Azərbaycanda sülhün, əmin-amanlığın və sabitliyin olması beynəlxalq layihələrin və BMT-nin "2030 Gündəliyi"nin həyata keçirilməsi üçün əhəmiyyətlidir Qaiser Navab

Müsahibələr 11:51 11.08.2020

Pakistanlı ictimai fəal Qaiser Navab EDNews.net saytına Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin vacibliyi ilə bağlı eksklüziv müsahibə verib. Qaiser Navab müsahibəsində Pakistan-Azərbaycan münasibətlərinə və hər iki ölkənin regional və beynəlxalq layihələrə əhəmiyyətli təsirinə də toxunub.

No description available.

Qaiser Navab insan hüquqları və gənclərin fəaliyyəti sahəsində tanınmış şəxsdir.  Qaiser Navab bir çox dünya ölkərini səyahət edib və Pakistan gənclərini 39-dan çox ölkədə keçirilmiş beynəlxalq forumlarda təmsil edib. O, “Sağlamlıq və Təhsil üçün Birlikdəyik” təşkilatının yaradıcısı və icraçı direktorudur. Onun rəhbərlik etdiyi bu təşkilat gənclərin Dayanıqlı İnkişaf üçün Sağlamlıq və Təhsilin reallaşdırılmasında ortaya qoyduğu qabiliyyətlərinin və potensialının həyata keçirilməsinə yardım edir.

Cənab Navab, siz bilirsiniz ki, Qarabağ müharibəsi nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir. İşğal olunmuş ərazilərdə  Azərbaycan əhalisinə qarşı etnik təmizləmə və soyqırım həyata keçirilmiş və Azərbaycan mədəniyyəti məhv edilmişdir. Çox acınacaqlı haldır ki, Ermənistan istənilən sülh təşəbbüsünü rədd edir. Rəsmi Yerevan BMT-nin qətnamələrinə hörmətsizlik edir, beynəlxalq hüququn prinsiplərinə məhəl qoymur və Azərbaycan ərazisində işğalı davam etdirir. Təəssüflər olsun ki, beynəlxalq birlik erməni işğalının Cənubi Qafqazda sülhə və sabitliyə necə ciddi təhdid olduğunu başa düşmür. Beynəlxalq birliyin erməni təcavüzünə qarşı biganəliyinin Cənubi Qafqazda sabitliyə necə təsir etməsi barədə fikrinizi bildirməyinizi xahiş edirik.

- On illərdir davam edən Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu əhatə edə biləcək böyük və qanlı müharibəyə gətirib çıxara bilər. Buna səbəb münaqişə tərəflərindən birinin, Azərbaycanın qonşusu  Ermənistanın Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonları işğal altında saxlamasıdır. Ermənistan Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaqla bu əraziləri özünə ilhaq etmək siyasəti yürüdür. Ermənistanın arxasında böyük güclər dayanır. Ona görə də hər hansı kiçik bir müharibə  böyük güclərin toqquşa biləcəyi beynəlxalq qarşıdurmaya səbəb ola bilər.

Sizin fikrinizcə, nə üçün  beynəlxalq ictimaiyyət Ermənistana işğalı dayandırmaq və qonşusunun ərazi bütövlüyünə hörmət etməsi üçün təzyiq göstərmirlər?

- Beynəlxalq ictimaiyyətin münaqişənin həllində maraqları olmadığından heç bir tədbir görmürlər. Beynəlxalq ictimaiyyətin maraqlarının olmaması boşluğun yaranmasına səbəb olur və Ermənistan bu boşluqdan yararlanmağa çalışır və danışıqlar masasına oturmur. Bundan əlavə,  Ermənistanın dikbaşlığı Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin icra olunmasına imkan vermir.

Sizcə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və Cənubi Qafqazda sabitliyin bərpa olunması regionun Avrasiya qitəsində geosiyasi əhəmiyyətinin artmasına təsir edə bilərmi?

- Bəli. Şübhəsiz ki, münaqişənin həlli və Ermənistan və Azərbaycanın sülh razılaşması regionun Avrasiya qitəsində geosiyasi əhəmiyyətinin artmasına təsir edə bilər. Bu hər iki ölkə arasında ticarət və turizmin artmasına və bütövlükdə bölgə üçün faydalı ola bilər. Bundan əlavə,  Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün və beynəlxalq "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına kömək edə bilər.

Çinin "Bir kəmər, bir yol" təşəbbüsü və Hindistanın "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin daxil olduğu Avrasiyanın beynəlxalq ticarət və enerji marşrutlarında Azərbaycanın əhəmiyyətli rolunu necə qiymətləndirərdiniz?

- Coğrafi cəhətdən Azərbaycan bu marşrutların mühüm hissəsində yerləşir. Azərbaycanda sülhün, əmin-amanlığın və sabitliyin olması beynəlxalq layihələrin və BMT-nin 2030 Gündəliyinin həyata keçirilməsi baxımından əhəmiyyətlidir. Çinin “Bir kəmər, bir yol” layihəsindən danışarkən, yüklərin Pekindən Londona daşınmasını 11 gün azaltmaq gücünə malik olan Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd etməliyik. Həmçinin, Azərbaycan Fars körfəzini Baltik dənizi ilə birləşdirəcək "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə investisiya qoyub. Düşünürəm ki, bu layihələr yalnız bölgənin ümumi rifahına xidmət edəcək.

Azərbaycan və Pakistan qardaş ölkələrdir. Hər iki ölkə arasında iqtisadiyyat, ticarət, enerji, hərbi, mədəniyyət, təhsil və digər sahələrdə sıx və geniş əməkdaşlıq mövcuddur. Pakistanın qabaqcıl və güclü silahları Azərbaycan ordusunun güclənməsində mühüm rol oynayır. Həmçinin, Pakistan və  Azərbaycan müxtəlif təşkilatlar və diplomatik formatlar vasitəsiylə regional iqtisadiyyatın və tranzit yollarının inkişaf etdirilməsində birlikdə fəaliyyət göstərirlər. Hər iki ölkənin bu sahədəki fəaliyyətini necə qiymətləndirərdiniz?

- Pakistan və Azərbaycan arasında uzunmüddətli səmimi əlaqələr mövcuddur. Qeyd etmək lazımdır ki, Pakistan, Türkiyə ilə birlikdə Qarabağ münaqişəsində Azərbaycana birmənalı mənəvi, siyasi və diplomatik dəstək verir. Hər iki ölkə arasında ticarət, iqtisadiyyat, hərbi, təhsil və mədəni sahələrdə əməkdaşlıq davamlı inkişaf edir. Bundan əlavə, hər iki ölkə Çinin "Bir kəmər, bir yol" və Hindistanın "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi kimi bir çox regional layihələrdə mühüm rol oynayır.  Təhsil, elm, gənclər, mədəniyyət və elmi-texnoloji və innovativ mübadilə proqramları və iqtisadi layihələrdə əməkdaşlıq iki qardaş ölkəni daha da yaxınlaşdıra bilər. Həmçinin, iki ölkənin sənət adamlarının və filmlərinin, mahnılarının, əsərlərinin mübadiləsi də insanların yaxınlaşmasında mühüm rol oynaya bilər.

Müsahibəni götürdü: Yunis Abdullayev

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı