Rus İmperator Evi Kuznetsovu erməni faşizmi ilə bağlı yazılarına görə təltif etdi FOTO

Müsahibələr 10:12 25.01.2020
Ötən həftənin sonu Rusiya İmperator Evinin rəhbəri, hazırda Madriddə yaşayan Böyük Knyaqinya Mariya Vladimirovna məşhur rus tarixçisi və hüquqşünası Oleq Kuznetsovu 3-cü dərəcəli Müqəddəs Anna imperator ordeni ilə təltif edib. Ötən il dekabrın 16-da imzalanmış mükafatlandırma sənədinin üzərində "Vətənə xidmətə görə mükafatlandırma" deyə qeyd olunur. Bu barədə saytımıza təltif olunan şəxs özü məlumat verib. Eurasia Diary Oleq Kuznetsovla müsahibəni təqdim edir:

- Oleq Yuryeviç, öncə sizi mükafat almağınız münasibətilə təbrik edirəm. Necə oldu ki, Rus İmperator Evinin ordeninə layiq görüldünüz?

- Bu mükafat, Rusiya İmperator Evinin rəhbəri tərəfindən mənə verilən artıq ikinci mükafatdır. Daha əvvəl, 2016-cı ilin yazında 3-cü dərəcəli Müqəddəs Stanistav ordeni ilə təltif olunmuşam. Peşəkar bir tarixçi olaraq, Avropadakı ən qədim monarx ailələrindən birinin elmi işlərimə göstərdiyi bu diqqəti yüksək qiymətləndirirəm. Çünki, siyasi əqidəsindən asılı olmayaraq, inqilablara, dövlət çevrilişlərinə və digər faciəli geosiyasi vəziyyətlərə baxmayaraq bu fakt köhnə və müasir Rusiya arasındakı ənənələrin ötürülməsi baxımından mənim üçün əhəmiyyət kəsb edir.

Kiminsə xoşuna gəlsə də, gəlməsə də, Müqəddəs Anna ordeni mənim üçün milli tariximin bir hissəsidir və dünyaca məşhur bu mükafatın sizə verilməsi xəbərin eşidəndə özünüzü bu tarixin bir hissəsi hesab edirsiniz. Gerçək dünyada qalaraq özünüzü zamanın xaricində hiss edirsiniz və bu özünə inamı artırır. 

Belə alınıb ki, hər dəfə tarixin bəzi aspektləri və ya radikal erməni millətçiliyinin bugünkü durumu ilə bağlı monoqrafiyam dərc edildikdən sonra Rus İmperator Evinin ordeni ilə təltif olunuram. 2015-ci ildə Bakıda, bir il sonra isə Moskvada “XX əsrdə transmilli erməni terrorizminin tarixi” adlı monoqrafiyam rus dilində çap olundu (2016-cı ildə Berlində ingiliscə tərcüməsidə nəşr olunub). O zaman mən 3-cü dərəcəli Stanislav ordeni ilə təltif olundum.

Keçən ilin yayında Bakıda "Ermənistanda Nasizmin Qəhrəmanlaşdırılması ilə bağlı Dövlət Siyasəti" adlı monoqrafiyam çap olundu və dekabr ayında Rusiya İmperator Evi rəhbərinin 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilməyim barədə sərəncam imzalandı. Bunun təsadüf olduğunu düşünmürəm. Görünür, Rus İmperator Evi bu gün Rusiya İmperiyasının keçmiş İrəvan quberniyasında baş verənlərdən narazıdır. Buna görə də 1917-ci ildə Rusiya İmperiyasının süqutunun başlıca səbəblərindən biri olan erməni millətçiliyinə və separatizmə qarşı yönəlmiş hər hansı fəaliyyət müsbət qiymətləndirilir. 

Erməni millətçiliyi, həmçinin 1980-1990-cı illərin sonunda SSRİ-nin mövcudluğuna arxadan vurulan bıçağa çevrildi. Bu fakt Rusiya monarxistləri üçün xüsusi maraq kəsb etmir.

Keçmiş Rusiya imperatorları Romanovlar sülaləsinin sağ qalan nümayəndələri məlum səbəblərə görə, nəinki müasir Rusiyada və ya postsovet məkanında, həm də Finlandiya və Polşada, keçmiş mülkləri ətrafında baş verənləri yaxından izləyirlər. Buna baxmayaraq, onlar başa düşür ki, keçmiş Rusiya İmperiyasının hər hansı hissəsində hakimiyyətlərini bərpa etmək imkanı azdır. Bununla belə, Rus İmperator Evinin rəhbəri Knyaqinya Mariya Vladimirovnanın statusu, Piriney və Britaniyadan Skandinaviyaya qədər Avropanın bütün mövcud monarxiyaları tərəfindən tanınır və o dünya siyasətinin arxa planında böyük təsirə malik şəxsdir: o eyni zamanda irihəcmli maliyyə resurslarını idarə edir ki, bu da müasir qlobal iqtisadi böhran şəraitində mühüm amildir. Romanovlar sülaləsinin nümayəndələrinin fikri beynəlxalq təşkilatların yüksək tribunalarından səslənmir, lakin nüfuzlu bankirlərin ofislərində nəzərə alınır, buna görə Rusiya İmperator Evinin ordeni dövlət siyasəti üçün az əhəmiyyət kəsb edə bilər, ancaq elitar təbəqədə təsirə malikdir.

- Özünüzü Rus Pravoslav monarxisti hesab edirsiniz?

- Sualda SSRİ ideologiyası ruhunda stereotipik, ənənəvi rus monarxizmini ideoloji və siyasi fenomen sayan bir qəribəlik var. Rusiya imperiyasında "çarın və Vətənin sadiq xidmətçisi" dövlətə xidmət edən və onu vicdanla yerinə yetirən şəxs hesab olunurdu. 1918-ci ildə Romanovlar sülaləsindən olan iki knyaz ilə birlikdə Peterburqdakı Petropavlov qalasının həyətində güllələnən Rusiya İmperator Ordusunun süvari generalı, Birinci Dünya Müharibəsi zamanı 3-cü süvari korpusunun komandiri Hüseyn Xan Naxçıvanskinin taleyini xatırlamaq kifayətdir.

Beləliklə, Rusiyada onun qanunlarına tabe olanların deyil, yalnız dövlətin düşmənlərinin din və milliyyətinə fikir verirdilər və diqqət yetirirdilər, buna görə də "Böyük Rus şovinizmi"ndən çox "imperiya beynəlmiləlçiliyi" haqqında danışmaq lazımdır. Yeri gəlmişkən, müasir Azərbaycan dövləti müxtəlif millətlərdən olan vətəndaşlarına verilən imkanlar baxımından, inqilabdan əvvəlki və ya müasir Rusiyadan demək olar ki, heç nə ilə fərqlənmir. Bunu bütün başqa millətlərin və xalqların qovulduğu Ermənistan barədə demək olmaz.

Rusiya İmperator Evi tərəfindən “Azərbaycanlılar - Müqəddəs Georgi Cəngavərləri”, “Azərbaycanlılar İmperator Əlahəzrətlərinin karvanında” kitablarının və bir sıra digər tarixi tədqiqat əsərlərinin müəllifi tanınmış rus-azərbaycanlı tarixçi Eldar İsmayılovun ordenlərlə mükafatlandırılması buna sübutdur.

Azərbaycan Rusiya monarxistləri arasında Cənubi Qafqaz bölgəsində daxili siyasi işlərinə xarici təsirin və etnik milliyətçiliyin yaratdığı anarxiya və xaos mərkəzləri kimi qəbul edilən digər qonşularından fərqli olaraq dövlətçiliyin dayağı kimi qəbul edilir. Azərbaycan millətçiliyinin təzahürləri, bir qayda olaraq, uzun müddət dövlətçilik ənənəsinə malik xalqlara xas olan vətənpərvərlik və milli ləyaqət hisslərini nümayiş etdirməkdən qırağa çıxmır, buna görə də kənardan tamamilə təbii qəbul edilir. Ona görə də Rus İmperator Evinin nümayəndələrinin sizin ölkənizə dost münasibəti var.

Siyasi simpatiyalarıma və antipatiyalarıma gəlincə isə, mənim üçün insanın hansı dini cərəyana aid olmasının önəmi yoxdur, əsas odur ki, o, alçaq, ikiüzlü ya da axmaq olmasın. Müasir dünyada monarxizm anlayışının özü də çox qarışıqdır və şəxsən mən bu gün demokratiyanın İsveç Krallığında, yoxsa monoetnik Ermənistan Respublikasında daha çox olduğunu deyə bilmərəm.

Oxucuların daha yaxşı başa düşməsi üçün Norveç kral sülaləsinin yeni tarixindən bir epizodu danışacam: 1927-ci ildə inqilabçı və demək olar ki, kommunist sayılan Norveç İşçi Partiyası parlamentdəki ən böyük partiyaya çevrildi və növbəti ilin əvvəlində bu partiyadan formalaşan hökumət hakimiyyətə gəldi. Zadəganlar Kral VII Hakondan partiyanın lideri Kristofer Hornsrudu baş nazir təyin etməməsini tələb etdi, lakin Hakon onlara rədd cavabı verdi və Hornsruddan yeni hökuməti qurmasını istədi və bu addımını tənqid edənlərə cavabında: "Mən Kommunistlərin Kralıyam" dedi. Buna görə də sualınıza bu şəkildə cavab verəcəm: siyasi rejim və idarəetmə forması mənim üçün elə də böyük əhəmiyyət kəsb etmir və həmişə ölkənin və onun xalqının suverenliyi və təhlükəsizliyi üçün mübarizə aparmışam.

- Vətəninizdə apardığınız araşdırmalara hakimiyyətin münasibətində dəyişiklik gözləyirsiniz? Çünki hamı bilir ki, bir neçə il bundan öncə Rusiyanın hüquq-mühafizə orqanları vasitəsilə erməni diasporu sizə böyük problemlər yaratmışdı.

- Bunların hamısı geridə qalıb. Özümü tərifləmək istəmirəm, amma araşdırmalarım, habelə erməni diasporunun Rusiya hökumətinin müxtəlif səviyyələrində onları gözdən salmaq səyləri sayəsində rus siyasi quruluşunun erməni millətçiliyi məsələsinə və onun yaratdığı təhlükəyə münasibəti kökündən dəyişdi. Erməni lobbistlərinin də bunda əli var idi. 2015 və 2017-ci illərdə, iki dəfə erməni terrorizmi tarixinə dair monoqrafiyam nəşr olunduğu üçün cinayət məsuliyyətinə cəlb edilib-edilməməyimlə bağlı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev səviyyəsində qərar verilib.

"Ən yuxarıda" mənə toxunmamaq qərarına gəldilər, ancaq yazdığım problemlərin mahiyyətinə diqqət yetirəcəkdilər. Buna görə “Ermənistanda Nazizmin Qəhrəmanlaşdırılmasına dair Dövlət Siyasəti” adlı yeni monoqrafiyam Kreml və Lubyanka tərəfindən daha sakit və hətta müsbət qarşılandı. Bundan əlavə, Rusiya FTB, Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının ötən ilin oktyabrında Aşqabadda keçirilən iclasında verdiyi məlum açıqlamadan sonra, erməni millətçilərinin lideri Njde və Hitler nasistlərinin cinayətkar əlaqələri haqqında sənədləri yayımladı. 2015-ci ildə bu, demək olar ki, qeyri-mümkün idi, amma dörd il sonra bu reallığa çevrildi.

Rusiyanın Krasnodar vilayəti və Armavir şəhərində 2012-ci ildən bəri öz ərazilərində erməni millətçisi və nasist cinayətkarı Njdeyə xatirə lövhəsinin qoyulmasına "diqqət yetirməyən" səlahiyyətli şəxslər, birdən-birə onu nəinki "gördülər", həm də erməni kilsənin keşişi Ter-Makar Terteryanı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1 "Nazizmin qəhrəmanlaşdırılması" maddəsi ilə cinayət məsuliyyətinə cəlb etməklə təhdid edərək lövhəni sökməyə məcbur etdilər.

Bütün bu proseslər, faktlar və hadisələr son iki-üç ildə Rusiya hakimiyyətinin erməni millətçiliyi probleminə və onunla əlaqəli erməni siyasi lobbisinə münasibətinin kəskin şəkildə dəyişdiyini göstərir. Burada mənim də rolum oldu. Buna görə Rus İmperator Evinin 3-cü dərəcəli Müqəddəs Anna ordenini, gördüyüm işlərə verilən qiymət kimi qəbul edirəm. Yaxşı başa düşürəm ki, bu mükafat Rusiya Federasiyasının və ya Azərbaycan Respublikasının sosial status və ya maddi təminat baxımından verilən dövlət mükafatlarına bərabər deyil. Ancaq daxili emosional rahatlıq, ilham mənbəyi və özünəinam səviyyəsinin artırılması baxımdan mənim üçün olduqca vacibdir.

1

 

Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı

Xəbər xətti

Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Hamısı