Çernobıl daha dəhşətli idi, yoxsa koronavirus? “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin rəhbərindən xalqa müraciət

Müsahibələr 18:08 10.04.2020

Bu gün ölkəmiz, eyni zamanda bütün bəşəriyyət koronavirus pandemiyası ilə qarşı-qarşıyadır. Hazırda 1,6 milyon insan bu virusa yoluxub, 96 mindən çox insan isə bu pandemiyadan vəfat edib.

Lakin koronavirus ölkəmizin və bəşəriyyətin üzləşdiyi yeganə fəlakət deyil. Bundan əvvəl də bir çox xəstəliklər, fövqəladə hadisələr xalqımızın və qonşu xalqların həyatını təhlükə altında qoyub. Onlardan biri də “məşhur” Çernobıl fəlakəti idi.

1986-cı ilin 26 aprelində Ukraynada yerləşən Çernobıl Atom Elektrik Stansiyasının dördüncü blokunda baş verən qəza birdən-birə Ukraynada və qonşu regionlarda yaşayan milyonlarla insanı güclü radiasiya təhlükəsi ilə üz-üzə qoydu. Stansiyadakı partlayış nəticəsində 31 nəfər yerindəcə həlak oldu. Daha sonra radiasaya məruz qalan insanlardan 3940 nəfər radioaktiv şüalanmanın təsiri ilə meydana gələn müxtəlif xəstəliklərdən həlak oldu. Radiasiya bir milyondan çox insanda genetik problemlər yaratdı, xərçəng xəstəliyinə yoluxma indeksi yüksəldi, radiasiyaya məruz qalan şəxslərin övladlarında genetik və hormonal problemlər üzə çıxdı.

Göründüyü kimi Çernobil qəzası nəticəsində regionda formalaşan radioaktiv şualanmanın yaratdığı xəstəliklər heç də koronavirusdan az dəhşətli deyildi. Bəs bəşəriyyət üçün hansı daha təhlükəli idi? Çernobıl radiasiyası, yoxsa, koronavirus pandemiyası?

Bu sualı Çernobıl qəzasını ləğv etmək üçün səfərbər edilmiş 7 min azərbaycanlıdan biri olan, Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənova ünvanladıq.

“Qeyd edim ki, Çernobıl qəzasının ləğvi üçün SSRİ rəhbərliyi 600 min insanı əraziyə göndərmişdi ki, onlardan 7 mini azərbaycanlı idi. Azərbaycanlılar Çernobıl qəzasının ləğvində çox fəal iştirak edib və həm insanların təxliyyəsi, həm də qəzanın ləğvi işində öz həyatlarını riskə ataraq böyük şücaət göstərib.

Əlbəttə, Çernobıl qəzası ekoloji və bioloji durumu məhv edən, regiondakı vətəndaşları radiasiyaya məruz qoyan bir fəlakət idi. Koronavirus isə qlobal pandemiyadır. Hər ikisi bəşəriyyət üçün böyük təhdid hesab edilməlidir. Lakin o dövrdəki vəziyyəti indiki durumla müqayisə etmək doğru olmaz. O dövrdə ən ciddi problem məlumatsızlıq idi. Qəza barədə ilkin informasiya xalqdan gizlədilmişdi. Nəinki xalq, hətta qəzanı ləğv etmək üçün əraziyə göndərilmiş 600 mindən çox insana özlərini radiasiyadan necə qoruyacaqları izah edilməmiş, maarifləndirmə tədbirləri görülməmişdi. Çernobıl qəzasından sonra bir milyondan çox insan bəlkə də məhz bu səbəbdən radiasiyanın yaratdığı ağır xəstəliklərə yoluxmuşdu.

Lakin bu gün koronavirus pandemiyasının geniş yayıldığı dövrdə həm kütləvi informasiya vasitələrinin inkişafı, həm də Azərbaycan hökumətinin qabaqlayıcı tədbirləri nəticəsində ölkə vətəndaşları demək olar ki, tamamilə pandemiya təhlükəsi barədə məlumatlandırılıb. Çernobıldakı situasiyadan fərqli olaraq mövcud pandemiya şəraitində Azərbaycan hökuməti SSRİ rəhbərliyindən fərqli olaraq, xalqı maksimum məlumatlandırır və hər bir vətəndaşın təhlükəsizliyini təmin etməyə çalışır. Çernobıl faciəsi baş verərkən Moskva məsələyə belə həssas və diqqətli yanaşmadı. Buna görə də Çernobılda qəzalı vəziyyət 30 noyabr tarixində tam olaraq ləğv edilsə də radioaktiv şüalanma illərlə davam etdi, minlərlə insanın həyatına son qoydu.

Koronavirusu Çernobıldan fərqləndirən əsas detallardan biri də insanların bu virusa yoluxmama şanslarının olmasıdır. Lakin Çernobılda radiasiya havaya yayılmışdı, insanların radiasiyaya məruz qalmama şansı yox idi. O baxımdan virusdan qorunmaq radiasiyadan qorunmaqdan çox asandır. Belə ki, bunun üçün vətəndaş sadəcə hökumətin çağırışlarına uyaraq evdə qalmalı və karantin rejiminin tələblərinə əməl etməlidir”-deyə M.Həsənov cavab verib.

M.Həsənov hökumətin koronavirusla mübarizədə atdığı addımları yüksək qiymətləndirib:

“Koronavirusla mübarizədə başda Prezident İlham Əliyev olmaqla Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri çök yüksək qiymətləndirirəm. Hazırda hökumət bu virusa yoluxan, hətta yoluxma riski olan hər vətəndaşa qarşı xüsusi qayğı və diqqət göstərir. Mən şəxsən bunun şahidiyəm, belə ki, Çernobıl qəzasının ləğvi işlərində iştirak etmiş dostumuz 1966-cı il təvəllüdlü Lənkəran sakini Hüseynov Faiq İltifat oğlu koronavirus xəstəliyinə yoluxub. 16 martda onun yüksək hərarəti olub. Vəziyyəti pisləşdikdə Astara rayonuna göndərilib. Rayonda heç bir tədbir görülmə imkanı olmadığından dərhal Səhiyyə Nazirliyi xətti ilə Bakı şəhərinə göndərilib və təmənnasız şəkildə Neftçilər Xəstəxanasına yerləşdirilib. Bu gün sevindirici haldır ki, artıq onun vəziyyəti yaxşılığa doğru dəyişməkdədir. Mualicəsi davam etdirilir. Qəflətən, özünün də xəbəri olmadan koronavirusa yoluxan Faiq Hüseynovun mualicəsi üçün görülən işlər hökumətin hər bir vətəndaşın qayğısına necə qaldığının əyani sübutudur.

Onunla dünən telefonda danışırdım, vəziyyətinin günü-gündən yaxşılaşdığını dedi. O mənə dövlətin məsələyə bu qədər həssas yanaşaraq onu təmənnasız şəkildə Astaradan Bakıya gətirməsindən və səhiyyə işçilərinin öz həyatlarını riskə ataraq onun mualicəsi üçün göstərdiyi qəhrəmanlıqlardan kövrələrək danışdı. Ona görə də mən bütün Çernobıl əlliləri adından əlil yoldaşımız Faiq Hüseynova, o cümlədən, virusa yoluxmuş bütün soydaşlarımıza, ayırdığı qayğıya, diqqətə, yardımlara görə şəxsən dövlət başçısı İham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bütün səhiyyə işçilərinə təşəkkür etməyi özümə borc bilirəm.

“Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin İdarə heyəti adından xalqımızı bu çətin günlərdə dövlət başçısının ölkəmizin və xalqımızın təhlükəsizliyi naminə yürütdüyü siyasətində dəstək olmağa və xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırıram. Biz o dövrdə Çernobıl faciəsinin, radiasiyanın yarada biləcəyi fəlakətlərin fərqində deyildik. Lakin vətəndaşlarımız bu gün virusun dağıdıcı gücünün fərqinə varmalıdır. Hər kəs bu məsələdə maksimum diqqətli olmalıdır. Dövlətin virusa qarşı apardığı mübarizəyə ləkə gətirmək istəyən siyasi oyunbazlar ictimi qınaqla üzləşməlidir. Dövlət vətəndaş həmrəyliyi ilə bu fəlakətin də öhdəsindən gələcəyimizə əminəm...

Nicat İSMAYILOV

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı