Məşhurların yardımlaşması niyə birmənalı qarşılanmır

Müsahibələr 14:02 17.04.2020

Ciddi karantin rejimində yardıma ehtiyacı olan insanların sayı artır.

Belə ehtiyaclılara xüsusilə uşaqlar, yaşlı və xəstə insanlar aiddirlər. Müəyyən qrup insanlar ehtiyacı olan tək yaşayanlar, ailələr üçün müxtəlif formada yardım kampaniyaları təşkil edirlər. Bu sırada məşhurların da adı keçir.

Ancaq bəzi məşhur şəxslərin xeyriyyə işlərini cəmiyyət birmənalı qarşılamır; bəziləri bunu özünüreklam kimi adlandırır, bəziləri də yardım məqsədilə uzanan əl kimi.

Deyirlər ki, o uzanan sağ əli sol əl bilməməlidir, yardımları şəkilsiz, video-görüntüsüz də etmək olar.

Dəyərlərində xeyriyyə əməlləri olan bir cəmiyyət niyə bu gün həmin məşhurların əməllərini yalnız reklam kimi qəbul edir?

Mövzu ilə bağlı açıqlama verən Sosioloq Zəminə Səfərova deyir ki, bu günlərdə ən çox sosial şəbəkələrdə imkansız ailələrə yardımlarla bağlı çox söz-söhbətlər gedir: “Təbii insanlar, fikirlər, yanaşmalar eyni deyil. Lakin ümumilikdə götürəndə insanların bu yardımlaşmanı reklam kimi qəbul etmələri düzgün deyil.

 

Əvvəla, bu yardımlaşmaları sosial şəbəkəklərdə gördükcə, hər bir regiondan, hər bir yerdən həm imkansız ailələrin aşkarlanmasına səbəb oldu, həm də xarici ölkələrdə yaşayan həmvətənlərimiz yardım etmək üçün iştirak etməyə başladılar. Bunun müsbət tərəflərinə baxmaq lazımdır.

Biz bu günümüzdə nəyə görə müsbət tərəfləri görmürük, amma yalnız mənfi tərəflər axtarırıq?

Gəlin biz həmişə müsbətlərdən danışaq və onları dəyərləndirək. Əgər bir şəxs özü yardım edirsə və bu onun öz şəxsi təşəbbüsü ilə olduğu üçün heç kimin bilməməsinin, heç yerdə görünməməsinin qərarını o şəxs özü verə bilər.

Lakin insanlar qrup halında yardımlara dəstək olursa, onu ailələrə çatdıran şəxs mütləqdir ki, şəffaflıq üçün həmin yardımları göstərsin. Çünki onlar yardımları şəffaflıqla sahibinə çatdırmalı və işıqlandırmalıdırlar. Mən deyərdim ki, hər bir insan yardım paylaya bilməz. O insanda insanlara yanaşma üsulu olmalıdır. Hətta bununla bağlı təlimlər də keçmək olar. Vaxtilə biz kütləvi şəkildə qaçqın və məcburi köçkünlərə yardımlar paylanışında iştirak etmişik. Əgər dəvət etsələr bu üsullarla bağlı könüllü təlim keçə bilərik.

İnsanlara yardım paylayarkən onlara koronavirus (Covid-19) pandemiyası ilə bağlı kiçik maarifləndirici mesajlar da vermək olar. Çünki həmin insanları başqa vaxt belə toplamaq çətin olur. Onu da qeyd etmək istərdim ki, karantin dönəmində biz bir daha xeyirxah və güclü bir xalq olduğumuzun şahidi olduq. Bu dönəmdə bizlər bir yumruq kimi birləşib üzərimizə hücum edən virus dalğasına mətanətlə sinə gəldik. Bu mübarizədə, xüsusilə həmin yardımsevər insanlara və hər bir çətinliyə səbrlə dirəniş göstərən vətəndaşlarımıza borcluyuq.

 

 

Azadə Yolçu

 

 

 

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Hamısı