Azərbaycan regiondakı bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurub - Hikmət Hacıyev - VİDEO | Eurasia Diary - ednews.net

9 Aprel, Cümə axşamı


Azərbaycan regiondakı bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurub - Hikmət Hacıyev - VİDEO

Müsahibələr A- A A+

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev CBC-yə eksklüziv müsahibə verib.

Eurasia Diary xəbər verir ki, Anastasiya Lavrina ilə Qlobal Müzakirə proqramının qonağı olan Hikmət Hacıyev Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olan Xocalı faciəsindən danışıb.

"Günahsız vətəndaşların qətlə yetirilməsi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin əhalisinin təhqir edilməsi, bunların hamısı erməni təcavüzünün nəticəsidir və Azərbaycan ərazilərinin işğalçılıq siyasətinin bir hissəsidir".

Öz növbəsində, Paşinyanın Xocalı soyqırımı həqiqətlərini inkar etməsi və Azərbaycanı bu cinayəti törətməkdə ittiham etməsi Ermənistan baş nazirinin həyasızlığının zirvəsidir, H.Hacıyev söyləyib.

Azərbaycan Prezidentinin köməkçisi, eyni zamanda, Azərbaycanın xarici siyasətinin inkişafı üçün ən prioritet sahələrdən, regional tərəfdaşlığın əhəmiyyətindən və ticarət, iqtisadi və müdafiə sahələrində Türkiyə ilə əməkdaşlığın gücləndirilməsindən danışıb.

Müsahibənin tam versiyasını videodan izləmək mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...