“Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib” General Elçin İbrahimov

Müsahibələr 16:33 18.01.2020

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədi boyu situasiyanın xeyli kəskinləşməsi müşahidə olunur. Belə ki, bu günlərdə Ermənistan ordusunun mövqelərindən açılan atəş nəticəsində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının hərbi qulluqçusu Fərzəli Fərzəliyev şəhid olub. Yanvarın 11-də düşmən “Qazax” sərhəd diviziyasının Qazax və Ağstafa rayonları istiqamətində yerləşən mövqelərini yenidən atəşə tutub. Sonrakı günlərdə sərhədçilərimizin mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması davam edib.

Sərhəddə yaranmış son vəziyyəti Dövlət Sərhəd Xidmətinin aparat rəhbəri, general-mayor Elçin İbrahimov virtualaz.org-a şərh edib.

-Son günlər Ermənistan silahlı qüvvələri ilə təmas xəttində, dövlət sərhədinin Qazax rayonu istiqamətindən keçən hissəsində gərginliyin artması müşahidə olunur. Bu haqda nə deyərdiniz?

-Yanvarın əvvəlləridən başlayaarq həmin istiqamətdə operativ vəziyyət erməni tərəfinin provokativ addımlarının nəticəsi olaraq kəskinləşib. Belə ki, yanvarın 7-də erməni silahlı bölmələri tərəfindən atəşkəsin kobud pozulması nəticəsində snayper atəşi ilə sıravi Fərzəli Fərzəliyev şəhid olub. Bu hadisə birbaşa onu göstərir ki, erməni tərəfi təmas xətti boyu gərginliyi artırmaqda maraqlıdır. Təəsüf ki, düşmənə 5-6 qat artıq cavab verilsə də hər belə hal bizim üçün yeri doldurulması mümkün olmayan itkidir.

-Erməni tərəfinin bu təxribatlarının məqsədi nədir?

-İnanın ki, hər dəfə bu cür təxribatlara əl atan və cavabında ağır itkilərə məruz qalan düşmənin məntiqini anlamaq çətindir. Ötən il erməni silahlı birləşmələri dəfələrlə öz döyüş mövqelərini dövlət sərhəddi istiqamətində irəli çəkməyə cəhd edib. Bu cəhdlərinq arşısı bizim tərəfimizdən vaxtında alındı və görülən qabaqlayıcı tədbirlər nəticəsində düşmən üzərində ciddi taktiki, daha da mühüm olanı budur ki, həm də strateji üstünlüklər əldə edildi. Bunun sübutu bizim mövqelərimizin indiki yerləşməsidir.

Cavab tədbirləri nəticəsində bizim döyüş mövqelərimiz dövlət sərhədinin bəzi istiqamətlərində 2 kilometrə qədər irəli çəkildi. Nəticədə yaxınlıqdakı yaşayış məntəqələrinin, magistral yolların təhlükəsizliyini daha etibarlı təmin etmək, şəxsi heyətin daha təhlükəsiz şəraitdə xidmət keçməsinə nail olmaq mümkün oldu.

Bu gün biz sərhədboyu ərazilərdə bir sıra mühüm strateji və həyat vacib obyektləri, o cümlədən Gürcüstan-Ermənistan qaz kəmərini və kompressor stansiyasını nəzarətdə saxlaya bilirik.

-Hadisələrin sonrakı inkişafına dair proqnozlarınız nədir?

-Birmənalı deyə bilərəm ki, erməni silahlı bölmələrinin hər təxribatının qarşısı bizim tərəfimizdən sərt şəkildə alınacaq. Düşmən belə cəhdlərin perspektivsizliyini başa düşməlidir və bilməlidir ki, hər dəfə belə hallarda itki verməli olacaq. Xüsusi qeyd edirəm ki, göstərilən istiqamətdə eskalasiyaya görə bütün məsuliyyət erməni tərəfinin üzərinə düşəcək.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı