Qardaş Türkiyə Xocalı Soyqırımını niyə dövlət səviyyəsində tanımır? Türkiyə dövlət rəsmisindən AÇIQLAMA

Müsahibələr 22:22 25.02.2020

Ermənistan tərəfindən Xocalıda Azərbaycan Türklərinə qarşı vəhşicəsinə törədilən soyqırımdan 28 il keçməsinə baxmayaraq, Türkiyə Xocalı Soyqırımını dövlət səviyyəsində tanımayıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhəri üzərinə ağır hərbi texnika yeridərək 613 həmvətənimizi vəhşicəsinə öldürüb. 106 qadın, 63 uşaq və 70 qoca Xocalı Soyqırımında əzab içində öldürülüb. 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. Girovluqda olan həmvətənlərimizin çəkdiyi əzab ifadə edilə bilməz.

Unutmaq olmaz ki, Ermənistan silahlı qüvvələri ilə birlikdə Sovet ordusunun 366-cı motoatıcı alayı (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən) Xocalı şəhərində törədilmiş cinayətin əsas iştirakçısıdır. Həmin motoatıcı alay Şuşa və Xocalının atəşə tutulmasında dəfələrlə iştirak edib.

Eurasia Diary Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala Türkiyənin Xocalı Soyqırımını dövlət səviyyəsində tanımaması ilə bağlı sual ünvanlayıb:

- Cənab səfir, sizə Azərbaycanda çox insanı düşündürən bir sual vermək istəyirəm. Türkiyə və Azərbaycanın qardaş ölkələr olmasına baxmayaraq Türkiyə Xocalı Soyqırımını dövlət səviyyəsində tanımır. Türkiyə Böyük Millət Məclisində Xocalı Soyqırımının tanınması bir neçə dəfə müzakirə olunub, amma yekun nəticədə tanınmayıb. Bu barədə nə deyə bilərsiniz?

"Baxın, Dağlıq Qarabağ Azərbaycanın olduğu qədər bizim də problemimizdir. Xocalıda baş vermiş qətliam bizim üçün də Azərbaycanda hiss edilən kədəri yaratmışdır. Xocalı hər il 26 fevralda Türkiyə Böyük Millət Məclisində təşkil olunan xüsusi bir iclasda yad edilir. Türkiyədə Xocalı ilə əlaqədar parklar açılıb, anma mərasimləri keçirilir. Xocalını yad etmək üçün müxtəlif tədbirlər təşkil olunur. 

Xocalıda qətl edilən bütün qardaş və bacılarımız bizim də soydaşlarımızdır. Belə ki, biz Xocalı haqqında heç vaxt Azərbaycandan fərqli düşünmürük. Xocalıda yaşanmış əzab bizim üçün də eyni dərəcədə ağırdır. Düşünürük ki, bu ağrıları ən qısa zamanda azaltmaq üçün mümkün qədər tez lazımi addımlar atılmalıdır. Bizim bu mövzuda Azərbaycandan heç bir fərqimiz yoxdur."

Danılmaz faktdır ki, Türkiyə Xocalı soyqırımı, habelə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı ən çox dəstəkləyən ölkədir. Türklər dərin hüzn ilə soydaşları olan Azərbaycan Türklərinin dərdini paylaşır. 

Türkiyə Dağlıq Qarabağ münaqişəsinə görə 1993-cü ildə Ermənistanla sərhədləri bağlayıb. Bu, Türkiyənin Azərbaycanla həmrəyliyinin ən bariz nümunələrindəndir.

Erkan Özoral bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri həqiqətən də çox yüksək səviyyəyə çatıb. O, Azərbaycanın Türkiyə Respublikasına ən çox investisiya yatıran və Türkiyənin isə Azərbaycana qeyri-neft sektorunda ən çox investisiya yatıran ölkə olduğunu qeyd edib. Cənab səfir Türkiyə və Azərbaycanın birlikdə Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, Trans-Anadolu qaz kəməri (TANAP) kimi dünyanın enerji xəritəsini dəyişən böyük layihələr həyata keçirdiyini vurğulayıb.

Ümid edirik ki, qardaş ölkə Türkiyə Azərbaycanın qanayan yarası olan Xocalı Soyqırımını dövlət səviyyəsində tanıyacaq.

Türkiyə Respublikasında Xocalı soyqırımına həsr edilmiş abidələrin şəkillərini təqdim edirik:

İzmit şəhəri

Sakarya şəhəri

İstanbul şəhəri

İzmir şəhəri

Ankara şəhəri

Uşak şəhəri

Kocaeli şəhəri

 

Təbriz Abbasov

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı