Venesuelada ilin sonu parlament seçkiləridir, xalq isə ümidsizdir... Venesuelalı siyasi şərhçi

Müsahibələr 12:36 04.09.2020

Dekabr ayında Venesuelada parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Seçki öncəsi ölkə başçısı Nikolas Maduro Avropa İttifaqını və Birləşmiş Millətlər Təşkilatını müşahidəçiləri göndərməyə dəvət edib.

Lakin Aİ və BMT seçkilərin şəffaflığına inam bəsləmədiyini bildirib və müşahidəçilər göndərməkdən imtina edib

Yaxın zamanlarda isə Maduro 100-ə yaxın siyasi məhbusun azadlığa çıxarılması ilə bağlı fərman verib. Bununla belə ABŞ tərəfindən dəstəklənən Xuan Quaydo tərəfdarları seçkini boykot edib.

Eurasia Diary seçki prosesi və ölkədəki vəziyyəti öyrənmək üçün Venesuelalı siyasi şərhçi Xose Şalhubdan (Jose Chalhoub) müsahibə alıb.

-  Əgər Maduro seçkiləri saxtalaşdıracaqsa, niyə BMT və Aİ müşahidəçilərini dəvət edir?

- ABŞ-ın Venezuela neftinə etdiyi sanksiyalardan və beynəlxalq cəmiyyətdən ard-arda gələn təzyiqlərdən sonra Maduronun özünə legitimlik qazanmağa ehtiyacı var. Buna görə də o, keçən həftə 100-ə yaxın müxalifətçi siyasi dustağı azad edəndən sonra özünü demokrat kimi seçkilərə inamlı olduğunu göstərərək düşünür ki, bununla Quaydo və müttəfiqləri tərəfindən idarə olunan radikalların strategiyasını yumşalda bilər. Buna görə də, Maduro  ABŞ və Kolumbiyadan fərqli olaraq ona qarşı ənənəvi olaraq daha yumşaq mövqe sərgiləyən Aİ və BMT-dən müşahidəçiləri dəvət edib.

Bununla o, Amerikan Dövlətləri Təşkilatını dəvət eməmişkən Aİ və BMT qarşısında seçkiləri legitimləşdirməyi arzulayır hansı ki, bu seçkilər ABŞ tərəfindən artıq saxta adlandırılıb.

- İnsanların seçkilərə münasibəti necədir? Onlar məntəqələrə gələcəklərmi?

- Hazırda əhali dövlətlə bir az nüfuzdan düşmüş Quaydo ilə birgə qeyri-sabit müxalifət arasındakı qarşıdurmalardan bezib. Eyni zamanda Maduro da korrupsiyoner kimi qəbul edilir və onun hakimiyyəti silahlı qüvvələrdən aldığı dəstəyə dayanır, həm seçki şurası saxtadı həm də parlament seçkiləri prezident seçkiləri kimi aktiv keçmir.

Bütün bu siyasi vəziyyətdən ümidsiz qalan xalqın da əhəmiyyətli dərəcədə iştirakı az olacaq ki, bu da hakimiyətin Parlamentdə nəzarəti ələ almasına uyğundur.

- İqtidar və müxalifət partiyalarının reytinqi necədir?

- Venesuelada hakim partiyanın korrupsiya və nepotizmdə ittiham olunmasından sonra bütün siyasi partiyalar etibarını itirib. Baxmayaraq ki, hakim partiyanın üzvlərinin sayı çoxdu artıq o, şəffaf qəbul edilmir. Müxalifətdəki köhnə ənənəvi partiyalar da etibarını itirmişkən, hakimiyyət onların Maduronu narahat edən rəhbərlərini əvəzləməyə başlayıb. Belə ki, siyasi partiyalar ordu və digər dövlət strukturları kimi xalq qarşısında etibarı zəifdi.

- Venesuelada mütəşəkkil müxalifət varmı?

- Xeyr, Venesuelada mütəşəkkil müxalifət yoxdur. Yalnız radikallar və nisbətən yumşaq qüvvələr var ki, onlar da bir-birləri ilə dərin münaqişə içindədir. Xuan Quaydonun timsalında Vaşinqtondan dəstəklənən qrup, ənənəvi partiyaların kiçik qrupu hansı ki, Bolivar üsyanında hakimiyyətə gəldiklərindən bəri heç bir ciddi siyasi dəyişikliyə gətirib çıxara bilmirlər və onlar ya hökumət tərəfindən hücuma məruz qalırlar ya da bir qismi mövqeyini dəyişir.

 

Müsahibəni götürdü: Ülvi Əhmədli

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı