin futbol sahəsindəki yaxınlığı siyasi müstəvidəki yaxınlığına təkan verə bilərmi?

İdman bütün cəmiyyətlərdə ən vacib fəaliyyətlərdən biridir və bir çox sahələrdə körpünün yaranmasına köməklik edir. 

Azərbaycan-Xorvatiya mədəni əlaqələrinin inkişafında hansı tərəf daha çox maraqlıdır? Azərbaycan, yoxsa Xorvatiya? Bu barədə nə kimi planlarınız var? 

Hər iki tərəfi bu məsələ maraqlandırır. Mədəniyyət, idman, turizm – bütün bu sahələri insanlararası əməkdaşlıq adlandıra bilərik. Bu hal hazırda ölkələr arasında ən vacib əməkdaşlıq formasıdır. Mən həmişə insanlararası əməkdaşlıq tərəfdarı olmuşam və bir birimizi daha yaxından tanımaq  gələcəkdəki əməkdaşlıqlar üçün yeni fürsətlərin yaranması istiqamətində çalışacağam. Bizim xalqların yaxınlaşması üçün mən bir ildən artıqdır ki çalışıram və demək istərdim bu müddətdə Xorvatiya Səfirliyi iki böyük mədəni tədbir təşkil etdi: “Müxtəliflik qığılcımı” (“Flash of Diversity”) adlı böyük bir şəkil sərgisi və “Ad Gloriam Brass” adlı Xorvatiyanın nəfəsli musiqi alətləri sekstetinin Azərbaycan Dövlət Filarmonyasında konserti oldu və onlar uğurlu performansla çıxış etdilər. Biz həmçinin planlaşdırıq ki, Xorvatiya milli musiqinin ifa edən Vokal ansamlının Azərbaycanda konsertini təşkil edək, həmçinin sərgi keçirək.

 

Hörmətli cənab səfir , söhbətimiz siyasi məcraya yönəldiyi üçün növbəti sualım da, məhz bu sahədə olacaq. Bildiyimiz kimi bu yaxınlarda Xorvatiyada prezident seçkiləri keçirildi. Bəzi mənbələrin məlumatına əsasən ölkənizin keçmiş baş naziri səs çoxluğu ilə, hazırki xanım Prezidenti  üstələyib. Məlumatlar nə dərəcədə doğrudur?

 

Bəli, du düzdür. Dekabrın 22 prezident seçkilərinin birinci mərhələsinə əsasən keçmiş Baş Nazir cənab Milanoviç səsvermədə 29,5% səs alaraq nisbi qalib oldu. İndiki Prezident xanım Grabar Kitaroviç 26,6% səs yığdı. Beləliklə, bu gün -5 yanvar 2020-ci il, iki ən çox səs alan iştirakçı seçkilərin ikinci mərhələsində mübarizə aparacaq. Hələlik heç bir qərar verilməyib və beləliklə namizədlərin birinci mərhələdə  topladıqları səslər sıfırlanacaq. Xorvatlar bu iki namizəddən birini seçəcəklər. Sabah -6 yanvar 2020-ci il tarixində Xorvatiyada keçirilən Prezident seçkilərinin dəqiq nəticələri məlum olacaq.

 

 

Həm Azərbaycan, həm də Xorvatiyanın ən qədim Universitetləri ölkələrin paytaxt şəhərlərinin adını daşıyır. Bakı Dövlət Universititeti və Zaqreb Dövlət Universititeti arasında ikitərəfli təhsil və tələbə mübadiləsi proqramlarının  təsdiq olunması gözlənilirmi?

 

Mənim səfir olaraq ilk nəzakət görüşlərimdən biri də, məhz Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovla oldu. Hər ikimiz razılaşdıq ki , bu proses başlanılmalıdır. Lakin bu çox uzun bir proses olduğu üçün burada tez nəticə  gözləmək olmaz. Bugün Azərbaycan tələbələri bir çox təhsil proqramları ilə xarici ölkələrdə təhsil almağa gedirlər, bunların arasında qonşu və postsovet ölkələrdəki eləcə də, dünyaca məşhur universitetlər var. Mən cənab Ceyhun Bayramovla görüşümdə Xorvatiya Universititelərində  tələbə mübadiləsi proqramları və İngilis dilində fəaliyyət göstərən fakültələr haqqında ətraflı məlumat verdim. İmkanlardan biri də, Xorvatiyanın Aİ-nın üzvü olduğu üçün Erasmus plus proqramından istifadə etməkdir. Hal-hazırda biz təhsil, elm və texnologiya sahələrində yeni müqavilələrin hazırlanması üzərində danışıqlar aparırıq. Düşünürəm ki, bu müqavilədə bu məsələyə də toxunmaq lazımdır. Xorvatiyanın Bakıdakı səfirliyi bunu tamamilə dəstəkləyir.

 

 

Əgər Azərbaycanlı turistlərə Xorvatiyanı tanıtdırmaq istəsək haradan başlamalıyıq?

Xorvatiyanın turizm sahəsi elə məhz Xorvatiyanın sahillərindən başlayıb. Lakin bugün ölkəmizdə kontinental turizm də, inkişaf etməkdədir.  Zaqreb ildən-ilə daha da məşhur turistik şəhərə çevirilir. Bu şəhər öz “Adventinə” görə məşhurlaşıb. Xorvatiyanı tanımaq üçün sizə məmmuniyyətlə Zaqrebdən başlamağı tövsiyə edərdim.

Ölkələrimizin qədim tarixi arasında oxşarlıq olduğu kimi, son müstəqillik tarixləri və taleləri arasında da, oxşarlıq var. Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra torpaqlarının 20%-i qonşu Ermənistan tərəfindən işğal olunub. Günahsız Azərbaycanlılar öz torpaqlarında işğalçı Ermənistan tərəfindən qətlə yetirilib. Eyni zamanda Xorvatiya da, 1991-ci ildə Yuqoslaviyadan ayrıldıqda günahsız Xorvatların, Serblər tərəfindən qanı axıdıldı. Bu barədə fikirlərinizi eşitmək maraqlı olardı..

 

 

Doğru vurğuladınız. Ölkələrimizin tarixində oxşarlıqlar çoxdur. 1990-cı illərin əvvəllərində Xorvatiya şiddətə məruz qaldı. Ancaq hər böhran, münaqişə, beynəlxalq mübahisə hər ölkənin özünə görə xüsusidir. Uzun illər əvvəl biz beynəlxalq səviyyədə tanınan sərhədlərimizi geri qaytarmağımıza baxmayaraq ,müharibənin bizdə saxladığı acılı xatirələri yayaşa hələ də, ətrafımızdadır. Bugünə kimi biz müharibədə itkin düşən yaşayırıq. Müharibədə itkin düşən 1892 nəfəri axtarırıq. Ümumiyyətlə, barışıq yolu uzun və çətin bir prosesdir. Uğura nail olmaq üçün isə eyni zamanda idraklı ,səbirli və israrlı olmaq lazımdır, çünkü sülh başqa bir alternativlərə sahib deyil. Azərbaycana gəldikcə, Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinə gəlincə isə Xorvatiya bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz bununla bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətini izləyirik və düşünürəm ki, Cənubi Qafqazda hərkəsin  xeyrinə olan bir həllin tapılması üçün biz prosesin həllində Minsk qrupunu daha da, cəsarətləndirməliyik.

 

Cənab səfir, bildiyiniz kimi 31 Dekabr tarixi Azərbaycanlılar üçün ikiqat bayramdır. Bu tarixdə Azərbaycnalılar həm  Yeni ili , həm də “Dünya Azərbaycanlılarının Həmrəlik Gününü” qeyd edirlər. Xorvatiyanın Azərbaycandakı ilk səfiri Azərbaycan xalqına nə arzu edərdi?

 

Xorvatiya səfirliyi və öz adımdan bütün Dünya Azərbaycanlılarını “Həmrəlik Günü və Yeni İl” münasibətilə təbrik edirəm və bütün Azərbaycanlılara dəstəklərinə, vəzifəmizin yerinə yetirilməsində Xorvatiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsində bizə kömək etdiklərinə  görə təşəkkür edirəm. Hər kəsə möhkəm can sağlığı, xoşbəxtlik və 2020-ci ildə uğurlar arzu edirəm....

 

 

Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
18:35 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - FOTOLAR
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Hamısı