Xəzər regionu İsveçrəli ekoloq alimlərin diqqət mərkəzində

Müsahibələr 10:21 09.03.2020

Son zamanlar Xəzər regionu dünya ekoloq alimlərinin diqqət mərkəzinə çevrilib. Təsadüfi deil ki, Azərbaycan Xəzər hövzəsində böyük paya malik beş ölkədən biridir. Xəzər dənizi, əslində, unikal coğrafi yerləşməsi ilə okeanla əlaqəsi olmayan ən böyük göldür. Xəzərin iqlim və duzluluq dərəcəsinə görə fərqlənməsi, onun sularında 400 növə yaxın nadir ekoloji sistem yaratmışdır.

Mövcud vəziyyətdə Xəzərdəki bir çox növdə olan canlı aləmin həddindən artıq istismar olunması və çirklənməsi nəticəsində ciddi iqlim dəyişikliyi təhlükəsinin meydana gəlməsi də istisna deyildir. Bu, insanın rifahına, sosial və iqtisadi sahələrə və ətraf mühitə hər an öz mənfi təsirini göstərə bilər.

Bu sahə ilə maraqlanan müvafiq tədqiqat universitetlərini təmsil edən, biri İsveçrədən olmaqla üç alim bu həftə Xəzər bölgəsi və onun su ehtiyatları ilə yaxından tanış olmaq, təcrübə mübadiləsi aparmaqla yanaşı Azərbaycanda geniş alimlər şəbəkəsi qurmaq üçün Bakıya səfər ediblər.

Cenevrə Universitetinin Yer və Ətraf Mühit Elmləri Məktəbinin vitse-prezidenti, professor Vera Slaveykova, Həştərxan Dövlət Universitetindən professor Mixail Eqorov və Olqa Eqorova Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qonağı oldular.

Görüşdə alimlər təəssüratlarını bölüşməklə yanaşı, suların çirklənməsi, mikro və nanohissəciklər və su mənbələrinə və ətraf mühitə təsir edən bir çox element barədə danışdılar. Qonaqlar universitetlər və elm adamları ilə güclü bir şəbəkə qurmaq və tələbələrin elmin bu sahəsinə cəlb edilməsi baxımından BAMF ilə mümkün əməkdaşlıq yollarını da müzakirə etdilər.

Səfərin sonunda iştirakçılar arasında İsveçrə Universitetindən professor Vera Slaveykova, Cenevrə gölündə apardığı tədqiqat zamanı əldə etdiyi təcrübə barədə EDNews-a danışdı. O, uzun sürən tədqiqatların nəticəsi olan layihələrini çirklənmə təhlükəsində olan Cenevrə gölündə suyun təmizlənməsində uğurla tətbiq etdiyini bildirdi. 

Professor Slaveykova, mikro elementilərin kimyəvi tərkibi, bioloji faydalılıq və su mikroorqanizmlərinə təsir sahəsində 20 ildən çox təcrübəsi olan ekoloq kimyaçıdır. Hal-hazırda Ətraf Mühit və Su Elmləri Bölməsində və Cenevrə Universitetinin Ətraf Mühit Elmləri İnstitutunda Ətraf Mühit Biogeokimyası və Ekotoksikologiya üzrə professordur.

- Müsahibəsində professor Slaveykova ilk öncə Azərbaycana səfərinin məqsədini açıqladı.

- Biz əvvəlcə İsveçrədə bir layihəyə başladıq və tədqiqat prosesini davamlı su mənbələri şəbəkəsi üzərində qurduq. Həmkarım professor Mixail Eqorovla birlikdə Azərbaycanda təqdim edəcəyim layihə, şəbəkəmizi genişləndirmək üçün Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da daxil olmaqla yeni imkanlar axtarmaq və yeni potensial tərəfdaşlarla müzakirələr aparmaq məqsədi daşıyır. Onu da deyim ki, biz keçən il yay məktəbləri və qabaqcıl təlimlər təşkil etmişdik.

Bundan əlavə, suyun çox mərhələli bir elm olduğunu və elm sahəmizin əsasən ətraf mühit və ekologiya ilə əlaqəli problemləri öyrəndiyini qeyd etmək istəyirəm. Bu sahədə Azərbaycandan olan müxtəlif sahələrdə çalışan gənc alimlərlə əməkdaşlıq etməkdən çox məmnunuq və əlavə etmək istəyirəm ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunu bu əməkdaşlıq çərçivəsində potensial tərəfdaş kimi görürük.

- Xəzər hövzəsinin regionda yeganə su mənbəyi olduğunu nəzərə alsaq, son zamanlar dənizin hədsiz istismarı onun çirklənmə təhlükəsi ilə üzləşməsinə səbəb olur. Bu çirklənməsinin qarşısını almaq üçün ən yaxşı təcrübə və ya ən qabaqcıl texnologiya sizcə nədir?

- Təəssüf ki, bu, bir çox ölkələrin, xüsusən dənizə kanalizasiya suları axıdan ölkələrin yaşadığı qlobal bir problemdir. Təsəvvür edə bilərsinizmi ki, hətta müəyyən bir prosesdən keçdikdən sonra da həyat üçün təhlükəli zəhərli bir maddə halına gələn çirkab suların içərisində nə qədər kimyəvi maddə axır?

Tədqiqatlarımıza əsasən, suda olan zəhərli maddələr, hansı ki, kimyəvi reaksiyalara uğrayaraq toksik maddələrə çevrilir, demək olar tamamən tullntı sularından qaynaqlanır.

Dənizin mühafizəsi üçün ilkin addım olaraq, çirkab sularının dənizə axmasının maksimum şəkildə qarşısını almaq lazımdır. Daha sonra təbii ekosistemdə daxili proseslər vasitəsilə dəniz suyu özünü təmizləməyə başladığı müddətdə onu qorumaq vacibdir. Bunu daha yaxşı öyrənmək üçün əsas çirklənmə mənbəyini tapmaq və ekosistemimiz daxilində fərqli çirkləndiricilərlə nələrin baş verdiyi və hansı proseslərdən keçdiyini müəyyənləşdirmək vacibdir

İkinci addım, ictimaiyyəti bu barədə məlumatlandırmaqdlır. Belə ki, dənizin təmiz olması və zəngin təbii ehtiyatlarının indiki və gələcək nəsillər üçün qorunub saxlanması üçün ekoloji şəraiti, habelə bu şəraitdəki dəyişikliklərin səbəbləri və nəticələri barədə zəruri məlumatllar ictimaiyyətə çatdırılmalıdır.

- Cenevrə Gölü layihəniz çərçivəsində su ehtiyatlarının və ətraf mühitin çirklənməsi probleminə qarşı mübarizə apardığınız təcrübələr barədə nə deyə bilərsiniz?

- Azərbaycanlılar Xəzər dənizini sevdiyi kimi biz də Cenevrə Gölünü çox sevirik. Cenevrədəki bir çox insan balıq ovunu sevir və göldən istirahət və içməli su mənbəyi üçün istifadə edir. Sudan içmək məqsədilə birbaşa istifadə olunmur, əlbəttə ki, təmizləmə prosesindən sonra əhalinin istifadəsinə verilir. Hazırda Cenevrə gölündə suyun keyfiyyəti çox yüksəkdir. Bu təqdirdə yenidən suyun təmizlənməsi o qədər də əhəmiyyət daşımır

Təxminən altmış il əvvəl Cenevrə gölü olduqca evtrofik idi. Yəni orada müxtəlif qida maddələrinin və əsasən də fosforun çox yüksək konsentrasiyası mövcud idi.

Əhali sayının artması və kimyəvi maddələrin, məsələn, kanalizasiya sistemləri ilə bəzi kimyəvi təmizləyici vasitələrin gölə axıdılması nəticəsində kimyəvi maddələrin yüksək konsentrasiyasının yaranmasına səbəb oldu. Qeyd etmək istədiyim vacib məqamlardan biri də gölün İsveçrə ilə Fransa arasında yerləşməsilə bağlıdır. Bu proses iki ölkə tərəfindən müşahidə edildiyi üçün, hər iki ölkənin xüsusi komissiya heyəti bir araya gələrək gölün ərazisinin qorunması və mühafizəsi haqqında razılıq sənədi imzaladılar. Həmin razılıq sənədindən sonra suyun keyfiyyət parametrləri yoxlanıldı və sonra hər iki tərəfdən Gölün suyundan istifadənin dayandırılması qərara alındı. Növbəti addım kimi suyun təmizlənməsilə bağlı fosforu sudan çıxartmağı nəzərdə tutan xüsusi planımızı təqdim etdik. Sevindirici an da budur ki,, təmizləmədən sonra bu gün sudakı fosforun səviyyəsi minimuma enib və bu da onun içməli su kimi istifadəyə yararlı olmasının bir göstəricisidir. Məhz buna görə də bu gün tərəfdaşlarımız və həmkarlarımızla birlikdə ətraf mühitin qorunması və su mənbələrinin keyfiyyətinin artırılması sahəsində həmin təcrübədən istifadə etmək üçün buradayıq.

 

Elnur ƏNVƏROĞLU

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Paraşutla tullandı, qayaya çırpılıb həlak oldu
17:07 07.07.2025
Hamısı