Azərbaycan həkimləri koronavirusla mübarizəyə hazırdırmı? “Əvvəlcə qorxurdum, sonra...”

Müsahibələr 14:36 30.03.2020

Koronavirus pandemiyası artıq Azərbaycanda da yayılmaqdadır.

Rəsmi məlumata görə ölkəmizdə koronavirusa 209 nəfər yoluxub, 4 nəfər bu xəstəlikdən vəfat edib, 15 nəfər isə sağalıb.

Təbii ki, koronavirusa qarşı ən öndə mübarizə aparan şəxslər həkimlərdir. Onlar  həyatlarını riskə ataraq, insanları bu virusdan sağaltmağa çalışırlar. Qeyd edək ki, indiyədək İtaliyada 51, Çində 15, İranda 20-ə yaxın həkim bu virusa yoluxaraq həyatını itirib.

Bəs Azərbaycan həkimləri bu virusla canları bahasına mübarizə aparmağa hazırdırlarmı?

Əvvəlcə ondan başlayaq ki, Azərbaycanda tibb işçiləri uzun illərdir bir çox sosial problemlərlə üz-üzədir. Bu problemlərin başında onların işlə təmin olunması gəlir. Son 14 ildə 300-ə yaxın tibbi müəssisə bağlanıb, minlərlə səhiyyə işçisi işsiz qalıb. Eyni zamanda aşağı məvacib və struktural probemlər üzündən yüzlərlə həkim ölkəni tərk edib.

2010-cu ilin oktyabr ayında Bakı şəhər Onkoloji Disspanseri, 2014-cü ilin mart ayında Bakıda fəaliyyət göstərən Fuad Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanası, 2014-cü ilin may ayında Bakı şəhərində yerləşən Uşaq Ruhi Əsəb Dispanseri bağlanıb.

17 noyabr 2016-cı ildə qəbul edilmiş bir qərarla 10 tibbi müəssisə: - Kürdəmir, Ucar, Lənkəran, Yevlax Dəmiryol Ambulatoriyası, Salyan, Hacıqabul və Mincivan Dəmiryol Xəstəxanaları, Gəncə və İmişli Gigiyena və Epidemiologiya Mərkəzləri, eləcə də Taun Əleyhinə Stansiya bağlanıb.

2018-ci ilin mart ayında Səhiyyə Naziri Oqtay Şirəliyev mətbuata açıqlamasında son 14 ildə 300 tibbi müəssisənin bağlandığını bildirib.

Qeyd edək ki, bağlanan xəstəxanaların bir qismi birləşdirildi, bəziləri tamamilə ləğv edildi, bəziləri isə yeni adda və yeni sistemdə fəaliyyət göstərməyə başladı. Həmçinin 180-dən çox yeni tibbi müəsissə yaradıldı. Lakin minlərlə həkim, tibb bacısı iş yerlərini dəyişmək məcburiyyətində qaldı. Onların az bir qismi, xüsusilə sənədləri qaydasında olmayanlar işdən azad edildi.

2011-ci ildən isə həkimlərin və tibb bacılarının sertifikasiya imtahanı keçirilməsinə başlanıldı.

İmtahanlardan kəsilən tibb işçiləri 6 aylıq kursa cəlb olunur, ikinci imtahandan kəsilənlərin tibbi fəaliyyəti qadağan edilirdi. Artıq 9 ildir keçirilən imtahanlarda minlərlə həkim, tibb bacısı kəsilib, bəziləri işlərini itirib. Həkimlərin əksəriyyəti bu imtahanlardan narazıdır. Buna səbəb isə əvvəla imtahanın test üsulu ilə keçirilməsi və sualların çoxunun nəzəri xarakterli olmasıdır. Bu tipli imtahan həkimin savadını, peşə bacarığını müəyyən etməyə doğrudan da imkan vermir. İkincisi isə həkimlər vaxtlarını əlavə sualları öyrənməyə sərf etməkdən şikayətçidir.

Həkimlərin əsas problemlərindən biri də maaşlarının aşağı olmasıdır

2011-ci ildə Azərbaycanda dövlət müəssisələrində çalışan həkimlər 150-250 manat arası maaş alırdı. 2017 və 2019-cu illərdə prezidentin fərmanı ilə tibb işçilərinin maaşı artırılsa da hələ də ölkədəki həkimlərin maaşı 350-450 manat təşkil edir. Tibb bacılarının maaşı isə son artımlardan sonra 300-400 manat arasında dəyişir. Özəl xəstəxanalarda çalışanların maaşı isə digərlərinə nisbətən təxminən iki-üç dəfə daha artıqdır.

Bütün bunlara rəğmən...

Hazırda 2020-ci ildir və Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq bir pandemiya ilə qarşı-qarşıyadır. Koronavirus adlı bu pandemiyadan qorunmaq üçün Azərbaycan xalqı mərd və professional həkimlərə möhtacdır. Belə həkimlərimizin sayı isə heç də az deyil. Həkimlərimiz yuxarıda bəhs edilən bütün problemlərə baxmayaraq, əllərindən gəldiyi qədər koronavirusla mübarizə aparırlar. Belə həkimlərdən biri adının qeyd edilməsini istəməyən 60 yaşlı bir həkimdir.

O, 30 ilin həkimi olmasına baxmayaraq, cəmi 360 azn maaş aldığını deyir:

“30 ildən çoxdur ki, Azərbaycanda həkim kimi fəaliyyət göstərirəm. Cəmi 360 azn maaş alıram. Sığorta sisteminə keçdikdən sonra maaşımızın qaldırılacağını deyirlər, gözləyirik, aprel ayında yəqin ki, artım olacaq. Bu maaşla dolanmaq təbii ki, çətindir, lakin nə etmək olar?! Biz peşəmiz və cəmiyyət qarşısında məsuliyyət daşıyırıq. Vəzifə borcumuz insanları sağaltmaqdır, maaş həmişə bizim üçün ikinci plandadır”.

Həkim müsahibim koronavirusla bağlı hökumətin qəbul etdiyi qərarları müsbət qiymətləndirir:

“Ölkəmizdə koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra bərk narahatam. Bu çox ciddi xəstəlikdir, lakin təəssüflər olsun ki, hələ də vətəndaşlarımız, hətta bəzi həmkarlarımız bu təhlükənin fərqində deyil. Buna baxmayaraq hökumət xüsusi karantin rejiminə keçmək, məktəblərin fəaliyyətini dayandırmaq kimi bir sıra kritik qərarlarla virusla mübarizədə ayıq-sayıq olduğunu nümayiş etdirdi. Səhiyyə Nazirliyi ilk yoluxma halları qeydə alındıqdan sonra bizi xüsusi kurslara göndərdi. Bir həftə ərzində bizə virusla bağlı bəzi məlumatlar verildi və müalicə üsulları haqqında təlimlər keçildi. Mənim kimi yüzlərlə həkim virusa qarşı mübarizəyə tam hazırdır. Məni şəxsən ötən həftə Türkiyədən gələn tələbələri müayinə etməyə göndərdilər. Bir qrup həkimlə birgə hava limanına getdik, xüsusi geyimlərdə ilkin müayinəni həyata keçirdik. 3 nəfərdə xəstəliyin bəzi əlamətləri aşkarlandı. Bəlkə də korona deyildi, lakin ehtiyatı əldən verməmək üçün karantinə göndərdik”.

“Virusla mübarizədə əsgərlərimizdən örnək alırıq”

“Bu pandemiya ilə mübarizə olduqca çətindir. Təbii, hər kəs qorxur, biz də, həkim olsaq da qorxuruq. İranda, İtaliyada, qardaş Türkiyədə onlarla həkim bu virusa yoluxub. Mənə övladlarım yaşımın da 60-a yaxın olduğunu nəzərə alıb işdən çıxmağı və ya məzuniyyət götürməyimi tövsiyyə etdilər. Mən əvvəlcə bu barədə düşündüm. Lakin, ötən həftə mətbuatda bir xəbərə rast gəldim. Azərbaycan ordusu cəbhədə düşmən təxribatının qarşısını alıb və bir düşmən əsgərini məhv edib. Düşündüm ki, ordumuzun əsgərləri koronavirusun regionda geniş yayılmasına baxmayaraq evlərində oturmurlar, həyatları bahasına bizi, ölkəmizi qoruyurlar. Onlar orada savaşırsa, biz də Bakıda savaşmalıyıq. Bizim düşmənimiz təhlükəli koronavirusdur. Lakin biz virusla mübarizə aparmalıyıq, ona təslim olmamalıyıq. Eynilə, əsgərlərimiz kimi. O xəbəri gördükdən sonra mən də özümü bir əsgər hesab edirəm, virusla savaşda cəbhədə xidmət edən bir əsgər, siz demiş, bir Mübariz...”

Koronavirusla mübarizə aparan bütün səhiyyə işçilərinə, bütün həkimlərimizə təşəkkür edirik. Əgər Azərbaycan səhiyyəsi bu gün arzu olunan səviyyədə deyilsə, bunun səbəbi həkimlərin üzləşdiyi problemlərdir. Ona görə də biz cəmiyyət olaraq həkimlərimizin qayğısına qalmalı, onların problemlərinə biganə yanaşmamalıyıq. Çünki cəmiyyət bu gün və daima yaxşı həkimlərə möhtacdır.

 “Biz birlikdə güclüyük!”.

Nicat İsmayılov

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı