Tarixin həqiqətləri erməni yalanlarının qaranlıq tərəfini işıqlandırır

Türk jurnalisti qondarma "erməni soyqırımı" ilə bağlı faktlardan danışdı

Müsahibələr 13:13 22.04.2020

Əsrlər boyu erməni təşkilatları "böyük Ermənistan" qurmaq planlarını həyata keçirmək üçün səylər göstəriblər. Digər xalqların doğma torpaqlarına qarşı ərazi iddiaları onları dinc əhaliyə divan tutaraq Azərbaycanın qədim İrəvan quberniyasının kəndlərində və Türkiyənin şərqindəki Anadoluda cinayətlər törətməyəsilə nəticələnib. Ən sonda isə Rusiya imperiyası dövründə öz cinayət ortaqları ilə dəfələrlə Azərbaycan ərazilərində dinc əhalini qətlə yetirib, burada indi qondarma Ermənistan Respublikasını qurublar.

“Tarix yeganə güclü sübutdur və bu gün də həmin tarix erməni cinayətlərinin qaranlıq tərəfinə işıq salır. Lakin tarix boyu erməni təcavüzü ilə bağlı həqiqətləri dəstəkləyən çoxsaylı dəlillərə baxmayaraq, dünya hələ də buna səssiz qalır" - deyə, Kipr Türk Mətbuat Şurasında İdarə Heyətinin üzvü, Milli Birlik Partiyasındakı Kireniyanın rəhbəri və Akdeniz Strateji Araşdırma Mərkəzinin Baş Katibi Gökhan Gülər bildirib. Gökhan bəy eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun və EDNews.net redaksiyasının yaxın dostudur.  Onun məqalələri əsasən tarix və tədqiqatlara həsr olunub və analitik portalımızın köşə yazarlarından biridir. Jurnalist Şərqi Anadoluda 1915-ci il hadisələrinin arxasında duran həqiqətlər və qondarma "erməni soyqırımı" barədə dəyərli fikirlərini EDNews.net ilə bölüşdü.

- Hörmətli Gökhan Gülər, ilk növbədə bizə dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirik. Ötən əsrin 1915-ci il hadisələri barədə bəzi tarixi həqiqətləri sizdən eşitmək maraqlı olardı.

- Soyqırım kimi bəşəriyyətə qarşı ağır bir cinayət törətmək üçün "həmin" millətin tarixindəki hadisələrdə bu kimi vəhşilik və cinayətlərə meyllər mövcud olmalıdır. İstər bir şəxsə, istərsə də cəmiyyətə qarşı olsun, Türk tarixi araşdırıldığında millətlərə qarşı heç bir soyqırım və assimilyasiyaya aid dəlil tapmaq mümkün deyil. Avropa təriqətləri arasında mübarizədə qanlı soyqırımlar yaşansa da, Osmanlı İmperiyasındakı hər bir din və məzhəbin nümayəndələri rahat şəraitdə ibadət edirdi.

Yüz illər boyu Yuqoslaviyanı və Yaxın Şərqi idarə edən Osmanlı imperiyası dağıldıqdan sonra Balkanların yenidən qan gölündə boğulması türklərin tolerantlıq anlayışına yanaşmasının təzahürü deyilmi? Fransa, İngiltərə, İspaniya, Hollandiya və s. kimi ölkələrin müstəmləkələrində xalqların danışıq dili dəyişdirildi, Osmanlı dövlətində isə hər xalq öz dilində danışırdı.

Bundan başqa həmişə öz ölkələrində təqibə məruz qalan və soyqırımla təhdid olunanlar Türkiyəyə sığınıblar.

Erməni məsələsini anlamaq üçün türklərin və ermənilərin tarixi mənşəyinə baxmaq lazımdır.

Ermənilər tarixdə müstəqillik əldə etdikdən sonra 1071-ci ildə türklərin hökmranlığı altına keçdilər. Erməniləri Bizans zülmündən xilas edən Səlcuqlu türkləri olub. Osmanlı sultanı Fatehin dövründə erməni icmasına din və etiqad azadlığı verildi. 19-cu əsrə qədər türk idarəçiliyində qızıl dövrünü yaşayan ermənilər hərbi xidmətdən və bəzi vergilərdən azad edilmiş və ticarətdə və dövlət idarəçiliyində mühüm yer qazanmışdılar. Osmanlı İmperiyasının süqutu ilə bəzi Avropa dövlətləri erməniləri Osmanlı İmperiyasına qarşı qaldırmaqla Osmanlının parçalanmasını sürətləndirmək istədilər.

1820-ci illərdən sonra Qafqazdakı Eçmiədzin Erməni Kilsəsi tamamilə Rusiyanın təsiri altına düşdü və erməniləri təsir dairələrinə daxil etmək üçün fransızlar 1830-cu ildə Erməni Katolik Kilsəsini, İngilislər isə 1847-ci ildə Erməni Protestant Kilsəsini qurmağı qarşılarına məqsəd qoymuşdular. Ermənilər imtiyazlarını itirdilər və 1856-cı ildə avropalılar tərəfindən güclü dəstəklənən islahatlar nəticəsində yeni bir quruluş yaratmağa başladılar.

1877-1878 Osmanlı-Rus müharibəsindən sonra Şərqi Anadolunun torpaqları itirildikdə, artıq Rusiyanın təsiri altında olan Eçmiədzin Kilsəsi də onun geri qaytarılmasını tələb etdi. Bu dövr siyasi mənada erməni iddialarının başlanğıc nöqtəsi idi. Balkanlardakı həmvətənliləri kimi, Şərqi Anadoluda müstəqil xristian dövləti qurmaq istəyən ermənilər Karaxaç, Armenekan, Anadoluda Vətən Mühafizəçiləri, Cenevrədə Hınçak və Daşnakda Daşnakı yaratdılar. İlk dəfə 1890-cı ildə Ərzurumda başlayan üsyanlar daha da genişlənərək minlərlə türkün qətlə yetirilməsilə nəticələndi.

Erməni Komitələri Birinci Dünya Müharibəsində rusların hesabına casusluq edərək silahları ilə Rusiya sıralarına keçdilər və Türk kəndlərini dağıdaraq qadın və uşaq demədən hamını qətlə yetirdilər. İşğalçıya qarşı müharibədə türk ordusunu arxadan vuran ermənilərə qarşı təcili tədbirlər görülməli idi. 24 aprel 1915-ci ildə bu hərəkətləri həyata keçirən erməni komitələri bağlandı və 2345 nəfər həbs edildi. Ancaq bu tədbir erməniləri dayandırmaq üçün kifayət deyildi. 27 May 1915-ci ildə müharibə bölgələrində casusluğun və xəyanətin qarşısını almaq üçün Mühacirət qanunu qüvvəyə mindi.

Gökhan Gülər,  türklərə qarşı və hətta ambisiyalarını dəstəkləməkdən imtina edən öz erməni millətinə qarşı qırğınlar törədən daşnak qrupları barəsində də bir çox dəlilləri qeyd etdi.

Ermənilərin ikiüzlülüyü və hiyləgər planları haqqında sübut tapmaq üçün tarixin dərinliklərinə varmağa ehtiyac yoxdur. Ermənistanın ilk baş naziri Ovanes Kaçaznuninin 1923-cü ildə Buxarestdə "Daşnak Partiyası"nın toplantısındakı məruzəsinin bir hissəsinə baxmaq bütün tarixi həqiqətləri anlamaqda kifayət edər:

“1923-cü ildə üsyanımızın əsasında Antanta dövlətlərinin vəd etdiyi Ermənistan arzusu dururdu, biz həqiqəti görə bilmədik. Taledən şikayət etmək və fəlakətlərimizin səbəblərini özümüzdən kənarda axtarmaq ürəkaçan hal deyil”.

1914-cü ilin payızında Türkiyənin müharibə edən tərəflərdən birinə qoşulmadığı dövrdə ermənilər aktiv şəkildə könüllü dəstələr yaratmağa başladılar. O, iclasdakı hesabatında bunları da əlavə etmişdi:

Türklərə qarşı üsyan etdik. Artıq təxribat yaratmaq üçün mübarizə aparırdıq. İndi hamımız türklərin düşməni olan Antanta dövlətlərinin düşərgəsində idik. "Dənizdən dənizə Ermənistan və Türkiyə" tələb olunurdu. Antanta dövlətləri öz ordularını Türkiyəyə, eləcə də Avropa və Amerikaya göndərirlər, bizim ağalıq etməyimiz üçün rəsmi çağırışlar edirlər. Nəticədə mövcud olduğumuz müddət boyu türklərlə davamlı mübarizə apardıq. Öldük, öldürdük. İndi türklərə necə güvənə bilərik?

Biz hərbi əməliyyatlarda iştirak etdik. Bizi aldadıb Rusiyaya yönəltdilər. Deportasiya düzgün və lazımlı addım idi. Faktları görməzdən gəldik və baş verənlərin səbəbkarı özümüzük. Türklərin milli mübarizəsi doğru idi. Sülhü rədd edib silahlanmağımız bizim üçün böyük bir səhv idi. Biz türklərə qarşı üsyan etdik və vuruşduq. Sevr müqaviləsi bizi kor etdi. Üsyanımızın əsasında Antanta dövlətlərinin bizə vəd etdiyi böyük Ermənistanın xəyalı dururdu. Ancaq biz heç vaxt dövlət olmamışıq. Türklər deyir ki, biz Ermənistan deyəndə bunun illüziyadan başqa bir şey olmadığını görürük.

Beynimiz dumanlı olduğundan həqiqətləri başa düşə bilmədik və başqalarının təsiri altına düşüb özümüzü aldatdıq. Biz məsuliyyətsiz insanların sözlərinə böyük əhəmiyyət verərək öz arzularımızın xəyalını qurduq".

Erməni Ovanesin məruzəsindəki bu etiraflara baxmayaraq, Daşnak partiya tərəfdarları öz zərərli planlarında israrlı idilər. Onlar bir çox mübarizədə həmişə Qərb parlamentlərində və ali məhkəmələrdə yüksək postlarda yer almaqla, Qərb güclərinin qılığına girərək özlərinə nüfuz qazanırdılar. Gökhan Gülər, ermənilərin ABŞ və Avropaya ilk köç etmə tarixi barədə də danışdı.

Protestant missionerlər ilk dəfə Osmanlı dövlətindən ABŞ-a erməni köçlərini təşkil etdilər. 1900-cü illərin əvvəllərində Amerikadakı protestant kilsələri digər din xadimləri ilə birlikdə işləməyə qərar verdilər. Kilsə bu işləri təşkil etmək üçün 1812-ci ildə xarici nümayəndəliklərin Amerika Bürosunu yaratdı. Bu qurum Osmanlı Dövlətinin bir vilayətini tədqiq etmək üçün müsəlman əhalisini araşdırmışdır. Bu məqsədlə ilk dəfə Amerikalı missioner 1820-ci ildə Anadoluya gəldi. Missionerlər yerli xristianları seçdilər, çünki Osmanlı Dövlətinin qanunlarına əsasən müsəlmanların dinlərini dəyişdirməsi qadağan edilmişdi. Missionerlər əvvəlcə köhnə Qriqorian Kilsəsini özləri ilə aparmaq üçün islahat aparmaq istəyirdilər və bu mümkün olmasa, yerli xristianlar arasında Protestant icması yaratmaq istəyirdilər.

Yunan Pravoslav icması Amerika protestantlarına o qədər də maraq göstərmədi, amma ermənilər buna çox can atırdılar. Bu səbəbdən protestant məktəbləri, tibb müəssisələri və kilsələr ermənilərlə doldurulmağa başlanıldı. Ermənilər arasındakı tələb missionerlərin Amerikan Süfrəsini genişləndirdi və burada onun proqramı dünyanın digər yerlərindən daha təsirli idi.

Bundan əlavə, bu gün Amerikadakı erməni icması dünyada ən effektiv lobbiçilik fəaliyyətinin həyata keçirildiyi mərkəzin sahibidir. Amerika Erməni Məclisi (AAA) və Amerikanın Erməni Milli Komitəsi (ANCA) və Konqres Ermənistanın həm iqtisadi, həm də siyasi vəziyyətinə uyğun şəkildə soyqırımın Türkiyə tərəfindən tanınması üçün ABŞ prezidentinə təzyiqləri artırmaq istiqamətində fəaliyyət göstərir. Təbliğata böyük əhəmiyyət verən erməni komitələri qəzet, jurnal, bəyannamə və divar plakatları ilə amerikalıların türklər haqqında düşüncələrini öz xeyrinə formalaşdırmağa çalışırlar. ABŞ-dakı ermənilərin təbliğatçılıq fəaliyyətlərinin onların bu coğrafiyaya gəlişi ilə başladığını söyləyə bilərik.

Təəssüf hisi ilə deyərdim ki, həm Türkiyə Cümhuriyyətinin, həm də Azərbaycanın, o cümlədən digər türk ölkələrinin dünyada güclü diaspor və lobbi təşkilatları yoxdur. Arxivlərdə "erməni soyqırımı" adlandırılan yalanlar haqqında on minlərlə, bəlkə də yüz minlərlə yazılarımız, kitablarımız və sənədlərimiz var. Ancaq ölkələrin əksəriyyəti kimin haqlı və kimin yanlış olduğuna obyektiv yanaşmayıb. Əksinə, zaman-zaman bəzən din amili ortaya çıxıb və onlar hər məsələyə öz inancları və mənafelərini nəzərə alaraq yanaşıblar. Təəssüf ki, bu olaylar hamısı ABŞ, Rusiya, Fransa və bir çox başqa ölkələrin təsiri altında baş verib.

Elnur Ənvəroğlu 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Hamısı