İndi bütün Türkiyə mətbuatının danışdığı Türkiyə Səhiyyə Nazirliyinin Peyvənd Elmi Komitəsinin üzvü, Azərbaycan əsilli professor Tərlan Məmmədov koronovirusa qarşı vaksinin tapılmasında elmi işlərini davam etdirməkdədir. Dünya şöhrətli alim Türkiyənin Ağdəniz Universitetində çalışır. Professor yeni bəşəri uğurun bir addımlığında olduğunu bildirir.
EDNews dünyanın diqqətində olan Azərbaycan əsilli alimin “Xalq qəzeti”nə verdiyi müsahibəni təqdim edir:
-Yeni növ koronavirusa (Kovid-19) qarşı vaksinin hazırlanması üçün tədqiqatlarımız davam edir. Tütün növündən olan "Nikotiana Benthamiana" adlı yaşıl bitki hüceyrələrində virus antijenləri istehsal etmək üçün təxminən bir ay əvvəl işə başladıq. Allaha şükür ki, işlərimiz uğurla davam etdirilməkdədir. İşlərin gedişi ilə Türkiyənin əlaqədar təşkilatları hər gün maraqlanır. Ümumiyyətlə, demək yerinə düşər ki, son illərdə Türkiyədə elmin inkişafına xüsusi önəm verilməkdədir.
- Professor, bildiyimə görə, istər dünyada, istərsə də Azərbaycan və qardaş Türkiyədə çalışdığınız sahənin elm adamları Sizi yaxşı tanıyırlar. Oxucularımıza özünüzü necə təqdim edərdiniz?
- Azərbaycanda doğulmuşam. Azərbaycan Dövlət Universitetinin, indiki BDU-nun kimya fakultəsini bitirdikdən sonra AMEA-da aspirantura təhsili almışam və Biokimya ixtisasi üzrə namizədlik, Molekulyar Biologiya ixtisasi üzrə doktorluq disertasiyasi mudafiyə etdikdən sonra, 1998-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasinda çalişmişam. Bu günə kimi dünyanın cox nüfuzlu elm və təhsil mərkəzlərində və universitetlərində molekulyar biologiya və molekulyar biotexnologiya sahəsində tədqiqatlar aparmaqdayam. Bu sırada Yaponiyanın Tohoku Kənd Təsərrüfatı Elmi Mərkəzinin, Kiyoto Universitetində və Kənd Təsərrüfatı Elmləri üzrə Yaponiya Beynəlxalq Tədqiqatlar Mərkəzinin adlarını çəkə bilərəm. Dörd ildən cox bu ünlü tədqiqat mərkəzlərinin əməkdaşı olmuşam. Daha sonra ABŞ-ın Nebraska–Linkoln Universitetində professor, yenə də ABŞ-ın Molekulyar Biotexnologiya mərkəzində qrup rəhbəri kimi fəaliyyətimi davam etdirmişəm, düz 14 il. 2014-ci ildə Türkiyənin Ağdəniz Universitetinə dəvət olundum və hazirda da bu universitetdə professor olaraq çalışmaqdayam.
Müsahibimlə söhbətimizdə öyrənirəm ki, dünya şöhrətli alim AMEA-nın müxbir üzvüdür, biokimya, molekulyar biologiya və molekulyar biotexnologiya sahələrində beynəlxalq səviyyədə tanınmış simadır. Azərbaycanla da çox six ələqələri var və AMEA-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuda Molekulyar biomühəndislik laboratoriyasinın qurucusudur, milli elmi kadrların hazırlanması ilə də məşğuldur. 210 elmi əsərin, 15 müəlliflik şəhadətnaməsinin müəllifidir, rəhbərliyi altında 16 fəlsəfə doktoru hazırlanmışdır. Professor viruslara qarşı vaksin və dərmanların hazırlanması sahəsində kifayət qədər zəngin təcürbəsi və elmi fəaliyyəti haqqında deyir:
- Elmi işlərimin böyük bir qismi Amerikadakı fəaliyyətimlə əlaqəlidir. 2001-ci ildə ABŞ-a olan bioloji hucumların qarşısının alınması üçün ölkədəki qrant agentlikləri böyük maliyə vəsaitləri ayırdı. Pentaqonun tabeliyində olan onlarla tədqiqat mərkəzlərinin, institut və lobaratoriyaların ayırdığı qrantlar bu işin nə qədər önəmli olduğunu sübut edirdi. Mən bu layihələrin icrasında iştirak etmişəm. Onda da söhbət ən gücli və təsirli vaksinlərin hazırlanmasından gedirdi. Qürur hissi ilə deyə bilərəm ki, mənim hazirladigim texnalogiyadan istifadə etməklə ən güclü, eyni zamanda ucuz başa gələn vaksin hazırlandı və hazirda ABS-da satışa çıxarılma mərhələsindədir. Ağdəniz Unversitetində fəaliyyətə başlayanda isə bu texnalogiyanın ən modern variantının hazırlanmasını gündəmə gətirdim və patent aldıq. Verilən patent həm texnalogiyaya, həm də alınan məhsula aid idi. Yeni texnologiyaya aid olan bu önəmli patent Amerikanın “Baker & McKenzie” şirkəti tərəfindən 11 ölkədə milliləşdirilir.
Türkiyədəki patent qanununa görə bu patentin haqq sahibliyi həmyerlimiz Tərlan Məmmədova verildi. Onun hazirlamış olduğu yeni teknologiyadan istifadə etməklə Ağdəniz Universitetində böyük layihələr başladıldı, o cümlədən qarayaraya, malariyaya qarşı vaksinler hazırlandı. TUBİTAK bu layihələrin həyata keçirilməsinə 3 milyon döllar vəsait ayırdı. Bu nəinki Ağdəniz Universitetində, eləcə də Türkiyədə tədqiqatlara ayrılmış qrantların ən böyüyüdür. Müsahibim deyir:
- Qarayaraya qarşı hazırladığımız vaksinin həm qiymət, həm də təhlükəsizlik, stabillik və immunogenlik baxımından dünyanın yeni və ikinci nəsil qarayara vaksini olacaq. Bu vaksinin həm insan, həm heyvan üzərində istifadəsi, eyni zamanda bioloji silahlara qarşı mubarizədə də istifadəsi mumkundur. Bütün təcürbi işlər başa catmaq uzrədir.
Alim qeyd edib ki, malyariya bu gün dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdən biridir. Bu gün malyariyadan dünyada ildə 0.5 milyon adam ölür, Umumdünya Səhiyyə Təşkilatının 2018-ci ildəki hesabatına görə 238 milyon insan bu xəstəliyə tutulub və ən qorxulusu dünya əhalisinin yarısı malyariyaya riski altindadir. İndiyə qədərsə bu xəstəliyə qarşı vaksin hazırlanmayıb.
- Bunun səbəbi nədir, bu qədər fəlakətli hadisənin qarşısını almağa elmin gücü catmır, yoxsa...
- Səbəblərdən biri bu xəstəliyi yaradan parazitin (Plasmodium falciparum) əsas antigeninin olduqca murakkəb bir qurlusa malik olmasidir. Ona görə də 20 ildən cox bir muddətdə dunyanın muxtalif universitetlərində, hətta Harvard kimi cöx ünlü universitetdə və mərkəzlərdə aparılan tədqiqatlar muvəffəqiyyətsiz olmusdur. Yeni teknologiyadan istifadə edərək tarixdə ilk dəfə olaraq malyariya vaksini yaradıldı. Yaşıl bitki yarpaqlarından uğurla sintez edilmiş malyariya vaksininin effektivlik testi ABŞ-ın Səhiyyə Milli İnstitutunda (NIH) sınaqdan keçirildi. Vaksin milyonlarla insanın həyatını xilas edəcəkdir.
Azərbaycanlı alimin malyariya vaksininin hazırlanması ilə bağlı apardığı tədqiqatların nəticələrini əks etdirən məqalə Böyük Britaniyanın "Nature" elmi jurnalları ailəsindən olan nüfuzlu "Scientific Reports" jurnalında dərc edilib. Malyariya vaksini ucun asas faktor olan Pfs48/45 zülalının klinik sınaqlarından sonra kütləvi istehsalı nəzərdə tutulur.
- Belə demək olarmı ki, dünyanı cənginə alan virusa qarşı peyvəndin hazırlanması ideyası da sizin yeni missiyanızdır?
- Təvazökarlıqdan uzaq olmasın, haqqımda deyəcəyim bir fikri söyləməkdə bir məqsədim var: dünyanın elm içtimaiyyəti məni bu sahədə kifayət qədər təcürbəsi olan bir mütəxəssis kimi tanıyır və qəbul edir. Təbii ki, dünyanı cənginə alan yeni virusa qarşı mübarizədə bir alim kimi kənarda dura bilməzdim.
- Dünya səhiyyəsinin aciz qldığı bir durumda bu cətin işin öhdəsindən gələ biləcəyinizə inanırsızmı?
- Təbii ki, bu inam olmasaydı bu tədqiqata baslamazdım. Malyariya, sarbon, quduzluq kimi çox çətin peyvəndlərin alınmasında uğurlar qazandıq. İnanıram ki, koronavirus peyvəndini də almağa müvəffəq olacağıq. İntensiv işləyirik, amma bu işlər vaxt tələb edir. Ümidvaram ki, sınaqlar uğurla nəticələnəcək. Laboratoriya şəraitində işlərimiz davam edir, müvafiq peyvənd genləri yarpaq hüceyrələrinə transfer edilir və bu hüceyrələrdən insanları ölümcül viruslardan, bakteriya və parazitlərdən qorumaq gücünə malik vaksinlər və antikor istehsal edilir. Bu yolla sarbon, quduz və malyariya peyvəndlərini hazırlamışıq və Kovid-19 virusu üçün də eyni texnologiyadan istifadə etməkdəyik.
- Daha nə demək istərdiniz?
- Kovid-19 virusunun antijenlərini yaşıl bitki yarpaqlarından istehsal etməklə öldürücü virusdan qorunan bir peyvənd hazırlayacağıq. Bir az əvvəl qeyd etdiyim kimi yeni növ koronavirusa qarşı yeni nəsil vaksinin hazırlanması üçün tütün növündən olan "Nikotiana Benthamiana" adlı yaşıl bitki hüceyrələrində virus antijenləri istehsal etmək üçün işə başladıq, təqribən bir ay əvvəl. Hədəf antijenlərini və zülallarını təyin etdik. Təmizləmə prosesi aparıldıqdan sonra heyvanlarda və insanlarda ilk sınaqları edəcəyik.
- O gün uzaqdadırmi?
- Koronovirus antigenlerinin sintezi və istehsali üçün vaxt 6 aya qədər çəkə bilər. Umumiyyətlə, vaksinin hazırlanması uzun suren bir prosesdir. Amma vəziyyətin olduqca kritk oldugunu nəzərə alib isləri imkanlarımız daxilində daha da surətlə aparmağa köklənmişik. Ən qısa müddətdə nəticə almaq üçün 15 nəfərlik bir qrup ilə intensiv olaraq geçəli-gündüzlü çalışmaqdayıq.
- Demək peyvəndin alınması üçün vaxt 6 aya qədər çəkə bilər. Sizcə, bu müddətdə adamlar nə etməlidir?
- Hər şey göz önündədir, olduqca genişmiqyaslı qabağlayıcı tədbirlər həyata keçirilir, həkimlər məsələnin nə yerdə olduğunu anladıb və anlatmaqdadırlar. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan koronovirusa qarşı mübarizəyə ən çevik reaksiya verən ölkə oldu. Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı, dövlət qurumları arasında əlaqələndirmə təmin edildi, əhaliyə sosial məsafə kimi tədbirlərin önəmi izah edildi, quru sərhədləri, məktəblər, uşaq bağçaları, ali təhsil ocaqları bağlandı, məhdudlaşdırıcı qaydalar qüvvəyə mindi, karantin rejimi tətbiq olundu. Artıq nə isə demək istəmirəm, qoyulan tələblərə əməl etmək lazımdır: evdə qalın!
- Uğurlar arzulayır və tələsin deyirik. İnsanları qorxu və panikadan cıxaran, ümid verən müsahibə üçünsə sağ olun.
“Xalq qəzeti”